azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

7 Mart 2008 Cuma

Çox gec olmadan gəlin dilimizə sahib çıxaq

Əziz soydaşlarim aşağıda oxuyacağınız yazi bir kampaniyadir. Çox istərdim bütün millət sevərlərimiz bu kampaniyada iştirak etsinler və bu kampaniyanin geniş yayılması və yer almasında fəal olsunlar!



Dəyərli soydaşlarım! Dil hər bir millətin ruhu, mənəvi varlığı və demək olar ki mili kimliyidir. Bu nədənlə Güney Azərbaycanda öz ana dilində təhsil almaq, oxuyub yazmaq və bu kimi mənəvi varlığına sahib çıxmaq uğrunda son 85 ildə uzun mucadilə yolu keçmişdir və heledə bu mucadilə devam etməkdədir. Çox təccub doğuran bir məqami sizlərlə paylaşmağı ən azından özümə borc bildim.diqqətimi çəkən önəmli bir məqam, son zamanlar internetde yaranmış sitələr ve çap olunmuş kitablardır. Təssuflu edici haldır ki, iran fars rejimi butun gucunu işə salaraq fars dilinin geniş yayilmasını ve İran adlanan ölkənin hətta xaricdə yaşayan soydaşlarımızında unsiyyət vasitəsinin məhz fars dilində olmasına şərayit yaradır. Bütün bunlar azmış kimi bizim soydaşlarımızda hətta bir çox hallarda bizim siyasi və milli xadimlərimizdə bu dildən istifadə edərək fars şovinist rejiminin istəklərinin yer almasına şərayit yaratmış olur. Məni bir məqam çox düşündürür, əcəba biz Ana dilimizdə yazib oxumağı arzulamırıq mi? Ve bunun uğrunda mucadilə aparmırıq mi?, o zaman nedən bizim internet sitələrimizin böyük qismi ana dilimizdə deyil far dilində yazirlar və bir çox yazarlarımız öz ana dilimiz Azərbaycan Türkcəsində deyil məhz fars dilində yazirlar? Bütün bunlar gərək hamımızı düşündürsün. ən azı ona görə ki bu amal uğrunda şəhid olan və hələ indi də şovinizmin həbsxanasında işkəncə çəkən soydaşlarımız var. Bilirəm ki, bu yazini oxuyan bəzi soydaşlarımız bələ duşunəcəklər ki, iran adlanan ölkədə yaşayan soydaşlarımız fars dilində tahsil aldiqları üçün bu dildə rahat oxuyub yazırlar. Onda əgər belədirsə o zaman Ana dilimiz olan Azərbaycan Türkcəsi uğrunda mucadilə aparmağımızda əbəsdir. Helə deyil mi?. Əziz soydaşlarım! Necə ki tariximizi oyrənməyə çalışırıq, dilimizidə oyrənməyə çalışmalıyıq. əgər biz özumuz öz dilimizi bu gün öyrənməyə habelə öyrətməyə çalışmırıqsa o zaman biz övladlarımıza deməyə sözümüz olmaz düşünürəm. Men bu vəsilə ilə bütün soydaşlarımıza səslənirəm! Gəlin elə bu gündən gec olmiyaraq öz ana dilimiz olan Azərbaycan Türkcəsin bütün yaşam tərzimizdə, yazilarımızda, internet sitələrində və bütün ünsiyyət vasitələrimizdə kullanmaya cəhd edək ona göra ki, övladlarımız və bu günkü yeni yetmələrimiz bunun üzərində formalaşsin. Bir örnək verecəyəm, bir çoxumuz Nizami Gəncəvini , Şah İsmayil Xətaiyini tənqid edirik ki nədən divanlarını fars dilində yazıbdır. Sizce gələcək nəsil bizdən hesab sormiyacaq mi ki, o zaman sizlər nədən fars dilində yazibsiz baxmiyaraq ki, bu yoldada mubarizə apardiğınızı soyləyirik?! Hal bu ki, çox sahələrdə məcbur deyilik fars dilindən istifadə edək. Deyerli soydaşlarım gəlin dilimizə sahib çixaq və elə bu andan etibarən bütün ünsiyyət vasitələrində Azərbaycan Türkcəsindən istifadə edək, belə olarsa fars şovinizminin məqsədlərinə ən böyük zərbəni vurmuş olariq.

Türkün Türkdən başqa dostu yoxdur. Biz özumuz öz varlığımızı yuksək dəyərləndirməsək başqalari bizə heç bir dəyər verməz. Tanri Türkü qorusun.



Sirus Azadi

Hiç yorum yok: