azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

21 Temmuz 2008 Pazartesi

Güney Azәrbaycan’a Önәrilәn Milli Simgәlәrdә Unudulan Xusus; Mәşruiyәt - Qzılbaş Börüsoy

Güney Azәrbaycan’a Önәrilәn Milli Simgәlәrdә Unudulan Xusus; Mәşruiyәt - Qzılbaş Börüsoy




Bir sürәdir milli simgә vәya milli bayraq mәsәlәsi internet sitәlәrimizdә vә mail gruplarında qızğın şәkildә mübahisә edilmәkdәdir. İnsanlar muvafiq vә muxalif nәzәrlәrini bir şәkildә orta qoyurlar. Kimisi sәnәdli bir şәkildә vә mübahisә şәrtlәrinә uyqun olaraq. Kimisi hay huyla vә qara basdı ilә (1) . Hәrhalda buraya qәdәr her şeyin normal olduğunu düşünә bilәrik. Çoxunluq qәbul edir ki Güney Azәrbaycan’a bir bayraq vәya әn azından milli hәrәkәtә bir simgә lazımdır (2) vә bu simgәnin üstündә mübahisә gedir. Mübahisә (bәzi moridlәr xaric) ğayәt gözәl dәvam edir ama tәәssüflә üzәrindә heç durulmayan (vә ya çox az durulan) mәsәlә “Mәşruiyәt” mәsәlәsidir. Yanı qısacası bu ki tәrhi önәrәnin dә qәbul edәnin dә sәlahiyәti olmalıdır ki qәbul edilәn bayrağın mәşruiyәti olsun. Özәlliklә dә önәrilәn tәrhin bir tarixi keçmişi vәya yarixi qaynağı olmamlıdır ki bir millәti tәmsil edә bilsin. Ama tәәssüflә sitәlәrә çıxan yazıların hardasa heç birindә bu mәsәlәyә işarә olunmayır halbuki bu mәsәlә әn әsasi şәrtlәdәn biridir. Mәşruiyәtsiz bir tәrh vә ya önәri tәbii ki kütlәvilәşmә şansı vә haqqına sahib deyildir.

Unudmamaq lazım ki bayraq qәbul etmәk sәlahiyәti hәr şeydәn vә hәr kәsdәn öncә millәt tәrәfindәn seçilmiş milli mәclisә aiddir. Әlbәttә ki bizim milli bayrağımız haqqında da son sözü bağımsızlığımızı eldә etdikdәn sonra qurulan milli mәclisimizә buraxmaq lazımdır. Kimsәnin bunda şübhәsi olmamalıdır çünkü kimsә millәtin vәlisi vә vәkili deyildir. Millәt öz vәkilini vә tәmsilcisini özü seçәr. Ama bir tәrәfdәn dә hәr kәsә aydın olduğu kimi biz bu gün belә bir imkana sahib olmadığımız üçün habelә bir umumi refrandom vә ya hәtta yurd dışında bir umumi qurultay imkanı olmadığı üçün indilik әn mәntiqli yol hәr kәsin “ӘN MӘŞRUU” tәrhin üstündә anlaşması vә bu tәrhin milli mәlis qurulana qәdәr keçici simgә olaraq qәbul edilmәsidir. Bu yolla milli mәclisimiz quruluncaya qәdәr millәtimizi vә milli mücadәlәmizi tәmsil edәcәk bir ortaq simgә vә kritik anlarda hәrkәsi birlәşdirәcәk ortaq bir dayanağımız olacaqdır.

Bu nöqtәdә bu xususu vurğulamağı da zәruri görürәm ki; milli mücadәlәmizin әn tәmәl ideyalarından birisi “Bütöv Azәrbaycan” amalıdır. Güney Azәrbaycan’ın istiqlalını istәyәn hәr kәs kәsinliklә vahid Azәrbaycan ideyasını da qәbul edir. Vә ayrıca gәlәcәkdәki Bütöv Azәrbaycan’ın bayrağı bu gün Azәrbaycan cumhuriyәtinin dövlәt bayrağı olan vә 1918’dә millәtimizin yetişdirdiyi böyük rәhbәrlәr Mәhhәmәd Әmin Rәsulzadә vә Fәtәli Xan Xoylu tәrәfindәn qaldırılan bayraq olacaqdır. Bu gün mübahisә edilәn simgә isә o günә qәdәr keçici simgә olmalıdır.

Hәrhalda bu gün ortada bir neçe bayraq vardır. GAMOH tәşkilatının bayrağı, GAİP tәşkilatının bayrağı, birdә BAB tәşkilatı tәrәfindәn yayınlanan “Muxtәsәr Azәrbaycan Tarixi” kitabında yer alan vә bu gün yenidәn gündәmә gәtirilәn bayraq tәrhi. Әlbәttә gahdan bәzi dostlar özlәrindәn bir tәrhlәr çıxardıb önәrirlәr ki mәncә bu işlәrә heç gәrәk yoxdur. Zatәn ortada yetәrincә tәrh vә önәri vardır vә bundan izafәsi sadәcә iş qarışdırmaq olar. Ayrıca bizim әsil milli bayrağımız zaten bәllidir vә bu qәbul edilәn keçici simgә olacaq onun üçün dә işi bu qәdәr buruşdurmaq lazım deyil. Hablә bu әziz dostlar diqqәt etmәlidirlәr ki önәrini verәn mәrcәin dә sәlahiyәti son dәrәcә әhәmmiyәtlidir. Әlbәttә ki hәr hansı adi bir vәtәndaşın oryata atdığı önәri yetәrli mәşruiyәtә sahib olmayacaqdır. Çünkü nә önәri verәnin bu işә sәlahiyәti vardır nә dә önәrilәn tәrh bir tarixi dәyәr vә mәşruiyәtә malikdir.

Mәnә belә gәlir ki biz yuxarıda qeyd etdiyim üç önәridәn bir dәnәsini seçib onun üstündә umumi tәvafuq etmәliyik vә hәrkәs dә bu seçimә qatılmalıdır. Bu әn doğru vә әn mәntiqli yoldur. Vә tәbii ki bu arada tәrcih edәcәyimiz önәri әn mәşruiyәtli tәrh olmalıdır. Mәnim şәxsi nәzәrimә son günlәrdә bir grup fәal tәrәfindәn gündәmә gәtirilәn “Qara Ay Ulduzlu Azәrbaycan Bayrağı” ortada olan әn mәşruiyyәtli tәrhdir.

Çünkü:
a) Bu tәrh BAB tәşkilatının yayınladığı bir kitabda çap olmuşdur. BAB Tәşkilatı Bütöv Azәrbaycan uğruna qurulan ilk tәşkilat olduğu üçün vә böyük mücahidimiz rәhmәtlik Elçibey tәrәfindәn qurulduğu üçün mücadәlә tariximizdә özәl bir yerә sahibdir.

b) Tәrh adı keçәn kitabda çap olduğu zaman rәhmәtli Elçibәy özü sağ idi vә BAB tәşkilatının başında dururdu. Tәbii olaraq rәhmәtli Elçibәy bir mәnada bu tәrhin ortaya atılmasının mәsuludur.

c) Bu tәrhin dә içindә olduğu kitab çapa getmәdәn öncә Bәy’ә göstәrilmiş vә Bәy’in fikri sorulmuşdur. Bәy kitabin BAB adına çapa getmәsinә müsaidә etmiş vә bayraq tәrhi üçün dә “BU DA BİR FİKİRDİR” demişdir. Yanı Bәy bu tәrhi felәn dәstәklәmәsә dә ona qarşı çıxmayıbdır vә hәtta tәrhin özünün qurduğu, başında durduğu vә çox önәm verdiyi tәşkilat tәrәfindәn çap edilmәsinә müsaidә edibdir. Mәncә bu xusus çox önәmlidir.

d) tәrh ortaya qoyulan ilk tәrhdir vә daha da önәmlisi bu gün Güney Azәrbaycan milli hәrәkәti qalibindә aktiv olan heç bir quruluş tәrәfindәn deyil bәlkә artıq bir anlamda tarixә qarışmış ama eyni halda hәrәkәtimizin üstündә böyük haqqı olan vә çox sayqı görәn bir qurulış tәrәfindәn önәrilibdir. Bu nәdәnlә kimsәnin bu tәrhdә bir iddiası ola bilmәz vә tәrh hәrkәsә aiddir.

e) Tәrh milli bayrağımıza çox yaxındır vә önәri yazısında da yazıldığı kimi qara ay ulduz aşamalı olaraq ağararaq Bütöv Azәrbaycan qurulduğu zaman tamamen milli bayrağımıza dönüşә bilәr.

son olaraq bәzi dostların irad tutduğu qara rәngә işarә etmәk istәyirәm ki güya qara rәng bayrağa yaraşmaz imiş. Bu mәsәlәnin doğru vә ya yanlışlığı bizim baxış vә yorumlarımıza bağlıdır. Yanı biz qara rәngi bәdbәxtlik vә yas rәngi kimi deyil bәlkә sadәcә vәtәnimizin keçici işğalının әlamәti olarq görsәk kimsә qalxıb bizә ”yox illa da bu bәdbәxtlik rәngidir” demәyәcәk ki! Misal üçün Alman ölkәsinin bayrağı üç rәngdәn tәşkil olur ki әn üstdәki rәng qaradır. İndiyә qәdәr heç eşitdiniz mi ki kimsә Almanlara “sizin bayrağınızda qara rәngi var onun üçün siz bәdbәxt adamlarsınız” desin?! Yanı birisi belә düşünsә çox gülmәli olmaz mı? Bu gün Almanlar dünyanın әn gülcü vә zәngin millәtlәrindәn biridir baxmayaraq ki bayraqlarında qara rәngi var. Demәk ki işarәtlәr vә әlamәtlәri biz necә görmәk istәsәk onlar da bizә elә o mәnanı daşıyacaqlar.

Mәn kiçik bir milli fәal kimi bütün tәşkilatlarımız, qurum vә quruluşlarımızı birliyә dәvәt edib bu üç tәrhin birinin üstündә tәvafuq etmәyә çağırıram. Mәnim dәstәk verdiyim önәri isә “qara ay ulduzlu Azәrbaycan bayrağı”dır. Ama bunu da bildirirәm ki әksәriyyәt nәyi qәbul edәrsә mәn dә tәbii olaraq ona sayğı göstәrәcәyәm.

Sayğılarımla;
19/07/2008

[1] Bu arada keçәn gün gruplara atılan bir maildә birisinin bir neçә başqa insanı heç bir sәnәd vә dәlil göstәrmәdәn casus vә İttilaat adamı adlandırdığını vә ima, işarә ilә o şәxslәrin kimliyini bәlli etmәyә çalışdığını gördüm. Nә qәdәr üzücü!!! Bәzi insanlarımız mücadәlә necә verilәr vә mәdәni bir insan muxaliflәrinin qarşısında necә durar hәlә anlamayıblar!! Әgәr hәqiqәtәn bir xainlik durumu var isә sәnәdlәrlә o xainlәri ifşa etmәk lazım yoxsa da başqalarına böhtan atmaq siyasi әxlaqa yayarşmaz!!

[2] Hәr nә qәdәr hәlә bәzilәri dirәnsәlәr ki “yox, bu iş Azәrbaycan’ın vahidliyini pozur”gәnә dә çoxunluq bu qәrara gәlib ki gәlәcәyin mustәqil Güney Azәrbaycan’ına Quzey ilә birlәşәnә qәdәr bir bayraq lazımdır vә bu gün beynәlxalq arenada tәmil olabilmәmiz üçün dә bu olmalıdır. Yanız bu xususda çox diqqәtli olmq lazım ki qәbul edilәn tәrh indilik sadәcә Quzey Azәrbaycan’ın dövlәt bayrağı olan “Bütöv Azәrbaycan Bayrağı”na әn yaxın tәrh olsun.
baybak

Hiç yorum yok: