azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

31 Temmuz 2008 Perşembe

ABŞ-ın İRANA VERDİYİ VAXT BİTİR_Rays xəbərdarlıq edir ki, “kökə siyasəti” səmərə verməsə, “qamçı” işə düşəcək

ABŞ-ın İRANA VERDİYİ VAXT BİTİR
Rays xəbərdarlıq edir ki, “kökə siyasəti” səmərə verməsə, “qamçı” işə düşəcək



ABŞ dövlət katibi Kondoliza Rays bəyan edib ki, İran “altılar”ın təkliflərini qəbul etmək üçün ona verilmiş iki həftəlik vaxtı uzatmamalıdır. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniyanın Cenevrədə nüvə probleminin həllinə dair İrana təqdim etdiyi təkliflərin qəbul edilməsi üçün qoyulmuiş müddət iki gün sonra bitir.
Rays xəbərdarlıq edib ki, İran bu təklifləri qəbul etməsə, daha sərt sanksiyalarla üzləşəcək: “İranlılar bilməlidir ki, bu təkliflərə cavab vermək üçün vaxtı uzatmağa dəyməz. Bütün dünya hadisələrin necə inkişaf edəcəyini izləyir. Biz çox aydın şəkildə iranlılara izah etdik ki, əgər bu variant baş tutmasa, dərhal digəri işə düşəcək”. Bildirilir ki, ABŞ dövlət katibi İrana qarşı daha sərt iqtisadi sanksiyaların işə düşə biləcəyinə işarə edib. Rays deyib ki, İranın avqustun 2-də “altılar”ın təklifinə müsbət cavab verəcəyinə ümid azdır. Onun sözlərinə görə, Tehranın indiki mövqeyi çox məyusedicidir. Xatırladaq ki, İran nüvə proqramında bir addım da geri çəkilməyəcəyini bildirib.
Pentaqondan yayılan açıqlamada isə deyilir ki, ABŞ İranın nüvə problemini iqtisadi və siyasi sanksiyalarla həll etməyə çalışır. Pentaqon nümayəndəsi Cef Morrelin fikrincə bu, ən yaxşı yoldur. O deyib ki, İsrail də İrana qarşı güc tətbiqinin arzuolunmaz variant olduğunu başa düşür: “Biz hərbi variantı tam istisna etmirik, ancaq bizim üçün güc tətbiqi birinci variant deyil”. Morrel deyib ki, ABŞ İsrailin İranın nüvə silahı əldə etmək yönündə səylərindən narahatlığını başa düşür. Lakin bu problemin iqtisadi və siyasi yolla həllini mümkün sayır.
F.MƏMMƏDOV
musavat

Hiç yorum yok: