azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

14 Mart 2009 Cumartesi

İRAN AMERİKA ÜÇÜN “BİR NÖMRƏLİ” TƏHLÜKƏDİR

İRAN AMERİKA ÜÇÜN “BİR NÖMRƏLİ” TƏHLÜKƏDİR
Ancaq Obamanın komandasında Tehranla necə davranmaq barədə vahid konsepsiya yoxdur



ABŞ prezidenti Barak Obama səlahiyyətlərinin icrasına başladıqdan sonra ilk sərt geosiyasi bəyənatla çıxış edərək deyib ki, İran hələ də Amerika üçün “fövqəladə təhlükə” təşkil edir. Obama İrana qarşı 1995-ci ildə Klinton administrasiyası tərəfindən tətbiq edilmiş sərt iqtisadi sanksiyaların müddətini daha bir il uzadaraq deyib ki, ABŞ-ın milli təhlükəsizlyinə hədələr aradan qalxmayınca bu sanksiyalar davam edəcək. Eyni zamanda Obama Amerikanın dünyada bir nömrəli hərbi güc kimi qalacağını da bəyan edib. Onun sözlərinə görə, Amerika dünya tarixində ən güclü silahlı qüvvələrə malik olacaq: “Biz silahlı qüvvələrimizin texnoloji üstünlüyünü təmin etmək, istənilən düşmənə qalib gələ bilmək və öz maraqlarımızı müdafiə edə bilmək üçün nə lazımsa edəcəyik”.

Bu bəyanat Vaşinqtonda İrana dair siyasətin hələ formalaşmadığını göstərən növbəti əlamətdir. Belə ki, İranla dialoqa hazır olduğunu dəfələrlə ifadə edən prezident Obama Tehrana qarşı hərbi variantın da masa üzərində olduğunu deyib. Eyni zamanda o bildirib ki, dialoq üçün İran daşı ətəyindən tökməli və beynəlxalq ictimaiyyətin nüvə məsələsinə dair çağırışlarını eşitməlidir. O biri tərəfdən Pentaqon, kəşfiyyyat qurumları və Ağ Ev arasında da İrana dair siyasətin necə olacağı haqda ortaq mövqe formalaşmayıb. Məsələn, bu günlərdə silahlı qüvvələrin baş qərargah rəisləri komitəsinin rəhbəri admiral Maykl Müllen bəyan edib ki, İran nüvə başlığı hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir. Ancaq elə həmin gün müdafiə naziri Robert Geyts bu qənaəti bölüşmədiyini deyib. Ardınca Milli Kəşfiyyat Şurasının yeni diektoru Denis Bleyr bildirib ki, kəşfiyyat İranın nüvə başlığı hazırlamaq imkanına malik olduğuna şübhə edir. O biri tərəfdən Ağ Ev güclü yəhudi lobbisinin təzyiqləri altındadır. İsrail İranın bu ilin sonunadək nüvə başlığı əldə edə biləcəyi haqda kəşfiyyat məlumatlarına istinad edir və təkbaşına hərbi zərbələr endirmək variantını nəzərdən keçirir.

İrana və ya digər mühüm beynəlxalq məsələlərə dair Ağ Ev administrasiyası daxilində fikir ayrılıqlarının olması yeni deyil. Bundan əvvəl Buş administrasiyası daxilində də bu cür fikir ayrılıqları yaşanıb. Məsələn, vitse-prezident Dik Çeyni İranın vurulmasının qatı tərəfdarı kimi çıxış etsə də, generallar və kəşfiyyat onu fikrindən daşındıra bilmişdi. Belə görünür ki, Obama administrasiyası təzə formalaşsa da, bu cür qeyri-müəyyənlik davam edəcək. ABŞ İranı nüvə proqramlarından çəkindirə bilmək üçün qarşıdakı aylarda müxtəlif variantları tətbiq edəcək. Ancaq əsas üstünlük diplomatiyaya veriləcək və paralel olaraq Tehrana qarşı sanksiyaları gücləndirmək səyləri göstəriləcək. Bununla belə, sərt xətt tərəfdarlarının da boş dayanmayacağını demək olar. İstənilən administrasiyanın daxilində belələri olub və indi də var. Sərt xətt tərəfdarları hesab edirlər ki, İranla yumşaq dillə danışmaq olmaz və ABŞ öz gücünü göstərməlidir. Güc nümayişi təkcə İranın nüvə obyektlərinə nəzərdə tutulan hava zərbələrinin endirilməsini deyil, ABŞ-ın belə zərbələr endirməkdə qətiyyətli olduğunu göstərməklə də edilə bilər. Məsələn, keçmişdə Buş administrasiyası Fars körfəzinə özünün iri hərbi birləşmələrini göndərməklə İrana qarşı güc tətbiqi variantının hər an işə düşə biləcəyini nümayiş etdirirdi.

Lakin prezident Obama İranı ABŞ üçün “bir nömrəli təhlükə” elan etsə də, qətiyyətli addımlar atmağa hazır görünmür. İndi onun diqqəti Əfqanıstanda “Taliban”ın koalisiya qüvvələrini sıxışdırmasının qarşısını almağa və İraqdan çəkilməyə yönəlib. Ancaq Vaşinqtonda nəzərə alırlar ki, İrana dair qətiyyətiz davranış Tehran üçün öz məqsədinə çatmaq baxımından əla fürsət yarada bilər. Bir çox tanınmış ekspertlər hesab edirlər ki, İran diplomatiyadan vaxtı uzatmaq, danışıqlar aparıb sonda heç nəyə razılıq verməmək baxımından məharətlə istifadə edə bilir. Ona görə də bir il sonra Obamanın administrasiyası nüvə silahına malik İranla üzbəüz qalsa və aldadılmış vəziyyətdə görünsə bu, təəcüblü olmayacaq. Amerikanın aparıcı beyin mərkəzləri belə perspektivi nəzərə alaraq Obama administrasiyasına məsləhət görürlər ki, İrana dair siyasətin nədən ibarət olduğu aydın nümayiş etdirilməlidir. Ziddiyətli siqnallar göndərmək ABŞ-ın mövqelərinin zəif olduğu haqda təəssürat yaradır və belə görünür ki, Obama son sərt bəyanatını verərkən bu məsləhətləri nəzərə alıb.



Fərhad Məmmədov
musavat

Hiç yorum yok: