azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

30 Haziran 2008 Pazartesi

Güney Azərbaycanda milli hərəkatçılar Babəkin doğum gününə hazırlaşırlar.



تبریز سسی : بابک کیمی دور قوللارینی چیرمالاهی هی

تورک ائللرینی ییغماقا تونقال قالا هی هی

باش بؤلگو بؤلنلر سیزی یاددان چیخادیبلار حق آلمالی دیر دور یاپیشاق قول قولا هی ه

آی نسل نسیمی سیزه سوسماق کی یاراشماز تورک اوغلو دئمز آخ دریسین سویسالا هی هی!

الیمیزه چاتان خبرلره اساسلاناراق تبریزین بیر چوخ محلله لرینده میللی فعاللار واسیطه سی ایله بابک قالاسی حاقدا چاغئرئش لار یایینلانیب بو بیلدیریش لرین بیر طرفی عرب الیفباسئندا (تؤرکجه ) و بیر طرفی ده لاتئن الیفباسئندادئر (بیرینجی دفعه اولاراق ) .

بو چاغئرئش لاردا آذربایجانئن ایگید و جسارتلی میللتین ، گؤنش ایلی ایله ۱۳۸۷ ده تیر آیئنئن ۱۳ ــ ۱۴ دی بابک قالاسئنا دعوت ائدیب لر.
Bəzz qalasına yürüşə hazırlıq
Sonntag, 29 Juni 2008
Bəzz qalasına yürüşə hazırlıq

Güney Azərbaycanda milli hərəkatçılar Babəkin doğum gününə hazırlaşırlar.



hərəkatçılar Babəkin doğum günü ərəfəsində böyük şənliklər keçirməyi planlaşdırırlar: "İyunun sonu, iyulun əvvəli bütünlüklə Babəkin doğum gününə həsr olunacaq və çoxsayda tədbirlər keçiriləcək.

Hərəkatçılar bu tədbirlərə çox ciddi hazırlaşırlar. Babək qalasına yürüşün olacağı da dəqiqdir.
Artıq İran rejimi yürüşün və keçiriləcək digər aksiyaların qarşısını almaq üçün müəyyən tədbirlər görüb. Güney Azərbaycanın bir çox şəhərləri ordu qüvvələri tərəfindən mühasirəyə alınıb.

İri şəhərlərə xüsusi təyinatlı qüvvələrin yerləşdirilməsi isə hələ də davam edir. Rejimin basqılarına baxmayaraq milli hərəkatçılar Babəkin anım günü ilə bağlı şənlikləri Güneyin bütün şəhər və kəndlərində keçirməkdə israrlıdırlar".

Qeyd edək ki, Bəzz yürüşü Azərbaycanın xalq qəhrəmanı, azadlıq simvolu Babək Xürrəmidin doğum günündə - iyulun birinci ongünlüyündə keçirilir. Builki yürüşə Güney Azərbaycanın bütün şəhərlərindən milli fəalların qatılacağı gözlənilir.

Hiç yorum yok: