azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

21 Haziran 2008 Cumartesi

Türkiyədə Azərbaycan coşqusu






QayNar: Qardaş Türkiyə millisinin Avropa çempionatında daha bir möcüzəyə imza atması bütün dünya türklərini, Türkiyəsevərləri, ən nəhayət əsl futbol azarkeşlərinin qəlbini coşdurdu.
Artıq xəbər verdiyimiz kimi, Bakıda da səhərə qədər yüzlərlə insan küçələrə axaraq bu qələbəni bayram etdilər.
Türkiyədə isə bayram törənləri hələ də davam etməkdədir. Qardaş ölkədə yaşayan güneyli-quzeyli azərbaycanlılar da bu qələbəni coşquyla, səhərə qədər ayaq üstə qarşıladılar. Əllərində Azərbaycan və Türkiyə bayrağı tutan azərbaycanlılar bu qələbəyə ən azı Türkiyə qədər sevindilər. Bunu aşağıdakı fotolardan da aydın görmək olur.

Hiç yorum yok: