Sentyabrın 16-na olan məlumata görə, neft səbətinin qiyməti 86,69 dollar təşkil edib. Bir gün əvvəl bu qiymət 91,35 dollar olub, yəni azalma 4,57 dollar təşkil edib. Səbətin rekord qiyməti iyulun 3-də müəyyən edilib,
həmin vaxt qiymət 140,73 dollara çatıb. Hazırda OPEC-in səbətinin qiyməti kartel ölkələri (Əlcəzair, Anqola, Ekvador, İndoneziya, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Qatar, Səudiyyə Ərəbistanı, BƏƏ və Venesuela) tərəfindən çıxarılan 13 növ neftin qiymətlərinin orta həndəsi göstəricisi kimi müəyyən edilir.
“OPEC səbəti” termini 1 yanvar 1987-ci ildən rəsmi tətbiq edilib.
Hiç yorum yok:
Yorum Gönder