Medvedev xalqa həqiqəti söylədi
O, camaata daha ağır günlərə hazırlaşmağı məsləhət görüb
Rusiya prezidenti Dmitri Medvedev dünya maliyyə böhranının yekunlaşmasının əlamətlərini görmədiyini deyib.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, D.Medvedev Tula vilayətində yerli bələdiyyələrin deputatları ilə görüşündə rusiyalılara daha ağır günlərə hazırlaşmağı məsləhət görüb: “Hazırda dünya maliyyə böhranına təsir edən çoxlu sayda faktor var. Hələlik situasiya qeyri-müəyyəndir və etiraf etmək lazımdır ki, biz geriləməyə davam edirik. Mən ümumilikdə dünya iqtisadiyyatını və onun bir hissəsi olan Rusiyanı nəzərdə tuturam”. D.Medvedev bildirib ki, böhranın nə qədər davam edəcəyi hələlik aydın deyil: “Biz daha ağır dövrlərə hazırlaşmalıyıq”.
12 Mart 2009 Perşembe
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder