azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

12 Şubat 2008 Salı

Azərbaycan Milli Azadliq Təskilatının qurulması haqqında bildiri

Azərbaycan Milli Azadliq Təskilatının
qurulması haqqında
BİLDİRİ

Dəyərli soydaşlar, əziz həmvətənlər!

İkiqütblü dünya düzəninin dağılması və Sovetlər Birliyi adlı Rusiya imperiyasının çökməsi bütün dünyada əsir millətlərin milli qurtuluş mübarizəsində olduğu kimi, dərin tarixi köklərə dayanan Azərbaycan milli hərəkatında da yeni bir mərhələnin başlanqıcı olmuşdur. Azərbaycanın quzeyində milli azadlıq hərəkatı sonucu müstəqil Azərbaycan hədəfinin gərçəkləşməsi və itirilmiş dövlət müstəqilliyinin yenidən bərpa edilməsi Azərbaycanın güneyində davam edən bu prosesi daha da sürətləndirmişdir.

Tarixdə olduğu kimi, indi də Azərbaycan geosiyasi və geostrateji özellikləri baxımından istər qlobal, istərsədə bölgəsəl siyasətlər üçün cox ciddi bir önəm daşımaqdadır. Avropa ile Asiyanin qovsağında yerləşib həm Asiya, həm də Avropa kültürünü özündə birləşdirən, Kiçik Asiyanı Orta Asiya ile qovuşduran və Türk dünyasının qızıl körpüsü sayılan Azərbaycan əlverişli mövqeyinə, zəngin təbii sərvetlərinə, böyük imkanlarına və s. baxmayaraq, hələ də fars şovinizminin pəncəsinə, hələ də istər qlobal, istərsə də bölgəsəl siyasətlər üçün passiv bir obyekt durumundadır.

Şübhəsiz, bu durum şərəfli bir keçmişə sahib olan qururlu bir millət-Azərbaycan türkü üçün dözülməz təhqirdən başqa bir şey deyildir. Uca millətimiz bu təhqirə layiq olmadığını çağdaş Azərbaycan milli hərəkatı sıralarında birləşərək, bütün potensiyalını bu hərəkatın hədəflərinin gərçəkləşməsinə yönəldərək, dosta və düşmənə açiqca göstərmişdir.

Günümüzdə Azərbaycanın güneyində BMT qərarları və beynelxalq hüquq normalarına uyğun olaraq davam edən müstəqil Azərbaycan uğrunda mübarizənin milli-mədəni müstəvidə (faz) böyük nailiyyətlər əldə edərək uğurla başa çatması çağdaş Azərbaycan milli hərəkatının milli-siyasi müstəviyə sarsılmaz ideoloji təməllərinə dayanaraq addım atmasını sağlamışdır. On illər boyu fəal insanlarımızın çoxu öz ömrünü milli olmayan yanlış yollarda çürütdü, gah rus qaynaqlı ideolojilərə üz tutub millətdən yox, siniflərden danışdı, gah dinçi olub ümmet nağılını bayraq elədi, gah farsdan çox farsçılıq yapdı və fars şovinizminin babasi Firdovsiden artıq irançi olub türk milli varlığına həqarətlə baxdı. İndi isə Azərbaycan türkü ayağa qalxıb öz milli haqqını istəməkdə və tək doğru yol olan milli yolla müstəqil Azərbaycan hədəfini doğru irəliləməkdədir.

Belə bir şəraitdə, Azərbaycanın güneyində müstəqillik hədəfinə yönəlik qutsal mübarizənin qalib gəlməsi üçün millətimizin bu hədəf doğrultusunda milli-siyasi təskilatlanması vacib şərtlərdən biri kimi getdikcə daha çox önəm qazanmaqdadır. Hər hansı bir cild altında gizlənir-gizlənsin, fars şovinizminin bütün təzahür formalarına qarşı duracaq və yalnız Azərbaycan türklüyünün milli mənafeyini əsas alacaq bu milli-siyasi təskilatlanma ehtiyaci günümüzün ən zəruri bir ehtiyacı kimi qabarmaqdadır. Azərbaycan türklüyünün milli-siyasi təşkilatlanma zərurəti zərbəni eyni nöqtələrə yönəldəcək ayri-ayri milli-siyasi təşkilatların, milli hədəfli qurumların yaranmasını gərəkdirir.

Məhz bu milli-siyasi təşkilatlanma zərurətindən irəli gələrək və Azərbaycanın milli-siyasi təşkilat qurumlarından biri olaraq biz milli demokratik mahiyyətli Azərbaycan Milli Azadlıq Təskilatını ( qisaca: AMAT ) yaradır və bildiririk ki, Azərbaycanın güneyinin qurtulusu və azadlığı uğrunda mübarizə aparan bütün qurumlarla əməkdaşlığa, işbirliyinə hazırıq.

AZƏRBAYCAN MİLLİ AZADLIQ TESKİLATI(AMAT)
25.12.2007


Hiç yorum yok: