azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

22 Temmuz 2008 Salı

Avropa İrana "stimullar paketi" təklif edir

Uranın həvəsləndirilməsi



Avropa İrana "stimullar paketi" təklif edir



İran prezidenti Mahmud Əhmədineyad dünyanın aparıcı dövlətləri ilə nüvə fəaliyyətinə dair danışıqları irəliyə doğru bir addım adlandırıb. "RİA Novosti"nin məlumatına görə, həmin danışıqlar Cenevrədə keçib. İlk dəfə olaraq dialoqda Amerikanın aparıcı diplomatlarından biri Uilyam Berns də iştirak edib. İran Amerika nümayəndəsinin bu görüşdə iştirakını müsbət prosessual addım kimi qiymətləndirib.

Bununla belə, rəsmi Vaşinqton Bernsin danışıqlara cəlb olunmasının Ağ evin İrana qarşı siyasətinin dəyişməsi demək olduğunu səhv qənaət adlandırıb. Dövlət Departamentinin mətbuat katibi Anna Skorihima bildirib ki, Vaşinqtonun İrana qarşı siyasəti və mövqeyi dəyişməz qalır. Onun sözlərinə görə, Tehran qarşıdurma ilə əməkdaşlıq arasında seçim etməlidir. Avropa Birliyinin xarici siyasət məsələləri üzrə komissarı Havyer Solana isə ümidvardır ki, Tehran qarşıdan gələn iki həftə ərzində Avropa Birliyinin İrana təklif etdiyi həvəsləndirici paketə öz konkret cavabını verəcək.

"İran uranın zənginləşdirilməsi proqramını dayandırmaq niyyətində deyil". Bu barədə Cenevrədə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə katibi Havyer Solana ilə görüşündən sonra İranın milli təhlükəsizlik ali şurasının katibi Səid Cəlili yurnalistlərə müsahibəsində bildirib. "Uranın zənginləşdirilməsi proqramının dayandırdırılması və ya müvəqqəti saxlanması müzakirə edilmir" - deyə Cəlili bildirib. Havyer Solana ilə Səid Cəlili arasında görüşdə tərəflər "altılıq"ın təklifini müzakirə ediblər. "Altılıq" təkid edir ki, rəsmi Tehran uranın zənginləşdirilməsi proqramını dayandırsın. Əvəzində İrana bir sıra iqtisadi imtiyazların verilməsi vəd edilir. Eyni zamanda İran beynəlxalq əməkdaşlıq layihələrində iştirak etmək hüququ qazanacaq. Rəsmi Tehran öz növbəsində dialoq aparmağa hazırlığını, lakin uranın zənginləşdirilməsi proqramının müzakirədən kənar olduğunu dəfələrlə vurğulayıb.

Nüvə probleminin həll edilməsi üçün "altılıq" tərəfindən təklif olunan "stimullar paketi" iyunun 14-də İrana təqdim edilib. Cavab olaraq rəsmi Tehran iyulun 4-də öz təkliflərini irəli sürüb.
kaspi

Hiç yorum yok: