azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

29 Temmuz 2008 Salı

İran yenə Azərbaycan respublikasını təhqir etdi

İran yenə Azərbaycan respublikasını təhqir etdi


Bizi "Aran ostanı", Heydər Əliyevi isə Mircəfər Bağırovla bir sıraya qoyub "mənfi sima" adlandırdılar

QayNar: İran İslam Respublikasında nəşr olunan "Cumhiuri İslam" qəzeti Azərbaycan respublikasını və onun mərhum prezidenti Heydər Əliyev haqqında xoşagəlməz ifadələrin yer aldığı yazı dərc edib. "Qaynar.info"-nun məlumatına görə, qəzetin dərc etdiyi "Bakı medialarında şübhəli hərəkətlər və fitnələrə son qoyulmalıdır" yazısında Azərbaycan respublikası yenidən İran ərazisi adlandırılmışdır. Məqalə qəzetin 01.07.2008-ci il tarixli sayında dərc edilsə də, bununla bağlı yalnız indi xəbər tutmuşuq.
Yazıda deyilir ki, guya Azərbaycanda İranköklü yer və məntəqə adları qəısdən saxtalaşdırılır və dəyişdirilir. Yazı müəllifi bunu Bakı mətbuatının fitnəsi adlandırır və buna sərt cavablar verilməsi gərkdiyini yazır. Nümunə kimi "İslami İranın Tarix və Mədəniyyətini Qoruyan Azərilər Cəmiyyəti" adlı bir qurumun bəyanatını dərc edib. Yazıdan bəzi sitatları olduğu kimi diqqətinizə çatdırırq:

"... Əgər Fəthəli Şah Qacarın səriştəsizliyi və ya xəyanəti olmasaydı, şücaətli sərkərdə Abbas Mirzənin rus qoşunları qarşısında müqaviməti dəstəklənsəydi, Qacarlar biabırçı şəkildə məğlub olmasaydılar, qətiyyətlə Gülüstan və Türkmənçay müqavilələri imzalanmayacaq, Arazın şimalındakı ərazilər itirilməyəcəkdi və bu gün Lənkəran, Naxçıvan, İrəvan və əziz Badkubənin itirilməsinə görə kədərlənməyəcəkdik. Belə olan halda bəlkə də bu gün islami İranın tərkibində Araz çayının şimalındakı ərazi tarixi adı ilə "Aran vilayəti" adlandırılacaqdı. Bu səbəbdən milli və insani borcumuz olaraq İslami İranın tarix və mədəniyyətini qoruyan Azərilər Cəmiyyəti adından ölkə mədəniyyəti və tarixini mühfizə etmək, yeni nəsilləri Arazın şimalındakı ərazinin tarixi ilə tanış etmək, həmin bölgədəki hökmdarların İran tarixi və mədəniyyəti əleyhinə olan təhriflərinə cavab vermək, İranın azərilər yaşayan bölgəsi barədə Stalin rejiminin irs qoyub getdiyi "Cənubi Azərbaycan" sözünün işlədilməsinə qarşı hərəkətə keçmək və Arazın şimalındakı mediyaların saxtakarlığını puça çıxarmaq məqsədi ilə təklif edirik İran mediyaları və mədəniyyət işçiləri indən belə Arazın şimalındakı torpaqlara Azərbaycan Respublikası adından istifadə etmək yerinə "Aran ostanı" adından istifadə etsinlər..."

Bəyanat aşağıdakı kimi başa çatır:

"... Görəsən Əhl Beyt (ə) aşiqi olan azəriləri imam Rzanın (ə) hərəmindən ayırmaq mümkündürmü? Biabırçı vəziyyətdir ki, mediyadan və telekanallardan sui-istifadə edərək vilayət və imamət yolunda addımlayan veteran azərilər üçün imam Əli (ə), imam Həsən (ə), imam Hüseyn (ə) və sair məsumların, eləcə də bütün insanların fəxr etdiyi saysız-hesabsız dahilərin təbliğ olunması yerinə, Babək Xürrəmdin, Heydər Əliyev və Mircəfər Bağırov kimi mənfi simaları bütün "dünya azərilərinin" fəxri kimi qələmə verməyə çalışırlar.
"Aran ostanında" yaşayan qardaş-bacılarımızın fəryadına yetişmək bizim İslami-milli vəzifəmizdir. Başlıca vəzifəmiz isə haqq-ədalət, habelə tarixi həqiqət naminə saxta varlıq hesab olunan Azərbaycan Republikası yerinə "Aran ostanı" adından istifadə etməyimizdir".

Fikrimizcə, artıq şərhə ehtiyac yoxdur. Ən maraqlısı odur ki, yazının dərcindən az qala bir aya yaxın bir müddətin keçməsinə bxmayaraq, Azərbaycanın İrandakı səfirliyinin, nə də Xarici İşlər Naziriliyinin buna hər hansı münasibəti ortada yoxdur. //T.İsmayılov, QayNar

Hiç yorum yok: