azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

22 Temmuz 2008 Salı

Kondoliza Rays: “Obamanın namizəd olması Amerikanın nailiyyətidir”

Kondoliza Rays: “Obamanın namizəd olması Amerikanın nailiyyətidir”





ABŞ dövlət katibi Kondoliza Rays qara dərili senator Barak Obamanın ABŞ prezidentliyinə namizəd irəli sürülməsini Amerikanın böyük nailiyyəta adlandırıb. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, dövlət katibi respublikaçıların namizədi Con Makkeynlə bir yerdə seçkilərdə iştirak etməyəcəyini də vurğulayıb.
Raysın fikrincə, Barak Obamanın uğuru ABŞ-da müxtəlif irqlərin nümayəndələrinin bərabərliyi məsələsində ciddi irəliləyiş olduğunun göstəricisidir. Dövlət katibi onu da xatırladıb ki, Kolin Pauell Amerika tarixində dövlət katibi postunu tutan ilk qara dərili siyasətçi olub.
Kondoliza Rays yeni prezidentin andiçmə mərasimindən sonra Vaşinqtonu tərk edərək Kaliforniyaya qayıtmağı və ABŞ-ın xarici siyasətilə bağlı kitab üzərində işləməyi planlaşdırır. Dövlət katibi qarşıdan gələn seçkilərdə kimə səs verəcəyini müəyyənləşdirdiyini də bildirib. Lakin o, ad çəkməkdən imtina edib.

LENT.AZ

Hiç yorum yok: