İRANDA İDMANÇILARA TATUİROVKA ETMƏK QADAĞAN OLUNDU
İran idmançılarına tatuirovka etmək və xarici mediaya müsahibə vermək qadağan edilib. Tatuirovkası olan iranlı idmançıların Pekin olimpiadasında iştirakı da qadağan olunub.
«Media forum» saytının məlumatına görə, İran Bədən Tərbiyəsi Təşkilatının mədəniyyət işləri üzrə baş direktoru Məhəmməd Seydanlu jurnalistlərə açıqlamasında bildirib ki, tatuirovka edən idmançılar günahkar sayılacaqlar.
İranın Pekin olimpiadasına göndərmək istədiyi komandalarda bədəninə müxtəlif şəkillər döydürmüş idmançıların olduğunu xatırladan M.Seydanlu həmin idmançıların Pekin olimpiadasına buraxılmayacağını vurğulayıb.
M.Seydanlu tatuirovkanın islam mədəniyyətinə zidd olduğunu bildirib: «Tatuirovka islam mədəniyyətinə ziddir. İran idmanı bir çox sahədə xarici komandalarla rəqabətə girə bilməsə də, əxlaq məsələsində onlarla rəqabətə girə və birinci yeri tuta bilər».
«Media forum»
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder