azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

30 Temmuz 2008 Çarşamba

Türkiyənin İran vasitəçiliyi nəticəsiz olacaq

Türkiyənin İran vasitəçiliyi nəticəsiz olacaq

Türkiyə İranın nüvə probleminin həlli ilə bağlı Tehranla Qərb arasında vasitəçiliyə başlayıb. İran xarici işlər naziri Manuçöhr Möttəkinin Ankaraya səfərindən sonra onun Türkiyəli həmkarı Əli Babacan Tehrana gedib. Mütəxəssislərin fikirincə, Ankara ABŞ və Avropa Birliyinin istəyi əsasında İranın nüvə probleminin diplomatik yola həlli üçün vasitəçilik edir. Politoloq Rauf Mirqədirov Türkiyəni hazırda İranın nüvə probleminin diplomatik yolla həllində ən çox maraqlı olan tərəflərdən saydı: "Ümumiyyətlə, xarici siyasətdə həmişə bir sıra addımlar atılır ki, onlar yalnız imic xarakterli addımlar sayılır. Yəni bu kimi gedişlərin real nəticəsi həmişə sıfıra bərabər olur.

Tural

Bu yaxınlarda İran da belə bir bəyanatla çıxış etdi ki, o Türkiyə ilə Ermənistan arasında vasitəçilik etməyə hazırdı və bu ölkələrin problemlərinin həllində əsas rol oynayan tərəf ola bilər. Yəni hamı da çox gözəl bilir ki, nə Türkiyənin İranın nüvə probleminin həlli ilə bağlı vasitəçiliyi, nə də İranın Ankara ilə İrəvan arasında arabulan rolu real nəticə verməz. Bu məsələlərə o qədər də ciddi önəm verməyə ehtiyac yoxdur". İranın Avropada "vəkil" ölkələrinin olduğunu deyən ekspert bu dövlətlərin heç bir nəticə əldə edə bilmədiyi halda, Türkiyənin belə missiyasının konkret nəticəyə gətirib çıxara biləcəyini də inandırıcı saymadı. Çünki burada söhbət maraqlardan gedir və bu maraqlar birbaşa danışıqlarda daha çox aydın ifadə və müzakirə olunur: "Türkiyə İranın bu nüvə probleminin həllində həm də çox maraqlı dövlət kimi çıxış edir. Ankara o cümlədən qonşuluqdakı dövlətin nüvə silahına malik olmamasını da arzulayır. Çünki bu, qardaş ölkə üçün ciddi problemlər yaratmaqla, Ankaranın regiondakı mövqelərinə də kifayət qədər ciddi zərbə vurmuş olar. Dəfələrlə şahidi olmuşuq ki, nüvə silahına malik olan dövlət artıq tamam başqa bir diplomatik dildə danışmağa başlayır". Nüvə ölkəsinin özünü arxayın hiss edərək qonşularla danışıq tonunda dəyişikliklər etdiyini deyən Rauf Mirqədirov, belə gücə malik dövlətin həm də dünyanın gələcəyinə güc vasitəsilə ciddi təsir edə bilən dövlətlərin çox dar olan klubuna daxil olduğunu vuruğuladı. Sözsüz ki, Ankara Rusiyadan əlavə öz qonşuluğunda İran kimi gələcəkdə nüvə silahına malik olacaq bir dövlətin bu kluba daxil olmasını istəməz: "Digər tərəfdən bu vasitəçilik məsələsində onu da unutmaq olmaz ki, Türkiyə müsəlman dövlətidir və bu gün Ankarada rəhbərlikdə dini partiyadır. Bu səbəblər də Ankaranı bir sıra problemlərin həllində vasitəçi kimi iştirak etməyə təhrik edir. Qısası, bu, həm imic, həm də müəyyən mənada təsir və dövlət maraqları məsələsidir. Yəni müsəlman dövləti kimi bu məsələlərdən kənarda qalmaq olmaz". Rauf Mirqədirov ilin sonuna kimi İranın nüvə məsələsi ətrafında daha da maraqlı hadisələrin cərəyan edəcəyini söylədi. Xatırladaq ki, bir müddət öncə Cenevrə danışıqlarında ilk dəfə ABŞ dövlət katibinin müavini iştirak edib, bu danışıqlar zamanı İrana Avropa Birliyinin təkliflərini qəbul etmək üçün iki həftə vaxt verib. Təkliflərə görə isə, Tehran zənginləşdirilmiş uran proqramını dondursa, Qərblə sərfəli əməkdaşlıq edə bilər. Cənub qonşumuzsa elan edib ki, nüvə proqramından bir addım da geri çəkilmək fikrində deyil. Türkiyənin vasitəçilik cəhdləri də belə halda nəticəsiz olacaq.
xalqcebhesi

Hiç yorum yok: