azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

12 Mart 2009 Perşembe

AĞ EVDƏ İRANLA BAĞLI İXTİLAFLAR VAR

AĞ EVDƏ İRANLA BAĞLI İXTİLAFLAR VAR
Kəşfiyyat generalların Tehranın nüvə silahı hazırlamaq iqtidarında olduğu haqda bəyanatını təkzib edir



Amerika Milli Kəşfiyyat Şurasının direktoru Dennis Bleyr Konqresdə çıxış edərək bildirib ki, İran atom bombasının istehsalına lazım olan həcmdə zənginləşdirilmiş urana malik deyil. Onun sözlərinə görə, Tehran hətta zənginləşdirilmiş uranın istehsal edilib-edilməyəcəyinə dair yekun qərar verməyib.
“Bu istiqamətdə işlər aparılsa da müəyyən səbəblərə görə dayandırılıb” - deyə komitədə keçirilən dinləmələrdə Bleyr bildirib. Konqres komitəsi qarşısında Müdafiə Kəşfiyyat Agentliyi başçısı ilə yanaşı çıxışında Bleyr İranda keçirilən raket sınaqları barədə danışıb: "Zənnimcə, İran hədəfə çatdırılacaq nüvə silahını inkişaf etdirmək imkanlarını açıq saxlayır".
Dennis Bleyr deyib ki, bu yaxınlarda həyata keçirilən raket atışları ilə nüvə proqramı arasında bilavasitə əlaqə müşahidə olunmur. İranın nüvə proqramı ilə bağlı Konqresdə səslənən bu ifadə ilə İsrail kəşfiyyatının dəyərləndirməsi arasında ziddiyyətin olduğu qeyd edilir. Ekspertlərə görə, bu, İrana dair tonun mülayimləşməsindən xəbər verir. Cəmi bir neçə gün əvvəl Amerika ordusunun qərargah rəisləri komitəsinin sədri admiral Maykl Müllen bildirmişdi ki, İran nüvə başlığı hazırlamaq üçün zəruri miqdarda zənginləşdirilmiş urana malikdir. Bu qənaəti İsrail kəşfiyyatı da bölüşür. Həmçinin Amerikanın nüfuzlu düşüncə qurumlarından olan İkipartiyalı Siyasət Mərkəzinin İrana dair müstəqil araşdırma qrupu tərəfindən hazırlanan və Ağ Evə təqdim edilən hesabatda da Tehranın nüvə təhlükəsinin real olduğu göstərilirdi.
Mərkəzi Kəşfiyyat Şurasının rəhbəri postuna bir neçə həftə əvvəl təsdiq edilən Denis Bleyrin Konqresdə verdiyi bəyanatın isə daha çox siyasi nöqteyi-nəzərə əsaslandığı güman olunur. Belə ki, bu bəyanat prezident Barak Obamanın İrana dair siyasətini dəyişəcəyi və Tehranla birbaşa dialoqun başlayacağı haqda mesajlarından sonraya təsadüf edir. Belə görünür ki, bu cür təmaslara can atan Vaşinqton İranı qıcıqlandıracaq mesajlardan çəkinir. Hazırda ABŞ Əfqanıstanda üzləşdiyi mürəkkəb vəziyyətlə bağlı da İranla təmas qurmaq istəyir. Artıq dövlət katibi Hillari Klinton İranı bu ayın sonunda keçiriləcək Əfqanıstana dair beynəlxalq konfransa dəvət edib. Bu dəvət Tehranda müsbət qarşılanır. Xəbərlərə görə, ABŞ İranla təmas qurmaq üçün Türkiyənin vasitəçiliyindən istifadə edir. Bir gün əvvəl İran mətbuatı İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Tehrana səfər edən Türkiyə prezidenti Abdulla Gülün dövlət katibi H.Klintondan mesaj gətirdiyini xəbər vermişdi.
Lakin Vaşinqtonda bu xəbəri təsdiqləmirlər. Dövlət Departamenti bəyan edib ki, Hillari Klinton Ankaraya səfəri zamanı İrana çatdırılmaq üçün heç bir mesaj verməyib. “Buna görə də Türkiyə prezidenti İrana özüylə bizdən heç bir mesaj apara bilməz. ABŞ-ın yeni administrasiyası dəfələrlə elan edib ki, İrana dair siyasi kursu dəyişmək niyyətindədir, ancaq bu barədə müzakirələr hələ başa çatmadığına görə İran rəsmiləri ilə birbaşa təmaslardan söhbət getmir” - deyə Dövlət Departamentindəki anonim mənbə bildirib. Departamentin rəsmi nümayəndəsi Robert Vud da deyib ki, İrana dair yeni siyasi kursun necə olacağı haqda müzakirələr başa çatmayıb: “Ancaq onu deyə bilərəm ki, biz İranın əlini sıxmağa və bir sıra problemləri müzakirə etməyə hazırıq”.
Öz növbəsində Türkiyə prezidenti Tehranda İranın dini lideri Ayətullah Xamneyi ilə görüşündən sonra bildirib ki, tərəflər bir-birilərini eşitməyə hazır olmalıdır. Əks halda, İranla ABŞ bir-birilərini buz dağı arxasından seyr etməli olacaqlar. Gülün sözlərinə görə, tərəflər arasında etimad problemi var və onu aradan qaldırmaq çətindir. Məlumatlara görə, Gül Tehranda aparılan danışıqlar zamanı İran-Amerika münasibətlərini də müzakirə edib. Türkiyə prezidentinin ABŞ dövlət katibi ilə Ankarada apardığı müzakirələr haqda qənaətini İran tərəfi ilə bölüşdüyü bildirilir.
F.MƏMMƏDOV
musavat

Hiç yorum yok: