azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

31 Temmuz 2008 Perşembe

Dünyalar savaşı

Dünyalar savaşı


Türkiyənin Konstitusiya Məhkəməsi hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) qapadılmasına ehtiyac duyulması məsələsini müzakirə etdi.
Əslində ölkənin gələcəyi ilə bağlı mübahisələr daha da gərginləşib. Bundan sonrakı Türkiyə necə olmalıdır: bir az daha islamçılaşmalı, yoxsa əvvəlki əyyamlardakı təki dünyəvi qalmalıdır?
Bilinən budur ki, Konstitusiya Məhkəməsinin hansı qərar verməsindən asılı olmayaraq AKP lideri və baş naziri Rəcəb Tayyib Ərdoğan kütlənin dəstəyini itirməyəcək.
Ölkədə terror səngimir. Ayın əvvəlində ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun binasına yaşandı, atışmada üç terrorçu və üç polis həlak oldu.
Ötən həftə isə İstanbulun Güngörən səmtində iki partlayış baş verdi, 17 nəfər öldü, 170 nəfər yaralandı.
Son partlayış Konstitusiya Məhkəməsindəki prosesi media və ictimaiyyətin diqqətinin arxa planına çəkib. Halbuki məhkəmə iqtidardakı AKP-nin yasaqlanması, bu partiyanın 71 yüksək çinli funksionerinin də 5 il müddətində siyasi fəaliyyətinin qadağan olunması barədə qərar çıxara bilər.
Ərdoğanın partiyası ötən il keçirilən parlament seçkilərində səslərin 47%-ni qazanaraq hakimiyyətini qorumuşdu.
İndi isə ölkədə nəticəsi naməlum sınma, siyasi qütbləşmə, hətta düşmənləşmə müşahidə olunur.
Mustafa Kamala Atatürk Türkiyə Cümhuriyyətini yaradandan bəri onun ardıcılları, demokratlar və dünyəvilər ölkəni idarə edirdilər.
Fəqət demokratlar ilk zərbəni Rifah Partiyasının seçkilərdə qələbəsindən sonra alıb Nəcməddin Ərbakanı baş nazir görəndə almışdılarsa, həmin dərsdən nəticə çıxarmadılar, ölkədə islamçıların təbliğatının güclənməsini dərk etmədilər.
İllərdən bəri dövlət və siyasətdə mühüm postlar tutan dünyəvilik-demokratiya tərəfdarları indi bir kənarda qalıblar. Meydan isə islamçılarındır.
Çünki mühafizəkar Anadolu tabanı gün keçdikcə cəmiyyətin ürəyinə iqtisadi baxımdan güclənən qüvvə kimi soxulur, yeni Türkiyənin simasının formalaşmasında daha fəal iştirak etməyə çalışırlar.
AKP bu tabanı necə müdafiə edəcəyi və ondan hansı yolla dəstək alacağını əla bilir.
Ən azı ona görə ki, Rəcəb Tayyib Ərdoğanın özü həmin tabanın qəlbinin ortasından çıxmış adamdır.
İslamçıların ailəsində doğulub böyümüş Ərdoğan onlarla öz dillərində danışır.
Dinin dövlətdən ayrı tutulmasının tərəfdarlarının sondan əvvəlki qalası ötən il çökmüşdü. Xarici İşlər Naziri və AKP liderinin müavini Abdulla Gül prezident seçildi. Onun namizədliyi çox ağır siyasi böhran yaratmışdı.
Əvvəlki prezident Əhməd Necdət Sezər veto hüququndan istifadə edərək Rəcəb Tayyib Ərdoğana Türkiyə Böyük Millət Məclisi deputatının mandatını almaq imkanı verən "Ərdoğan qanunu"nun qəbul edilməsinə 2002-ci ildə mane olmağa çalışsa da, bir nəticə hasil olmadı - Ərdoğan mandatı alaraq baş nazir seçildi.
Sezər bundan sonra tez ayılmış, AKP-nin hansı təhlükə kəsb etdiyini dərk etmişdi. Məhz bu səbəbdən o partiyanın fəaliyyət dairəsini mümkün qədər məhdudlaşdırmağa çalışır, onun qanunvericilikloə bağlı "islahatlar və dəyişikliklər"inin qarşısını almağa çalışırdı.
Çalışdı, amma nəticə gözlənilən olmadı.
Abdulla Gül prezident seçildi, onun xanımı Hayrunnisə də başında hicab Çankaya Köşkündə peyda oldu. Türkiyə Cumhuriyyəti tarixində ilk dəfə baş verən bu işə dünyəvilik, demokratiya və atatürkçülük tərəfdarları, habelə hərbçilər dişlərini sıxaraq dözdülər. Və yenə də islamçılıq təhlükəsindən danışdılar, AKP-nin ölkədə Şəriət qaydaları ilə idarə olunan dövlət qurmağa çalışmasından bəhs etdilər.
Və yenə də səhv yol verdilər: onlar danışır, AKP isə iş görürdü.
"Ergenekon" əməliyyatı ilə islamçıların indiyədək çəkindikləri və qorxduqları son qala olan Türkiyə Silahlı Qüvvələrinin generalitetinə dağıdıcı, sarsıdıcı zərbə vuruldu.
Rifah Partiyasını iqtidardan getməyə vadar edən generalitet artıq "ov"a dönmüşdü. Generallar Vəli Kiçik, Şənər Əruyğur və Xurşid Tolon "dövləti çevrilişinə cəhd, müxtəlif sui-qəsdlər və terror aktları törətmiş təşkilat quraraq onu idarə etmək, ölkədə düşmənçilik yaratmaq"da suçlanaraq həbs olunublar.
Generalitet susur və Cumhuriyyət qurulandan bəri ilk dəfə geri çəkilmiş vəziyyətdə durur.
Konstitusiya Məhkəməsinin qərarının yasaq və ya davam olacağı şərt deyil.
Ərdoğan hakimiyyəti asanlıqla əldən verən adam olmadığından, Türkiyəni istənilən halda bundan sonra daha ciddi laübələr və siyasi problemlər gözləyir.
Çünki hərbçilərlə islamçıları qarşı-qarşıya qoyaraq hər iki tərəfi zəiflətmək, bununla da "Böyük Yaxın Şərq Layihəsi"ni həyata keçirib Türkiyənin regiondakı rolunu minimuma endirmək, Ankaranın geosiyasi ambisiyalarına son qoyaraq ölkəni Bolqarıstan, Rumıniya və ya Sloveniya çəkisinə endirmək istəyən qüvvə niyyətini reallaşdırmaq üçün sürətlə çalışır.
Ankarada siyasi mübahisəni dünyalar savaşı sayan tərəflərdən fərqli olaraq...

Həsən AĞACAN
hasanagacan@mail.ru

express

Hiç yorum yok: