azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

25 Temmuz 2008 Cuma

DƏ “ERGENEKON” ƏMƏLİYYATINA DAXİL ETMƏYƏ ÇALIŞIRLAR”

“MƏNİ DƏ “ERGENEKON” ƏMƏLİYYATINA DAXİL ETMƏYƏ ÇALIŞIRLAR”
Rauf Denktaş Türkiyəni tənqid etdi



Şimali Kipr Türk Respublikasının keçmiş prezidenti Rauf Denktaş bəzi dairələrin onu “Ergenekon” əməliyyatına daxil etməyə çalışdığını bildirib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, R. Denktaş belə cəhdlərin əbəs olduğunu bildirib: “Biz Türkiyə aşiqiyik, hər zaman ana vətən üçün çalışdıq.
Kipr məsələsinə də ana vətənin mənafeyi çərçivəsində yanaşmışıq. Mənim əleyhimə heç nə tapa bilməzlər”. Sabiq prezident hazırda həbsdə olan ordu generalları Xurşid Tolon və Şənər Əruyğuru “əziz dostlar” adlandırıb:
“Türkiyənin bütün hərbi və mülki elitası ilə illərdir təmasdayam. Kiprə gəlib xidmət edənlərlə isə qardaş kimiyik”. R. Denktaş Atatürk ideyaları, Kipr problemi, türban məsələsi ilə bağlı fikirlərini açıqlamağa davam edəcəyini söyləyib: “Deyəsən, işlərinə bir az çox qarışıram. Ona görə də susdurulmağım lazım gələcəksə, həll edəcəklər”. R. Denktaş “Ergenekon” istintaqı çərçivəsində həbs olunmuş şəxslərdən birinin öldüyünü xatırladaraq bəyan edib ki, bu istintaqda insan haqları baxımından düzəldilməsinə ehtiyac olan məsələlər var. O, ABŞ-ın bütün dünyada həbs etdiyi şübhəliləri Quantanamoya aparıb dindirdiyinə diqqət çəkərək “Türkiyə Quantanamonu model kimi qəbul edə bilməz”,-deyib.
Xəbər xidməti

musavat

Hiç yorum yok: