azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

4 Mayıs 2009 Pazartesi

SEPAH”ın KEÇMİŞ KOMANDANI: “ƏHMƏDİNEJADIN GETDİYİ YOL UÇURUMA DOĞRUDUR”

İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı, prezidentliyə namizəd Möhsün Rzayi jurnalistlərə açıqlamasında prezident Mahmud Əhmədinejadın xarici və iqtisadi siyasətini kəskin tənqid edib.

“Media forum” saytının məlumatına görə, M.Rzayi Əhmədinejadın siyasətinin iflasa uğradığını deyib: “Əhmədinejadın getdiyi yol uçuruma doğrudur”.

M.Rzayi prezident seçiləcəyi təqdirdə Əhmədinejada da vəzifə verəcəyini bildirib: “Seçkidə qalib gəlsəm, Əhmədinejada qabiliyyətinə uyğun nazirliklərin birində iş verəcəm”.

Rzayi Əhmədinejadın xarici siyasətinə də toxunub: “Biz ABŞ prezidentinə cavabsız qalan məktublar yazmamalıyıq. Neft və qazdan əldə edilmiş 340 milyard dolların haraya və necə xərclənməsinə cavabdeh olmalıyıq. Biz xarici siyasətdə öz güc və istiqlalımıza təkid etməklə ABŞ-la əlaqələr yarada bilərik”.

Prezident seçiləcəyi təqdirdə mühafizəkarlarla islahatçılardan ibarət koalisiya hökuməti yaradacağını bildirən Rzayi əsgərlik müddətini 2 ildən 1 ilə endirəcəyini vurğulayıb: “Əvəzində silahlı qüvvələrin ehtiyacını təmin etmək üçün üç illik və beş illik müqavilələr əsasında peşəkar əsgərlər və hərbçiləri işə cəlb edəcəyəm”.

İranda prezident seçkisi 2009-cu il iyunun 12-də keçiriləcək.




«Media forum»

Hiç yorum yok: