azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

28 Temmuz 2008 Pazartesi

MAHMUD ƏHMƏDİNEJAD İRANIN NÜVƏ GÜCÜNÜ ŞİŞİRDİR?

MAHMUD ƏHMƏDİNEJAD İRANIN NÜVƏ GÜCÜNÜ ŞİŞİRDİR?

İran Prezidenti Mahmud Əhmədinejad deyib ki, İranın uranın zənginləşdirilməsi üçün hazırda 6 min sentrifuqası var - bu, ölkənin cəmi bir neçə ay bundan əvvəl malik olduğundan iki qat çoxdur.
Və, onun dediyinə görə, Qərb, bu artımı qəbul edib.

Prezidedent Əhmədinejad yenidən İranın nüvə proqramında sürətli irəliləyişin olduğunu iddia edir.

Və bir daha Qərb buna müəyyən skeptisizmlə yanaşacaqdır.

İran prezidenti dünyanın fövqaldövlətlərini, necə deyərlər, qıcıqlandırmaq məqsədilə, bir çox halda nüvə proqramını şişirdir.

Lakin bu dəfə o, Qərb, İrana 6 minə qədər sentrifuqası olmağa icazə verib deməklə daha uzağa gedib.

Prezident Əhmədinejadın mülahizələri İran öz nüvə fəaliyyətini hazırki səviyyədə dondurmağı nəzərdən keçirdiyi bir vaxt səslənir, yəni, ölkəyə qarşı sanksiyalar qaldırılsın şərti ilə.

Ola bilsin ki, cənab Əhmədinejad hamını inandırmağa çalışır ki, İran, nüvə fəaliyyətini dondurmağa razı olsa da, sentrifuqalar sayını artırmağa haqqı var.

Və yaxud da bu, onun. nüvə məsələsində nisbətən sakitlikdən sonra yeni ritorikasıdır.

Hiç yorum yok: