azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

26 Temmuz 2008 Cumartesi

TEHRAN MİLLİ HƏRƏKATA QARŞI İDEOLOJİ TƏXRİBAT APARIR


TEHRAN MİLLİ HƏRƏKATA QARŞI İDEOLOJİ TƏXRİBAT APARIR


İsfahanda yayılmış CD-lərdəki materiallar da bunu təsdiqləyir


S.SOLTAN


Tehran hakimiyyətinin Azərbaycan Milli Hərəkatına qarşı təxribatı davam edir. "Ayna"nın ötən saylarından birində bildirmişdik ki, İslam Respublikasının rəhbərliyi Təbrizdə keçirilən qaçış marafonunu Azərbaycan türklərinin İran körfəzinin "Ərəb körfəzi" adlanmasına etiraz aksiyası kimi qələmə vermək, habelə "İranın bütövlüyü uğrunda Azərbaycan milli hərəkatı" adlı qurumun mövcudluğunu elan etmək və s. addımları ilə Milli Hərəkatı gözdən və beynəlxalq aləmdə etibardan salmağa çalışır.
Son zamanlar Güney Azərbaycan Milli Hərəkatının bayraq və rəmzləri ilə bağlı açılmış müzakirə ilə Tehran yenə də aranı qarışdırmağa cəhd göstərir. Azərbaycan Milli Dirəniş Təşkilatının bu haqda yaydığı bəyanatda deyilir: "Müzakirə edilən rəmz məsələsi təşkilatımız tərəfindən təsdiqlənməyib. Biz bu istiqamətdə araşdırmamızı davam etdiririk. Çeşidli vasitələrlə təşkilatımız adından yayılan bu sayaq mətləbləri qəti şəkildə təkzib edir, belə davranışları saxtakarlıq və əxlaqdan uzaq sayırıq".
"Baybak"ın hərəkata qarşı iftira ilə bağlı yaydığı başqa məlumatda isə bildirilib ki, bu yaxınlarda Səfəvi türk sülaləsi imperatorluğunun paytaxtı olmuş İsfahanda şübhəli bir CD yayılıb. Bu CD-də Azərbaycan türkünün bir çox ziyalıları ilə bağlı məlumatlar yerləşdirilib. Onların arasında Babək, Səməd Behrəngi, Əhməd Şamlu, Fərəq Fərruxi, habelə baltanı öz kökünə vuranlardan Əhməd Kəsrəvi, eləcə də 1990-cı illərin sonlarına yaxın bir-biri ilə əlaqəsi olan, ictimaiyyətin "zəncirvari qətllər" adlandırdığı hadisələrə dair məlumatlar da var.
Mənbənin yazdığına görə, Tehran hakimiyyətinin məqsədi ziyalıları fars və iranlı kimi təqdim etməkdir. CD-ni yayan mənbənin ünvanı göstərilməyib. Ancaq ehtimal olunur ki, İslam Respublikasının uyğun qurumları və fars şovinistləri bu vasitə ilə Azərbaycan türklərini gözdən salmaq və irançılığı təbliğ etməyə çalışıblar. Təsdiqlənməmiş məlumatlara görə, hakimiyyət Azərbaycan türklərinin İsfahan və Şahinşəhr bölgələrindəki milli haqlar uğrunda mübarizəsindən əndişələnərək belə materiallar yayır. Bu işdə hakimiyyətin marağı və əlinin olması istisna edilmir.
Bundan başqa "300 spartalı" filmi, "Şeytanın ayələri" kitabının tərcümə edilərək yayılması haqda da xəbər verilir. Hakimiyyət bu sayaq əməllərə pantürkçülük xarakteri verməyi qarşısına məqsəd qoyub. Qeyd edək ki, "300 spartalı" filmində minlərlə fars əsgəri 300 yunana məğlub olur. Burada farslar vəhşi, ağılsız və mürtəce kimi göstərilib. Bu film nümayiş etdirildikdən sonra panfarsistlər və panirançılar, eləcə də İran hakimiyyəti tərəfindən qəzəblə qarşılanmış, hətta bu addımı Tehran İslama qarşı təbliğat kimi təqdim etməkdən çəkinməmişdi.
Salman Rüşdinin "Şeytan ayələri" kitabı isə, məlum olduğu kimi, daha çox İran İslam Respublikasının yürütdüyü siyasətə qarşı yönəlib. Ancaq Tehran hakimiyyəti Azərbaycan Milli Hərəkatına antiislam damğası vurmaqdan ötrü bu sayaq CD-lər yaymaqdadır.
Mənbə bildirib ki, İsfahan və ona yaxın bölgələrdəki türklərə, özəlliklə qaşqaylara qarşı kəskin assimilyasiya siyasəti yürüdülməkdədir. Bu kimi materiallarda Azərbaycan türkünün tayfaları, o cümlədən qaşqay türkləri az qala ayrıca etnik qrup kimi göstərilir. Ancaq tarix sübut edib ki, qaşqaylar həmişə Azərbaycan türklərinin milli haqları uğrunda mübarizədə ön sıralarda durublar.
Bu xəbər, "Ayna"nın ötən sayında verilən məlumatdan da göründüyü kimi, terrorçu kürdlərin Azərbaycana qarşı apardığı təbliğat və türk dahilərin kürd kimi təqdim edilməsinə daha çox oxşayır. Tehran belə davranışı ilə həm də Azərbaycan Milli Hərəkatına qarşı ideoloji təbliğat aparır. Bununla hərəkatın Babək, Səməd Behrəngi kimi artıq rəmzə çevrilmiş şəxslərini ləkələyir, onun siyasi-ideoloji xəttinin üzərinə kölgə salır. Özü də Tehran rejimi hərəkata antiislam xarakteri verməklə onun əsl mahiyyətini pərdələməyə çalışır. Elə yayılmış CD-də də məqsədin bundan ibarət olduğu istisna edilmir.
ayna

Hiç yorum yok: