azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

15 Mart 2008 Cumartesi

ABŞ Konqresində İranda yaşayan azərbaycanlıların vəziyyətinə dair dinləmələr keçirilib



Vaşinqton. Hüsniyyə Həsənova - APA. ABŞ Konqresində ilk dəfə İranda yaşayan azərbaycanlılar və digər xalqların vəziyyətinə dair dinləmələr keçirilib.


APA-nın ABŞ bürosunun məlumatına görə, İranda yaşayan azərbaycanlıların, kürdlərin, bəhailərin, ərəblərin, bəlucların və digər xalqların nümayəndələrinin rəyini eşitmək üçün Konqresin iki üzvü - Mark Steven Kirk (İllinoys ştatı, İran üzrə İşçi Qrupun həmsədri) və Şeyla Cekson Lee (Texas ştatı) dinləmələrə qatılıb. Əlavə olaraq 20-dək millət vəkilinin nümayəndələri də tədbirdə iştirak edib. Azərbaycanlıların vəziyyəti barədə danışan Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Assosiasiyasının rəhbəri, xanım Faxtə Zamani bildirib ki, azərbaycanlılar ölkənin ən böyük xalqı olsa da, molla rejimi onların elementar hüquqlarını pozur, öz dillərində təhsil almasına, danışmasına imkan vermir. O öz hüquqlarını tələb edən azərbaycanlı fəalların təqiblərə məruz qaldığını, onlardan 20-nin isə qondarma ittihamlarla həbs olunaraq həbsxanaya atıldığını deyib. Hüquq müdafiəçisi yerli əhalinin öz dilinə, tarixinə həssas yanaşdığını, bir müddət əvvəl yerli qəzetdə azərbaycanlıların tarakan kimi göstərməsinə etiraz olaraq genişmiqyaslı etiraz nümayişləri keçirildiyini xatırladıb. Dinləmələrdə İranda yaşayan digər xalqların nümayəndələri də çıxış ediblər.
Qeyd edək ki, İranda yaşayan azərbaycanlılar və digər xalqların vəziyyətinə həsr olunmuş dinləmələrdə çoxlu sayda soydaşımız da iştirak edib. Bir müddət əvvəl yaradılan Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAzeris Network) həmtəsisçisi Adil Bağırov APA-nın ABŞ bürosuna bildirib ki, dinləmələrdən əvvəl şəbəkə vasitəsi ilə bir gün ərzində 77 konqresmen, 22 senator, 83 yerli mətbuat orqanına tədbir barədə məlumat verilib.

Hiç yorum yok: