azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

26 Temmuz 2008 Cumartesi

UĞURSUZ DEBÜT, YOXSA SONUN BAŞLANĞICI?



UĞURSUZ DEBÜT, YOXSA SONUN BAŞLANĞICI?


Yerevan politoloqları bu hadisənin "geosiyasi" mahiyyət daşıdığını gizlətmirlər


İSMAYIL


Qarsda Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin görüşü və Qars - Axalkalaki - Bakı dəmiryol layihəsinin Türkiyə hissəsinin təməlqoyma mərasimi ərəfəsində Axalkalaki rayon mərkəzində düşündürücü hadisə baş verdi. Verilən rəsmi açıqlamalara görə, iyulun 18-də Axalkalaki polis rəisinin evinin qarşısında partlayıcı qurğu işə salınmışdır. Lakin tələfat olmayıb, evə ziyan dəyməyib. Elə həmin axşam "Vahid Cavakx" yerli erməni alyansının üzvü Qurgen Şirinyanın evində bu partlayışla bağlı axtarış aparılmış, axtarış əsnasında polis əməkdaşlarından biri - Artur Verucanyan naməlum şəraitdə öldürülmüş, başqa bir mülahizəyə görə özünü vurmuşdur. Ölüm hadisəsi Qurgen Şirinyanın üstünə qoyulub, lakin bu adam qaçmışdır. İki gün sonra başqa bir xaraba bina mühasirəyə alınmış, lakin Şirinyanı burada da tapa bilməmişlər.
Başqa bir xəbərə görə, iyulun 20-də mülki geyimli polislər "Vahid Cavakx" alyansının rəhbəri Vaan Çaxalyanın evində axtarış aparmış və sursat aşkarlamışlar. Onun anası, qardaşı və atası həbs olunmuşdur. Az sonra anası sərbəst buraxılsa da, özü, atası və qardaşı həbsdədir.
Bizim üçün təəccüblü olmayan bu hadisələrdən sonra Ermənistan siyasəti və KİV bütün diqqətini Axalkalakiyə yönəltmişdir. Hazırda "Vahid Cavakx" alyansının binası polisin nəzarətindədir. Eyni zamanda bu alyans yerli internet rabitənin provayderidir və bu xətt də polisin nəzarətinə götürülmüşdür.
Dünən Ermənistan XİN mətbuat katibi Tiqran Balayan belə bir bəyanat verdi ki, "oradakı situasiyanın inkişafını izləyirlər və gündəlik ən müxtəlif səviyyələrdə və istiqamətlərdə daimi təmas halındadırlar" (Arminfo). Bundan başqa, "Yeni çağ" erməni partiyası rəsmi Yerevandan tələb etmişdir ki, Cavakx hadisələrinə görə aydın mövqe sərgiləsin.
Yerevan qaynaqları baş verənlərə qiymət verməyə çalışarkən, bunu vurğulayırlar ki, "Vahid Cavakx" faktik olaraq darmadağın edilib. "Vahid Cavakx" gənclər təşkilatının həbs edilmiş üzvləri dəfələrlə Qars - Tbilisi - Bakı dəmiryol xətti layihəsinə qarşı narazılıq bildirmişdilər və baş verənlər bu səbəbdən geosiyasi mahiyyət daşıyır. Məsələn, "Reqnum" agentliyi Ermənistan Politoloqlar İttifaqının sədri Amayak Ovannisyanın belə bir ziddiyyətli fikrinə yer verir ki, bu kimi radikal addım "Vahid Cavakx" üçün sərfəli deyildi, alyans etirazını dinc formada ifadə edə bilərdi, digər tərəfdən isə deyir ki, sözügedən dərmiryol xəttinin çəkilişinə "böyük həyəcanla yanaşır", qorxur ki, perspektivdə bölgə Mesxetiya türkləri ilə və kənardan gətirilən fəhlələrlə məskunlaşdırılacaq və burada demoqrafik durum dəyişdiriləcək. Onun belə bir fikrinə də diqqət edək: "Yerli erməni əhalinin narahatlığı "Vahid Cavakx" təşkilatında yığılır və onun hərəkətlərində ifadə olunurdu".
Xatırladaq ki, bu dəmiryol ideyası ortaya atılandan bəri buradakı erməni fəalların dilindən dəfələrlə rəsmi Tbilisinin ünvanına təhdid bəyanatları səsləndirilmişdi. Adıçəkilən Yerevan politoloqu bu təməlqoyma və partlayış hadisələrinin eyni vaxta düşməsini təsadüfi saymır: "Siyasətdə bu kimi xronoloji üst-üstə düşmələr olmur, olursa, nadir hallarda olur". Politoloq bu hadisəni Gürcüstan məxfi xidmətlərinin təşkil etdiyini deyir. Onun iddiasınca, bunun arxasınca bölgənin ona sərf etməyən elementlərdən təmizlənməsi və "Vahid Cavakx" hərəkatının tamamilə darmadağın edilməsi gələcək.
Son məlumata görə, Vaan Çaxalyan və digər həbs olunanlar Tbilisiyə aparılıblar. Axalkalakidəki erməni təşkilatları da öz növbələrində son günlər bir ağızdan bəyanat verirlər ki, guya, bu insident quraşdırılıb, milli azlığın hüquqları tapdanır və s. Gürcüstanın hüquq-mühafizə orqanları baş verənlər barədə hələlik açıqlama vermirlər.
ayna

Hiç yorum yok: