azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

30 Temmuz 2008 Çarşamba

Avqustun 1-də Günəş tutulacaq

Avqustun 1-də Günəş tutulacaq



Bu təbiət hadisəsini paytaxt sakinləri izləyə biləcək

Avqustun 1-də Bakı vaxtı ilə saat 14:40 dəqiqədə Günəş tutulacaq. Bu təbiət hadisəsini Azərbaycan ərazisində yalnız paytaxt sakinləri müşahidə edə biləcək. Ancaq bu, cəmi 10 dəqiqə davam edəcək və saat 14:50-də Günəş öz normal hərəkətində davam edəcək.


Milli Elmlər Akademiyasından Lent.az-a bildiriblər ki, Günəş tutulması Azərbaycan ərazisində aydın görünməyəcək. Bu hadisə ən çox Rusiya, Çin, Qazaxıstan və Monqolustanın bir hissəsində də müşahidə olunacaq. Həmin ərazilərdə Ay, Günəşin üzünü 2 dəqiqə 27 saniyə bağlayacaq. Azərbaycan paytaxtında isə Günəşin tutulması 10 dəqiqə davam etsə də, Ay Günəşin 42 faiz hissəsini örtəcək qarşısını kəsəcək.

Elxan SALAHOV

LENT.AZ

Hiç yorum yok: