azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

21 Temmuz 2008 Pazartesi

DAK-IN İSVECRƏDƏ SILSILƏ TƏDBIRLƏRI BAŞLADI [14 dəfə oxunub]

DAK-IN İSVECRƏDƏ SILSILƏ TƏDBIRLƏRI BAŞLADI [14 dəfə oxunub]



Dünya Azərbaycanlıları Konqresinin İsveçrə təmsilçiliyi xəbər verdiyimiz kimi Güney Azərbaycan problemlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə 18 iyul 2008-ci il tarixində İsveçrənin Zurix şəhərindən silsilə tədbirlərə başlamışdır. Tədbirdə bir çox Azərbaycan təşkilatlarının nümayəndələri iştirak ediblər.

Nəzərinizə catdıraq ki, tədbirdə Azərbaycanımızın güney hissəsində fars şovinizminin 35 milyonluq millətmizə qarşı etdikləri vəhşiliklərin görüntüləri və hal hazırda fars şovinizminin həbsxanalarında öz təbii haqlarını müdafiə etdiklərinə görə həbs olunaraq müxtəlif işgəncə və təhqirlərə məruz qalan soydaşlarımızın adları və həbs olunduqları zindanıların vəziyyəti haqqında İsveçrə ictimaiyyətinə məlumatlar verilib.

Zurix şəhərinin mərkəzi küçəsində qurulan çadırın ətrafına Güney Azərbaycanda baş verən 2006-cı il hadisələrinin görüntüləri və rejimin vəhşiliklərini əks etdiən görüntülər nümayiş etdirilmişdir. 700 ildən artıq savaş görməyən İsveçrə əhalisini bu görüntülər dəhşətə gətirib, hətta orada turist olan Amerikalı, Kanadalı, Yaponiyalı və Çinliləri belə heyrətləndirib.

Qeyd edək ki, bir çox İsveçrəli İranda Azərbaycanlıların yaşadıqlarını bilmədkilərini dilə gətiriblər. İran adlanan ölkədə Azərbaycan türklərinin çoxluq təşkil etdiyi halda nədən fars şovnizmi tərəfindən mili haqların tapdanması onlarda maraq oyadıb.

DAK İdarə heyəti Araz Nəsiminin verdiyi məlumata görə növbəti tədbir avqust ayının 2-də Zurix şəhərinin Bahnhofstrasse 84 NO-li küçəsində həyata keçiriləcək.

Hiç yorum yok: