azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

21 Temmuz 2008 Pazartesi

Tehran və Vaşinqtonun ilk ciddi görüşü baş tutdu

Tehran və Vaşinqtonun ilk ciddi görüşü baş tutdu


Amerika Birləşmiş Ştatları və İran son 30 il ərzində ilk dəfə birbaşa yüksək səviyyəli danışıqlara başlayıblar.
Onlar Tehranın nüvə proqramı ətrafında yaranmış mübahisələri müzakirə edəcəklər.

Bu gün Amerika dövlət departamentinin 3-cü ən yüksək səviyyəli rəsmisi William Burns Avropa İttifaqının xüsusi nümayəndəsi Xaviyer Solana ilə birlikdə İranın nüvə məsələləri üzrə rəsmisi Səid Cəlili ilə görüşür.

İranın xarici işlər naziri Mənuçöhr Müttəki Tehranda jurnalistlərə deyib ki, danışıqlar müsbət addımdır, ancaq daha artıq görüşlərin keçirilməsinə ehtiyac ola bilər.

“Bu gün müxtəlif tərəflər arasında danışıqlar keçirilir, - deyib cənab Mütəkki, - bugünkü görüşdən sonra digər danışıqlar da ola bilər. Bütün tərəflərin fikirləri müzakirə edildikdən sonra biz bir razılaşma imzalaya bilərk. Bugünki danışıqlara hazırlığı nəzərə alaraq biz Cenevrə danışıqlarını müsbət və konstruktiv hesab edirik”.

İran və ABŞ arasında münasibətlər 1979-cu ildə İranda İslam İnqilabının baş verməsidən sonda dondurulmuşdu.

Amerikanın dövlət katibi Kondoliza Rays dünən Vaşinqtonda deyib ki, Birləşmiş Ştatlar münasibətlərdə inkişafa ümid edir.

“Mən artıq bir neçə dəfə demişəm ki, İran çətin və qorxulu dövlətdir, - deyib dövlət katibi, -bu ölkə bizim dostlarımıza, beynəlxalq sülhə və sabitliyə təhlükə yaradan siyasət yeridir, terrorizmi müdafiə edir, Nüvə silahı yaratmaq üçün nüvə texnologiyası hazırlayır. Ancaq biz hər zaman demişik ki, hər bir dövlətin öz kursunu dəyişmək imkanı var. Amerikanın daimi düşmənləri yoxdur, Amerika İranın beynəlxalq ictimaiyyətlə yaxşı əlaqələr yaratmaq üçün öz siyasətini dəyişəcəyi halda dəstək verəcəyimizə dair işarənin arxasında duracaq”.

Xanım Rays Amerikanın, növbəti addımlar üçün bugünkü danışıqların nəticələrini gözləyəcəyini deyib.

bbc

Hiç yorum yok: