azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

2 Ağustos 2008 Cumartesi

MİLLİ HƏRƏKATIN RƏMZİ MÜZAKİRƏ EDİLİR

MİLLİ HƏRƏKATIN RƏMZİ MÜZAKİRƏ EDİLİR


Bu mübahisələrə qatılanlar simvolun olmasını istəyirlər


S.SƏDRƏDDİN


Belə bir deyim var: "Azərbaycan bölündüyü gündən birləşmək uğrunda çeşidli şəkildə mübarizə gedib". Bu mücadilə şifahi ədəbiyyatdan tutmuş bütün sahələri əhatə edib. Hətta ötən əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev Səttarxanın başçılıq etdiyi Məşrutə Hərəkatına maliyyə yardımı belə etmişdi. O zaman çar Rusiyasının canişini Hacını qınayaraq demişdi ki, onun bu sayaq davranışı iki ölkə arasında problem yaradır. Ona cavabında xeyriyyəçi bildirmişdi ki, "aclıq çəkən" müsəlman bacı-qardaşlarına yardım edir.
Əslində güneyli dostlarla söhbətlərdə bu fikir tez-tez səslənir: "Bizim qibləmiz Quzeydir". Quzey Azərbaycanda Güney məsələsinin həllini və soydaşlarımızın milli haqlarının təmin olunmasını istəyənlər isə hüquq normaları çərçivəsində bacardıqları köməyi etməkdədirlər. Ötən il dövlət başçısı İlham Əliyevin 50 milyonluq azərbaycanlıdan danışmasını buna örnək göstərmək olar...
Amma bir sıra hallarda Güneydən olan soydaşlarımızın Azərbaycan Milli Hərəkatı ilə bağlı atdığı bəzi addımlar qısqanclıqla qarşılanır. Belə addımlardan biri də hərəkatın rəmzi ilə bağlıdır. Hərəkata təəssübkeşlik edən İnternet səhifələrindən birində buna dair səsvermə keçirilir.
Məlumat üçün deyək ki, bir neçə il öncə Güney Azərbaycan Milli Oyanış Hərəkatı öz simvolunu ortaya qoyanda buna qarşı çıxanlar az olmadı. Ancaq son zamanlar simvol məsələsi ətrafında ciddi müzakirələr getməkdədir.
Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri Böyük Rəsuloğlunun yazdığı "Güney Azərbaycanın milli simgəsi (simvolu - S.S )" adlı yazısı da buna həsr olunub. Müəllif yazır: "Güney Azərbaycanın milli simgəsi təklifi daxildə fəaliyyət göstərən bir qrup milli gənclərimiz tərəfindən ortaya çıxdıqdan sonra çeşidli dartışma və yazışmalara səbəb olub. Bölünmədən, özəlliklə türkçü və milli düşüncəlilərin parçalanmasından ehtiyatlanan bəzi dostlarımızın çəkingənliyinə baxmayaraq, bu müzakirələr Azərbaycan türk millətinin böyük siyasi inkişafından xəbər verməkdədir.
Öz daxilimizdə demokratiya sınağına çevrilən bu təklifi verənlərə bir də ona görə borcluyuq ki, çağdaş milli hərəkatımızın keçmişi, bu günü və gələcəyinin siyasi təhlilini düzgün şəkildə dəyərləndirərək, irəliyə doğru iri bir addım atıblar.
Bu təklif ətrafında müzakirə və mübahisələr o dərəcədə demokratik tərzdə və milli mənafeyimizi qoruyacaq biçimdə getdi ki, hər fürsətdən ara qarışdırmaq məqsədi ilə sui-istifadə etməyə çalışan düşmənin görünməyən əlləri çaş-baş qaldı".
Müəllif hesab edir ki, bu istiqamətdə bir-iki yaramaz yazıdan başqa elə bir ciddi axsaqlıq yaranmadı.
"Demokratiya yoxlamasından uğurla çıxan millətimizi təbrik edərək bir daha vurğulamaq istərdim ki, bütün dərdlərin dərmanı demokratiyadır. Demokratiyadan danışarkən bütün müsbət tənqidi fikirlərin azad və üşənmədən ortaya atılmasının vacibliyini və bir-birimizə hörmətlə yanaşaraq xətalarımızın sənədlərlə ortaya qoyulmasını onun bir ayağı kimi qəbul etmək vacibdir. Bu arada müzakirələrdəki tənqidlərin azərbaycanlıların ədəb və nəzakətinə yaraşan biçimdə getməsi, başqalarının əleyhinə şayiə, şantaj və qarayaxma çirkinliyindən qurtulacağımızın müjdəçisi olduğunu vurğulamaq da gərəkdir.
Mübahisələrdən anlaşıldığı kimi, heç bir şəxs, qrup, yaxud qurum bugünkü şəraitdə Güney Azərbaycanda milli simvolun yaranmasına qarşı çıxmayıb. Odur ki, bu müzakirə və mübahisələrin əlaqələndirilərək oradan "qızıl xətt"in çıxarılması vacibdir. Habelə məsələyə fikir bildirmək və səs vermək hər bir Güney Azərbaycan türkünün haqqı, həm də borcudur.
Güneydə fəaliyyət göstərən dəyərli bir qrupun təmsilçisindən aldığımız şəxsi məktubda bildirilib ki, mövcud ağır şəraitdə açıq məktub yaza bilmədiklərindən üzülürlər. Bununla belə, həmin məktubunda o, ay-ulduzun türklüyün simvolu sayılan göy rəngə boyanmasını təklif edib. Bu təklifi bəyənsəm də, "qızıl xətt"in ortaya çıxardığı şəraitdən vaz keçmədim. Çünki bütün amilləri nəzərə alaraq, Güney Azərbaycan üçün simvol təklifini irəli sürən dəyərli cavanlarımızın önəri və açıqlamalarını yetərli, müsbət dəyərləndirərək, onun faydalı olacağına inanıram. Yaxından tanımadığım, yazı və fikirlərindən hər zaman faydalandığım dəyərli yazarımız, hörmətli Aydın Təbrizlinin simvolla bağlı seçkisinə münasibət bildirərək "qara rəngli ay-ulduz"lu simvola səs verirəm", - deyə B.Rəsuloğlu yazıb.
Əslində Güney Azərbaycan Milli Hərəkatının simvolunun yaranmasında qeyri-adi bir nəsnə yoxdur. Örnək üçün onu da bildirmək istərdik ki, istənilən qeyri-hökumət təşkilatının özünəməxsus simvolu var. Odur ki, Güney Azərbaycan Milli Hərəkatının öz simvolunun ortaya çıxmasını da təbii qarşılamaq mümkündür. Nəzərə almaq lazımdır ki, bu simvol Azərbaycanın ümumi ideologiyasından doğur.
ayna

Hiç yorum yok: