Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Münhendə keçirilən 44-cü Münhen təhlükəsizlik konfransında ermənistanın xarici işlər naziri Vardan Oskanyanın sualına sərt cavab verib.Türkiyə vətəndaşı olmayan 40 min erməninin bu ölkədə yaşadığını bildirən Ərdoğan, “Görəsən ermənilər niyə Ermənistandan və başqa ölkələrdən qaçıb mənim ölkəmə gəlirlər? Bu sualı öz-özünüzdən soruşun. Niyə gəldilər? Çünki Türkiyə sülh ölkəsidir”.Ermənilərdən Dağlıq Qarabağı tərk etmələrini tələb edən Ərdoğan bütün dünyanın Ermənistanı işğalçı dövlət kimi tanıdığını vurğulayıb.ÿ Baş nazir Minsk Qrupunun Qarabağla bağlı qərarını vermədiyi üçün prosesin ləngidiyini vurğulayıb.“Çıxın Qarabağdan. Tərk edin o yerləri. Orada yaşayan minlərlə, on minlərlə, yüz minlərlə azərbaycanlı öz yurduna, yuvasına qayıtsın. Onlar hamısı bizim soydaşlarımızdır. Bu fikrə müsbət yanaşın, sizin də sülh prosesində dəstəyiniz olsun. Kimin kimi evindən, yurdundan qovduğunu, kimin soyqırım törətdiyini Qarabağ hadisələri açıq-aydın göstərir” - deyə Ərdoğan bildirib.Baş nazir daha sonra 1915-ci il qondarma erməni soyqırımı hadisələrindən də bəhs edərək, “Bununla bağlı əlinizdə hansı sənədlər var? Mən 2005-ci ildən bəri arxivləri açmışam və 1 milyondan yuxarı sənədi ortaya çıxarmışam. Siz də arxivlərinizi açın və tarixçilər bunu qarşılıqlı araşdırsın” - deyib.
11 Şubat 2008 Pazartesi
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder