azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

29 Temmuz 2008 Salı

Təbrizdə möhtəşəm Ərk qalasının ərazisində ETTELAAT-ın təcridxanası tikilir

Təbrizdə möhtəşəm Ərk qalasının ərazisində ETTELAAT-ın təcridxanası tikilir



DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən faşist İran hakimiyyəti Güney Azərbaycanın bütün tarixi və mədəni abidələrini məhv etmək məqsədilə, tarixi abidələrin ərazilərində və ətrafında qeyri-məntiqi obyektlər tikməklə bir tərəfdən tarixi abidələri məhv etmək, digər tərəfdən isə faşist təfəkkürünü və assimliyasiya siyasətini həyata keçirmək üçün Təbriz şəhərinin mərkəzinə yerləşən və öz möhtəşəmliyilə seçilən Azərbaycan türkünün Elxanilər dövründə möhtəşəm memarlıq abidəsi olan Ərk qalası neçə ildir ki, faşist molla hakimiyyətinin qəzəbinə tuş gələrək dağıdılmaq təhlükəsindədir.

Dəfələrlə Güney Azərbaycan türkləri və beynəlxalq təşkilatlar bu möhtəşəm abidənin qorunmasını İran hakimiyyətindən tələb etsə də, fars şovinistlərinin təşəbbüsü ilə həmin qalanın ərazisində İran ETTELAAT-nın işgəncə mərkəzinin inşaasına başlandığı və yaxın aylarda işə başlayacağı bildirilir.

Ərk qalasının ərazisində “Bunyade Mosəlla” adlı bir qurum tərəfindən ki, həmin qurum İran Təhlükəsizlik orqanı olan ETTLAAT-ın sərəncamında fəaliyyət göstərir. ETTELAAT-ın sifarişilə həmin ərazidə müasir texnika ilə yeraltı təcridxanalar tikilib başa çatmaq ərəfəsindədir.

Bu informasiya həmin ərazidə inşaat işlərində mühəndis və ustalar tərəfindən verilmişdir. Məlumatda bildirilir ki, yeni inşaa olunan təcridxana strateji baxımından Təbriz şəhərinin mərkəzində yerləşir və əhalinin sıx toplaşdığı bölgələrdən hesab olunur.

Məlumatda əlavə olunur ki, bu işgəncə mərkəzinin müasir işgəncə texnologiyaları fiziki və psixi işgəncə, təzyiq avadanlıqları ilə təchiz olunub. Şəhərin bir neçə yerindən bu yeraltı təcridxanalara girişlər mövcuddur. Iran hakimiyyəti Güney Azərbaycanın milli hərəkatının gücləndiyini hiss edərək etiraz aksiyalarının qarşısını almaq üçün şəhərin mərkəzində dərhal kütləvi surətdə əhalini həbs edərək həmin təcrdixanalara yerlşdirmək məqsədi daşıyır.

www.dak.az

Hiç yorum yok: