azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

21 Temmuz 2008 Pazartesi

Yaxın Şərqin ən böyük enerji layihəsi imzalandı_İsrail və Türkiyə tarixi qərara imza atıb

Yaxın Şərqin ən böyük enerji layihəsi imzalandı


İsrail və Türkiyə tarixi qərara imza atıb

Aralıq dənizinin dibi ilə boru xəttinin inşası layihəsi təsdiqləndi

İsrail və Türkiyə tarixi qərara imza atıb. Türkiyənin enereji naziri Hilmi Gülər və İsrailin infrastruktur naziri Benyamin Ben Eliezer Aralıq dənizinin dibi ilə boru xəttinin inşası layihəsini təsdiqləyib.

Bu layihənin Azərbaycan üçün də əhəmiyyəti böyükdür. Yeni boru xətti Türkiyədə hasil edilən nefti İsraildən, Ölü dənizdən və Atlantik okeandan keçməklə Hindistana çatdıracaq. 10 aydan sonra inşa işləri başlanacaq və boru xətti 3 ilə hazır olacaq. Təkcə layihə İsrail və Türkiyəyə 8 milyon avroya başa gələcək. Amma, yeni xəttin gətirdiyi mənfəət bundan qat-qat artıqdır. Çünki, hazırda Cənubi Avropadan çıxan qara qızıl yalnız Cəbəllütariq boğazını keçib, Afrikanı dolanmaqla gəlib Hindistana çıxır. Bu proses 39-40 gün çəkir. Yolun böyük bir hissəsində neftin tankerlərlə daşınması isə xərcləri iki dəfə artır. Yeni layihə imkan verir ki, Ceyhan limanından yol alan neft 19 gün içində Hindistana çatsın. Xəttin Azərbaycan üçün böyük əhəmiyyəti var. Çünki, İsrail bizdən ən çox neft alan ölkələrdəndir. Bu layihə reallaşarsa, Ceyhandan alınan Azərbaycan nefti əvvəlki kimi tankerlərlə yox, boru xətti ilə daha ucuz və tez İsrailin Aşkelon limanına çatdırılacaq. Bir-neçə ay bundan əvvəl Azərbaycanda rəsmi səfərdə olan İsrailin infrastruktur naziri Benyamin Ben Eliezer yeni layihənin detallarını Azərbaycan tərəfi ilə də müzakirə etmişdi. Bu boru xətti Azərbaycan-Türkiyə-İsrail iqtisadi üçbucağını da möhkəmlənidrəcək. Ceyhanı Qırmızı dənizlə birləşdirəcək boru xətti ilə 40 milyon ton neftin daşınması planlaşdırılır. Neft borusuna paralel təbii qaz və şirin su xətlərinin də inşası nəzərdə tutulur.
bizimyol

Hiç yorum yok: