azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

26 Temmuz 2008 Cumartesi

İRANDA GÜCLÜ PARTLAYIŞ

İRANDA GÜCLÜ PARTLAYIŞ
“Hizbullah”a göndərilən silah-sursat Tehran ətrafında partladılıb, azı 15 adam ölüb



Britaniyanin “Daily Telegraph” qəzetinin xəbərinə görə, ötən həftənin sonlarında Tehran ətrafında güclü partlayış baş verib. Partlayışın hərbi sursat daşıyan avtomobil karvanında baş verdiyi bildirilir. Nəticədə azı 15 adam həlak olub. İran rəsmi mənbələri bu hadisə haqda heç bir məlumat yaymayıblar.
Qərb kəşfiyyatındakı mənbələr silah-sursatın Tehran yaxınlığındakı hərbi bazalardan birindən Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatı üçün göndərildiyini bildirir. İran hakimiyyəti yerli KİV-lərə bu hadisə haqda xəbər yaymağı qadağan edib, lakin şahidlər bildiriblər ki, partlayış dalğası hətta Tehranda hiss edilib. Hadisənin səbəbi bilinmir. İran hakimiyyəti isə olayla bağlı təhqiqat aparır. Ehtimal olunur ki, hərbi sursatla dolu karvanı İsrail kəşfiyyatı partladıb və bununla “Hizbullah”a silah göndərilməsinin qarşısı alınıb.
Siyasət şöbəsi
musavat

Hiç yorum yok: