Prezident Mahmud Əhmədinejad: “Buşun hücum arzusu gözündə qalacaq”
İsrail ABŞ-la İrana qarşı hərbi əməliyyatların aparılması məsələsini müzakirə edir. Hər iki ölkənin KİV-lərində yer alan məlumatlara görə bu haqda danışıqların dünən İsrailin baş naziri Ehud Olmertlə ABŞ prezidenti Corc Buş arasında Ağ Evdə keçirilən görüş zamanı aparılacağı gözlənilirdi. İsrailin “Yediot Ahronot” qəzeti baş nazirin yaxın çevrəsindəki mənbəyə istinadən xəbər verib ki, Olmert Buşla danışıqlarda nəinki İran əleyhinə sanksiyaların sərtləşdirilməsi, eyni zamanda bu ölkəyə qarşı hərbi əməliyyatların aparılması məsələsini qaldıracaq.
Bildirilir ki, Olmert Buşa Tehranın nüvə proqramı haqda İsrail kəşfiyyatının məlumatlarını da aparıb. Məlumatlardan belə qənaət hasil olur ki, İrana qarşı diplomatik sanksiyaların heç bir effekti olmayıb və daha sərt addımlar atmaq vaxtı çatıb.
Məlumatlarda deyilir ki, Olmert Vaşinqtondakı yəhudi icması qarşısında çıxışı zamanı bildirib ki, İrana qarşı sərt addımların vaxtı çatıb. Yəhudi dövlətinin baş naziri Tehran əleyhinə ən sərt çıxışını edib və deyib ki, İsrail bu ölkənin nüvə proqramlarını dayandırmaq üçün bütün vasitələrə əl atmağa hazırdır. “The New York Times” qəzeti isə yazıb ki, ABŞ İsrailin İrana qarşı hərbi əməliyyatların başlanması haqda təkidlərinə tərəddüdlə yanaşır. Dövlət katibi Kondoliza Rays diplomatik təsir imkanlarının heç bir fayda vermədiyini təsdiqləsə də hesab edib ki, hərbi əməliyyatlara əl atmaq variantını dəstəkləmir. Bu baxımdan Olmertin hərbi əməliyyatlar haqda mövqeyinin Vaşinqtonda geniş şəkildə dəstəklənməyəcəyi gözlənilirdi.
Xatırladaq ki, son günlər ən müxtəlif xarici mənbələr tərəfindən ABŞ-ın, yaxud İsrailin İrana zərbə endirməyə hazırlaşdığı haqda xəbərlər yayılır. Bu xəbərlərə görə, hərbi əməliyyatlar Corc Buşun səlahiyyətlərinin başa çatmasından əvvəl başlaya bilər. İran prezidenti Mahmud Əhmədinejad isə İsrailin və ABŞ-ın onun ölkəsinə qarşı müharibə hədələrinə cavab verib. O, deyib ki, Buşa İrana qarşı hərbi əməliyyatlara başlamaq əmri vermək nəsib olmayacaq: “O öz prezidentlik müddətini arzusunu həyata keçirə bilmədiyindən irəli gələn qüssə ilə tərk edəcək”, deyə Əhmədinejad bildirib. Romada çıxışı zamanı İran prezidenti onu da deyib ki, Buşun İrana hücumu üçün bəhanəsi yoxdur, çünki onun ölkəsinin nüvə proqramı dinc xarakterlidir.
F.MƏMMƏDOV
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder