azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

21 Temmuz 2008 Pazartesi

İran prezidenti Cenevrə danışıqlarını müsbət qiymətləndirib

İran prezidenti Cenevrə danışıqlarını müsbət qiymətləndirib




İran Prezidenti Mahmud Əhmədinejad dünən Cenevrədə keçirilən nüvə danışıqlarını irəliyə doğru addım adlandırıb. Həmin görüşdə nüvə proqramını dayandırmaq müqabilində həvəsləndirici paketi qəbul etmək üçün İrana 2 həftə vaxt verilib. Avropa Birliyinin xarici siyasət rəhbəri Haviyer Solana ümid etdiyini söyləyib ki, iran tezliklə cavab verəcək. İranın danışıqlarda ali nümayəndəsi Səid Cəlali deyib ki, İranın nüvə proqramı ilə bağlı problemlər həll oluna bilər. Dünən bağlı qapılar arxasında keçirilən danışıqlarda ilk dəfə olaraq yüksək rütbəli ABŞ nümayəndəsi, Dövlət Katibinin yardımçısı Vilyam Börnz iştirak edib. Vaşinqtonda Dövlət Departamenti bəyan edib ki, İran liderləri əməkdaşlıqla qarşıdurma arasında seçim etməlidirlər.
amerikanin sesi

Hiç yorum yok: