azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

12 Mart 2009 Perşembe

Yekaterinburq şəhərində İran adlanan yerdən gətirilmiş böyük miqdarda narkotik maddə tutulub

Yekaterinburq şəhərində İran adlanan yerdən gətirilmiş böyük miqdarda narkotik maddə tutulub. Rusiya Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsi ilə Mübarizə Xidmətinin Sverdlovsk vilayət idarəsindən verilən məlumata görə, şəhər milis idarəsinin əməkdaşları ilə birlikdə həyata keçirilən əməliyyat zamanı Novatorlar küçəsindəki yaşayış binasında Azərbaycan vətəndaşı Timur Balakişiyev tutulub. Onun əlindəki çantada ümumi ağırlığı 6,5 kq ağırlığında həşiş və marixuana tapılıb.
Narkotik maddələrin qablaşdırıldığı polimer bağlamaların üzərində ərəb dilində yazının olduğu möhür də vardı.
Yekaterinburq milisi hesab edir ki, tutulan həşiş və marixuana Əfqanıstanda istehsal olunub.
İstintaq zamanı T.Balakişiyev bildirib ki, narkotik maddələrdən İrandan gətirilib və Yekaterinbuqda satılmalıymış.
"Balakişiyevin çantasından güllə atmaq üçün kustar yolla dəyişdirilmiş qaz tapançası, ciblərindən isə "PM Makarov" tapançası üçün güllələr tapılıb", - Yekaterinburq Şəhər Daxili İşlər İdarəsinin mətbuat xidmətinin əməkdaşı, leytenant Qriqori Şastin bildirdi.
T.Balakişiyev barəsində RF CM-nin 228-ci maddəsinin 3-cü bəndinə müvafiq olaraq cinayət işi qaldırılıb.
Elə həmin arada Yekaterinburqdan xeyli uzaqda - Belqorod şəhərində də narkotik maddə tutulub.
"Nexoteyevka" gömrük postunda Türkiyə vətəndaşınını idarə etdiyi "Volvo" markalı, treyler tipli ağırtonnajlı yük maşınına baxış keçirilib. Türkiyə-Azərbaycan-Rusiya-Ukrayna marşrutu ilə hərəkət edən maşında ramanın konstruktiv hissəsində 200 sellofan bağlama aşkarlanıb. Bağlamaların hər birində 0,5 kq heroin vardı.
Azərbaycan keçirilmək şərtilə Türkiyədən Ukranyaya 100 kq heroin aparmaq istəyən türkiyəli sürücünü ən azı 7 il həbs cəzası gözləyir.

Hiç yorum yok: