azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

10 Mart 2009 Salı

Güney Azərbaycan milli fəalı İmani Hollandiyanın Denhaaq şəhərində 20 gündir ki,aclıq aksıyasindadir

Güney Azərbaycan milli fəalı İmani Hollandiyanın Denhaaq şəhərində 20 gündir ki,aclıq aksıyasindadir


Hollandiya höküməti tərəfindən İrana deportasiya təhlükəsi qarşısında olan Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) üzvü (keçmiş İngiltərə Təmsilçisi) Əlirza İmani (Elnur Mərəndli) fevral ayının 20 – dən başladığı aclıq aksiyasını davam etdirir .

Ə.İmani mart ayının 2-də Hollandiyanın Denhaaq şəhərinə köçürülüb və hələdə tək adamlıq kamerada aclıq aksiyasına davam edir.Avaropa ölkələrində insan hüquq və azadlıqlarına hörmət olunması gözlənilsədə çox təəssuf ki, 16 gün aclıq aksıyasında qalan Ə.İmanin vəziyyəti ilə bağlı Hollandiya hökuməti hər hansı ciddi tədbir görməyibdir və Ə.İmani hələdə öz vəkili ilə göruşə bilmäyib bununla bağlı Hollandiyanın Vəkillər dərnəyi Hollandiyanın İmmiqrant idarəsindən şikayət ediblər və bu şikayətə sabah Hollandiya məhkəməsinin birində baxılacaqdır. Həmçinin qeyd etməliyik ki, Əlirza İmani ağır durumu ilə bağlı Avropa şurasının numayəndəsi Paulo Casaca Hollandiyanın baş nazirinə məktub yazaraq Ə.İmani (Elnur Merendli) iran adlanan ölkəyə qaytarılmasınıa mane olmağı istəyib və qeyd edibdir ki, Ə. İmani İran adlanan ölkəyə qaytarılarsa rejim ona qarşı ən ağır basqılar həyata keçirməklə onu edam edə bilər .
Xatırladaq ki, fevralın 27-də Əlirza Əmani saxlanıldığı Sxipol şəhərindəki Zeist adlı müvəqqəti saxlama mərkəzindən Rotterdamın hava limanı yaxınlığında yerləşən Uit Zetcentruma köçürülmüşdü. Güney Azərbaycan İstiqlal Partiyası milli fəal Əlirza Əmaninin durumu ilə bağlı bir neçə dəfə müxtəlif beynəlxalq təşkilatlara və Hollandiyanın rəsmi orqanlarına müraciət edib . Bunun nəticəsi olaraq, fevralın 25-də Hollandiyanın ikinci telekanalının “Xəbərlər” proqramında Əlirza İmani (Elnur Mərəndli) də daxil olmaqla aclıq aksiyası keçirən immiqrant məhbusların ağır durumu və hüquqlarının pozulması ilə bağlı 7 deqiqelik veriliş hazırlanmışdı. Bu verilişdə Ə.İmanidən telefonla aparılan müsahibə də yer alıb.



Avrupa Parlementinin Uzvu Paulo Casaca nin Holanda devlət Nazirliği və Ədliyə Nazirliğinə Əlirza İmani barəsində yazdiği məktub.

Hiç yorum yok: