“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Türkiyə ilə paralel danışıq aparmır”
Sergey Lavrov: “Danışıqlar yalnız Minsk Qrupu çərçivəsində aparılır”
“Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında bir çox ölkələr, o cümlədən Türkiyə maraqlıdır. Lakin Rusiya ilə Türkiyə arasında bu məsələ ilə bağlı hər hansı əlavə və paralel danışıqlar aparılmır”.
APA-nın məlumatına görə, bu fikirləri Bakıda keçirdiyi brifinqdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib. Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Türkiyə ilə müzakirələri yalnız ATƏT-in Minsk Qrupunun formatında aparır: “Danışıqlar yalnız Minsk Qrupu çərçivəsində aparılır. Moskva Bəyannaməsində prosesin irəliləməsinin dəqiq istiqamətləri və parametrləri öz əksini tapıb”.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder