azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

30 Temmuz 2008 Çarşamba

Türkiyə Hərbi Hava Qüvvələri PKK-ya ağır zərbə vurub

Türkiyə Hərbi Hava Qüvvələri PKK-ya ağır zərbə vurub






"Yeni Şərq"in ANS PRESS-ə istinadən verdiyi məlumata əsasən, Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqdaki Qəndil dağında PKK terrorçularının sığınacaqlarını bombalayıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən rəsmi açıqlamaya görə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr bu gün terrorçuların qərargah kimi istifadə etdikləri mağaralara zərbələr endirib. Keçirilən əməliyyatlar nəticəsində bütün mağaralar dağıdılaraq istifadəsiz hala gətirilib, bombalama nəticəsində çökən mağaralarda və açıqda olan, sayı bilinməyən terrorçular zərərsizləşdirilib. Bundan başqa, Zap ərazisində müəyyənləşdirilən bir hədəf də qırıcı təyyarələr tərəfindən bombalanıb. Qərargahdan verilən məlumata görə, əməliyyatı başa vuran hərbçilər sağ-salamat qərargaha geri qayıdıblar.
Xatırladaq ki, Türkiyə höküməti son zamanlar terrorçulara qarşı bir sıra uğurlu əməliyyatlar keçiriblər. Terrorçular isə öz növbələrində dinc əhalini qətlə yetirməklə rəsmi dairələri bir qədər də qətiyyətli olmağa sövq edirlər.
Yeni Şərq


Hiç yorum yok: