İran Türkiyə və Ermənistan arasında vasitəçi olmaq istəyir
İran xarici işlər naziri Mənuçöhr Mottəki Türkiyə-Ermənistan münasibətlərində müsbət irəliləyişləri dəstəkləyib. Lent.az-ın “PanARMENİAN.Net” agentliyinə istinadən verdiyi məlumata görə, Mottəki bu barədə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla telefon danışığı zamanı bildirib.
Qeyd edək ki, Mottəki və Nalbandyan arasında telefon danışığı İran xarici işlər nazirinin Ankara səfəri zamanı baş tutub. Mottəki İranın regiondakı güclü və stabil dövlət kimi Türkiyə və Ermənistan arasında vasitəçi olmağa hazır olduğunu vurğulayıb. O, erməni-türk münasibətlərinin gündəlikdə olduğunu da qeyd edib.
LENT.AZ
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder