azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

25 Temmuz 2008 Cuma

Arktika nefti dünyanı 3 il bəsləyə bilər

Arktika nefti dünyanı 3 il bəsləyə bilər


"Arktikada 1600 trilyon kubmetr təbii qaz və 90 milyard barel neft var"
Arktika dairəsində aparılan yeni tədqiqatlar göstərir ki, orada dünyanın ehtiyaclarını 3 il ərzində ödəmək üçün yetərincə neft var.
ABŞ Geoloji Tədqiqatlar qurumu Arktikada potensial neft və qaz ehtiyatları barədə ətraflı qiymətləndirmə sənədi dərc etdirib.

Bu bəzi ölkələrin ərazinin resursları uğrunda mübarizə apardığı bir dövrə təsadüf edir.

BBC müxbiri Rob Yanq bildirir ki, qlobal istiləşmə Arktik zonada buzları əritdikcə ərazidə işləmək, onun təbii ehtiyatlarını istismar etmək istəyən şirkətlər üçün daha asan olacaq.

Geoloji Tədqiqatlar qurumu ərazidə 1600 trilyon kubmetr təbii qaz və 90 milyard barel neft olduğunu bildirib.

Bu isə üç il ərzində dünyanın ehtiyaclarını ödəmək üçün yetərli olacaq.

Rusiya, Kanada, Danimarka, Norveç və Amerika Birləşmiş Ştatları Arktika ərazisindəki geniş enerji resurslarını istismar etmək üğrunda yarışırlar.

Ancaq ətraf mühit qoruyucuları xəbərdar edir ki, neft şirkətləri əraziyə müdaxilə edərsə, təbiətə ciddi ziyan dəyə bilər.


bbc

Hiç yorum yok: