Türkiyə prezidenti iranlı həmkarına rəsmi Vaşinqtonun mesajını çatdıracaq
Bu gün Türkiyə prezidenti Abdulla Gülün İrana rəsmi səfəri başlayır. "Fars" agentliyinin yaydığı məlumata görə, Abdulla Gül iranlı həmkarı Mahmud Əhmədinejada, rəsmi Vaşinqtonun mesajını çatdıracaq. İsmarıcın mahiyyəti açıqlanmayıb. Xatırladaq ki, bir qədər əvvəl, Ankarada olan Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun Türkiyə rəsmiləri ilə apardığı danışıqlarda əsas müzakirə obyekti İran-Amerika dialoqunun təşkilində Türkiyəynin vasitəçiliyi olub.
Prezident Gül isə, Tehran səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. Türkiyənin xarici işlər naziri Əli Babacan bəyan edib ki, ölkəsi Amerika ilə İran arasında qarşılıqlı anlaşmanın yaradılması istiqamətində mümkün olan hər şeyi edəcək. Türkiyəli diplomatın fikrincə, rəsmi Ankara Vaşintonun strateji müttəfiqi, Türkiyə isə İranın yaxın qonşusu olduğundan, vasitəçilik missiyasına rəhbərliyi təbii qarşılamaq lazımdır./ANS PRESS/
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder