azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

13 Şubat 2008 Çarşamba

Dəmir yolu tələsi...express gazetesi

Ələkbər Raufoğlu
Tehran Bakını İraq tranzitinə qoşmaq istəyirTehran Bakını Avropa mallarının İraqa daşınmasında tranzit ölkə kimi iştiraka dəvət edir. Bunu İranın Azərbaycandakı səfiri Нasir Həmidi Zare şənbə günü jurnalistlərlə görüşdə bəyan edib.İdeya baş tutarsa, Avropa və Rusiyadan gələn mallar Azərbaycan vasitəsi ilə Ərdəbilə, ordan da (Ərdəbil-Bostanabad-Mərz marşrutu ilə) İraq sərhədinə daşına bilər."Mən xeyli müddətdir ki, bu məsələ ilə bağlı şəxsən öz adımdan təkliflərimizi irəli sürürəm, amma hələ baş tutmur. Layihə gerçəkləşsə, bu, İraqa aparılan yüklərin yolunu 800 kilometr qısaldardı, həm də yolu daha rentabelli edərdi", - səfir deyib. Planın reallaşması üçün Azərbaycan Astarası ilə İran Astarası arasında 8 kilometrlik dəmiryolu tikilməlidir. İran tərəfi hətta bu işin xərcini də öz üzərinə götürməyə hazırdır.Tezliklə iki ölkənin hökumətlərarası iqtisadi komissiyası Bakıda toplaşacaq və bütün bu məsələlər, eləcə də ölkələrarası münasibətlər barədə müzakirə aparılacaq. Yaz aylarında isə Azərbaycan prezidenti İlham Əliyevin İrana cavab səfəri (Prezident Əhmədinecat ötən il Bakıda olmuşdu) nəzərdə tutulur. Səfir onu da deyib ki, 2008-ci ildə yüksək səviyyədə bir sıra qarşılıqlı səfərlər də nəzərdə tutulub. Belə ki, hər iki ölkənin xarici işlər, kənd təsərrüfatı, nəqliyyat, səhiyyə, ticarət və energetika nazirlərinin bir-birini ziyarətləri planlaşdırılır. Rəsmi rəqəmlərə görə, son bir ildə Azərbaycan-İran ticarət dövriyyəsi 600 milyon ABŞ dolları dəyərində olub. İran bu rəqəmi bir neçə dəfə artırmaq istəyir. Səfirin fikrincə, dəmir yolu işə düşsə, bu, qarşılıqlı dövriyyəni bir neçə qat artırardı: "Bu layihənin həyata keçirilməsi iki ölkə arasında yük daşımalarının həcmini 200 min tondan 1 milyon 200 min tona qədər artırmağa imkan verər".Eyni zamanda, Zare diqqəti buna yönəldir ki, sərhədyanı bölgələrdə "çamadan ticarəti" də var. Və bunu, rəsmi dövriyyənin üzərinə gəldikdə, ölkələrarası real ticarət həcmi qat-qat artıqdır.Bakı risk etmir...Qeyd edək ki, Qərb, xüsusilə də ABŞ son aylar Rusiyadan İran vasitəsi ilə İraqa yük tranzitindən şübhələrini bir neçə dəfə dilə gətirib. Vaşinqtonda narahatdırlar ki, Tehran bu marşrutla həm özü Rusiyadan "təhlükəli məhsullar" ala, həm də İraqdakı terrorçu qüvvələri silahlandıra bilər. Diplomatik mənbələr də "Ekspress"ə Azərbaycanın bu layihəyə maraq göstərməməsini siyasi səbəblərlə əlaqələndiribdər. "Xüsusilə də Vaşinqtonun Tehranın iqtisadi orbitini daraltmağa çalışdığı bir vaxtda belə bir işə baş qoşmaq risk olardı", - mənbə vurğulayıb.Nəqliyyat nazirliyinin nümayəndəsi isə İran tərəfinin təklifini "tələ" adlandırıb, onun fikrincə, Tehran bununla yalnız siyasi maraq güdür və Azərbaycanı Qərbin qəzəbinə gətirmək istəyir. Səfir Zare isə "Ekspress"in "Bir halda ki, İran tərəfi dəmir yolunun tikintisini də üzərinə götürür, onda Bakı nədən bu layihənii istəməsin?" sualını cavabsız buraxıb.Tehran daha şübhələnmir...İran səfiri bir neçə ay əvvəl Bakı ilə Tehran arasında yaranmış casus qalmaqalına isə özünəməxsus münasibət bildirib. Deyib ki, belə məsələ "yox idi", hazırda da ölkələr arasında heç bir şübhə və narahatlıq yoxdur. Xatırladaq ki, Azərbaycanın Milli Təhlükəsizlik Нazirliyi şərti adı "Səidin dəstəsi" olan qrupu İranın kəşfiyyat orqanları ilə işbirliyində ittiham edirdi. Tehran isə bununla razılaşmırdı, Bakıdan fakt istəyirdi. Səfir Zare iki ölkə arasında 12 ildir ki, müzakirə olunan vizasız gediş-gəliş məsələsindən də danışıb. Dediyinə görə, İran Azərbaycanla gediş-gəlişi asanlaşdırmaq üçün vizanın sadələşdirmə prosesini həyata keçirib. Ölkə parlamenti 12 il əvvəl Bakı ilə müvafiq sənədi ratifikasiya edib: "Azərbaycan da məqsədəuyğun hesab etdiyi vaxtda viza reжiminin tam ləğvi ilə bağlı sənədi qəbul edəcək". Eyni zamanda, səfirə görə, viza reжimi tam ləğvi "təcrübi əhəmiyyət daşımır", çünki İran artıq həm sərhədyanı bölgələrdən, həm də Нaxçıvan ərazisindən bu ölkəyə səfərə gedən Azərbaycan vətəndaşlarına pulsuz viza verir. Bundan əlavə, Cənub qonşumuza ticarət və ya müalicə məqsədilə gedən Azərbaycan vətəndaşlarına da 6 aylıq və ya 1 illik viza verilir. "Ermənistan geriqalmış ölkədir"İran səfirinin İrəvan-Tehran münasibətləri barədə açıqlamaları da özünəməxsus olub. Ötən il iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq barədə sazişə münasibət bildirərkən diplomat deyib ki, İran Ermənistanla yalnız humanitar xarakterli əməkdaşlıq edir. Belə ki, Ermənistan "geridəqalmış" ölkədir və onun imkanlarını, insanların yaşayışı baxımından ehtiyaclarını Azərbaycanla müqayisə etmək olmaz: "Ermənistanla hərbi əməkdaşlığımızda Azərbaycan üçün narahatlıq doğuran heç bir məqam yoxdur. Orada yalnız İranın Ermənistan Ordusunun şəxsi heyəti üçün qida məhsulları ixrac etməsi nəzərdə tutulub". Eyni zamanda, səfir əlavə edib: "Amma mən heç vaxt Azərbaycanın hansısa xarici ölkə ilə bu səpkidə müqavilə bağlamasını istəmirəm. İstərdim ki, azərbaycanlılar bu məsələdən narahatlıq duymasınlar". Təbrizdə Ermənistan konsulluğunun açılmasına münasibət bildirərkən isə səfir Zare dedi ki, bu, sırf qonşuluq siyasətidir və Azərbaycanın Türkiyə və Gürcüstanla olan əməkdaşlığına oxşayır: "Amma Azərbaycanla Ermənistan nə daimi düşmən, nə də dost olmayacaqlar. Ermənistan bu dostluğu qonşuluğa yaraşmayan hərəkəti ilə zədələyib- Azərbaycanın torpaqlarını işğal etməklə. Ymid edirəm ki, problemlər həll olunduqdan sonra Azərbaycanda belə suallar da yaranmayacaq".Tehranın ümidi demokratlaradırİran səfiri ABŞ-ın da ünvanına daş atmağı unutmadı: "Buş bizimlə meşə qanunları ilə davranır. Özlərini ağabəy kimi aparmaq istəyirlər. Bizdən enerжimizi ucuz alıb, öz texnikalarını baha satmaq istəyirlər. Bu, abırsızlıqdır". Zarenin sözlərinə görə, İran ABŞ-ı özünə düşmən saymır: "Biz onlara deyirik ki, gəlin dialoq aparaq, probelmlərimizi müzakirə edək. Amma gəlmirlər. Görünür, özlərindən qorxurlar. Bizim problemimiz Amerikada bir para rəhbərlərlədir, ABŞ-la deyil. Onlar bununla heç nə qazana bilməzlər"."Ekspress"in "ABŞ-da demokratlar hakimiyyətə gələrsə, İrana münasibət dəyişə bilərmi?" sualına səfir müsbət cavab verib: "30 ildir bizi hədələyirlər. Əllərindən gələni əsirжəmədilər, heç nə də edə bilmədilər. İndi isə cəhalətlərinin qurbanı olublar. Ymid edirik ki, seçkidın sonra yeni gələnlər bəşəriyyəti düşünərlər və yeni siyasətə başlayarlar".İran diplomatı onu da deyib ki, ölkəsi dinc məqsdəli nüvə planlarından əl çəkməyəcək. Və ABŞ da "heç vaxt İranı vura" bilməz

Hiç yorum yok: