azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

29 Temmuz 2008 Salı

İstanbulda ölənlərin sayı 18-ə yüksəlib

İstanbulda ölənlərin sayı 18-ə yüksəlib






İstanbul – APA. Türkiyənin İstanbul şəhərində baş vermiş terror aksiyası nəticəsində ölənlərin sayı 18-ə yüksəlib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, partlayış zamanı yaralanan, 7,5 aylıq hamilə olan Filiz İkiz adlı qadın xəstəxanada keçinib. Aksiyanı hansı terror təşkilatının törətdiyi qətiləşməsə də, təhlükəsizlik orqanları terrorçuların istifadə etdiyi partlayıcı maddənin RDX tipli partlayıcı olduğunu müəyyənləşdiriblər. Bu il yanvarın 3-də Diyarbəkirdə, keçən il Ankaranın Anafartalar bazarında, eləcə də ötən illərdə bir sıra jurnalist və elm adamlarına ölümlə nəticələnmiş sui-qəsdlər zamanı da məhz RDX-dən istifadə olunub. Əsasən dövlətlərin xüsusi xidmət orqanlarının əlində olan bu partlayıcıdan PKK terror təşkilatı da istifadə edir.
apa
-------------------------------------------------------------------

İraqda daha bir hücum: 4 ölü


İraqın paytaxtı Bağdadın 60 kilometr şimal-şərqindəki Bakuba yaxınlığında yola yerləşdirilən bombanın partlaması nəticəsində ən azı 4 nəfər öldü

QayNar : Yerli polis açıqlamasında, bu səhər təşkil olunan hücumda 3 kişi ilə bir qadının öldüyü qeyd edildi.
İraqın şimalındakı Kərkükdə meydana gələn partlayışda, 10 insanın öldüyü, 54 nəfərin yaralandığı bildirilmişdi.
Bağdadda da şiələri hədəfə alan 3 müxtəlif hücum təşkil edilmiş, bu hücumlarda 28 nəfər həyatını bitirmişdi. //Rəşad Səfərov, QayNar

Hiç yorum yok: