azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

10 Mart 2009 Salı

Millimiz İran adlanan yerin yığmasını məğlub edərək Dünya Kubokuna sahib olub . Güneyli soydaşlarımızın “Yaşasın Azərbaycan” şuarı Tehrani titrədib

Millimiz İran adlanan yerin yığmasını məğlub edərək Dünya Kubokuna sahib olub


Güneyli soydaşlarımızın “Yaşasın Azərbaycan” şuarı Tehrani titrədib.Azərbaycanın sərbəst güləş üzrə milli komandası İran adlanan yerdə keçirilən Dünya Kuboku yarışının qalibi olub.

Millimiz 8 komandanın iştirak etiyi Tehran turnirini birinci yerdə başa vurub. Həlledici final görüşündə komandamız İran adlanan yerin yığmasıyla üz-üzə gəlib. Yarışdan öncə mütəxəssislər millimizlə final mücadiləsində meydan sahiblərini görüşün favoriti sayırdılar. Amma bu baş tutmadı.

Əzəmətli Azadi Olimpiya Kompleksində güləşçilərimiz əvvəldən axıradək başa-baş mübarizə apardılar. Zəlimxan Hüseynov, Çamsulvara Çamsulvarayev komandamızın hesabdakı geriləməsini aradan qaldırdılar, Novruz Temrezov isə millimizi hətta hesabda irəli də çıxardı - 3-2. Amma Xetaq Qazyumov minimal hesablı üstünlüyü qoruya bilmədi - 3-3. Final görüşünün qalibi ən ağır çəkili güləşçilərin mübarizəsində məlum oldu. Güləşçimiz Əli İsayev Fardinu Mansumiyə ümid yeri qoymadı. Nəticədə mücadiləni 4-3 hesabıyla qazanan Azərbaycan milli komandası Dünya Kubokunu başı üzərinə qaldıraraq tarixi qələbəyə imza atdı. Qeyd edək ki, güləşçilərimiz ilk dəfə 2004-cü ildə Azərbaycanda keçirilmiş Dünya Kuboku uğrunda yarışın qalibi olmuşdu. Həmin gün İran adlanan yerin prezidenti Mahmud Əhmədinəjad da zalda olub. Ancaq o, qızıl medalların təqdimatına qalmayıb. Özü də Mahmud Əhmədinəjad zala daxil olanda etirazlarla qarşılanıb. Çünki zalda güneyli soydaşlarımız çoxluq təşkil edib. Onların “Yaşasın Azərbaycan” şüarı zalı titrədib.

Hiç yorum yok: