azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

20 Şubat 2009 Cuma

Əli Həsənov: “Azərbaycanın narahatlığı haqlıdır”

Əli Həsənov: “Azərbaycanın narahatlığı haqlıdır”


“Türkiyə Ermənistanla Dağlıq Qarabağ şərtindən imtina etməsi barədə məlumatı nə təsdiq edir, nə də təkzib”

“Türkiyənin Ermənistanla münasibətlər qurması üçün Dağlıq Qarabağ şərtindən imtina etməsi barədə mövzu təəssüf ki, Azərbaycan mətbuatında cavabsız şəkildə birtərəfli qaydada işıqlandırılır. Amma bizim bu barədə məlumatlarımız elə mətbuatda olduğu kimidir. Bu məsələdə biz də təxminən Azərbaycan mətbuatı qədər informasiyalıyıq”.

Lent.az-ın məlumatına görə, Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərlə söhbətində belə deyib. Xatırladaq ki, Ermənistanda fəaliyyət göstərən “Azadlıq” radiosu Türkiyənin Ermənistanla sərhədləri açmaq, diplomatik münasibətlər yaratmağa qərar verdiyini və əvvəlki mövqeyindən imtina edib. Prezident Aparatının rəsmisi bildirib ki, Türkiyənin bu məlumata dəqiq və konkret şəkildə cavablandırmaması təəssüf doğurur: “Təəssüf ki, Türkiyənin rəsmi dairələri bu məlumatları nə təsdiq, nə də təkzib edir. Ona görə də Azərbaycan ictimaiyyətinin və mətbuatının haqlı narahatlığı, narazılığı mətbuat səhifələrində görünməkdədir”.

Əli Həsənov onu da qeyd edib ki, həm mərhum Turqut Özalın, həm ondan sonrakı hökumətlər dövründə, eləcə də Süleyman Dəmirəlin və indiki Türkiyə hökuməti Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu dəfələrlə bəyan edib: “Cənab Ərdoğan dəfələrlə bəyan edib ki, nə qədər Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməyib, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmayıb, Cənubi Qafqazda sülh yaranmayıb, Ermənistanla Azərbaycan arasında sülh baş verməyib, Ermənistanla hər hansı əməkdaşlığa getməyəcəklər. Türkiyə hökumətinin nümayəndələri bəyanatlarında dəfələrlə bildirilib ki, belə bir vəziyyətdə işğalçı dövlətlə heç bir siyasi, iqtisadi, mədəni və diplomatik əlaqələr qurmayacaq. Biz bu sözə inanırıq və bu gün də o fikirdəyik ki, belə də olaraq qalıb. Amma nəyə görə bu məsələyə bir aydınlıq gətirilmir, media nümayəndələri bunu Türkiyənin Azərbaycandakı səfirindən və digər türkiyəli dostlarımızdan soruşmalıdır”.

Şöbə müdiri Türkiyənin hakimiyyət dairələri üçün Azərbaycanın ictimai rəyinin əhəmiyyətsiz olmadığına da əminliyini ifadə edib. Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında münasibətlər iki dövlət arasındakı münasibətlərdən çox-çox yüksəkdədir.

“Biz əbədi müttəfiqlik haqqında xalqlarımıza dəfələrlə siyasi və tarixi bəyanatlar vermişik. Bu müttəfiqliyi qorumaq Türkiyənin və Azərbaycanın rəsmi və qeyri-rəsmi dairələrinin borcudur” - deyə, Əli Həsənov vurğulayıb.

Elxan SALAHOV

LENT.AZ

Türk kültürünü tamamilə qərb mərkəzli elmi baxışla araşdırıb dəyərləndirməniz mümkün deyildir . Gülara Yenisey

Türk kültürünü tamamilə qərb mərkəzli elmi baxışla araşdırıb dəyərləndirməniz mümkün deyildir.

Gülara Yenisey


Elmi baxımdan yanaşdığımızda cəmiyyət qanunlarını elmin universal quralları ilə araşdırmamız qaçınılmazdır. Ancaq tarix və sosiologiyanın bütün məsələlərinə qərb gözüylə baxıb dəyərləndirmək də bəzi hallarda doğru olmur. Bunlardan biri də türk kültürünü araşdırıb dəyərləndirmədə görülür. Türk kültürünü tamamilə qərb mərkəzli elmi baxışla araşdırıb dəyərləndirməniz mümkün deyildir. Qərb baxışıyla baxdığınızda yüksək mədəniyyət bir xalqın oturaq həyata, yerləşik mədəniyyətə keçməsi ilə başlayır. Onun üçün qərb zehniyyəti köçəri mədəniyyətini aşağı, geri qalmış olaraq görür və ona xor baxır. Bu düşüncə qəlibi tamamilə yalnış, əskik, yarımçıq fikirlərə əsaslanmaqdadır. Qərbli olsun, olmasın, bu düşüncə qəlibini mənimsəyən bütün elm adamları da bu yanılğıya düşməkdə, eyni səhvi təkrarlamaqdadırlar.
Qərblilər qəbul etməsə də, sosiologiyanın atası saya biləcəyimiz İbn Xəldun özünün “Müqəddimə” əsərində köçəri və yerləşik mədəniyyətlər mövzusuna toxunaraq, hər ikisinin bir-birini tamamlayan, bəsləyən ünsürlər olduğunu vurğulamışdır. İbn Xəldun bəzən şəhər mədəniyyətinin yadelli işğallar səbəbilə yox olmağa üz tutduğu zamanlarda köçəri mədəniyyətinin onu qurtardığını, şəhər mədəniyyətinə yeni qan verərək onu canlandırdığını, bəzən də yozlaşıb pozulmağa başlayan köçəri mədəniyyətinin tamamilə assimilə olub yox olmaqdan şəhər mədəniyyəti sayəsində qurtulduğunu yazır. Qərblilərin biri aşağı, biri yüksək mədəniyyət ünsürü olaraq gördüyü köçəri və şəhər mədəniyyət ünsürlərini İbn Xəldun, tamamilə başqa gözlə, çox vaxt bir-birinə möhtac, bir-birini tamamlayan və bəsləyən iki ünsür olaraq dəyərləndirir. Bu elmi baxış son dərəcə məntiqli və obyektiv bir yanaşmadır. Ərəblərdəki köçəriləri bədəvi, oturaq həyat yaşayan şəhərliləri hadari adlandıran İbn Xəldun həm bədəvi, həm də hadari kültürünü “biri olmasa, o biri olmaz” şəklində bir-birinə bağlı və ən vacibi qərblilərdən fərqli olaraq, bu iki mədəniyyət ünsürünə bir-birinə tən və eyni dərəcədə önəmli ünsürlər olaraq baxmışdır.

İbn Xəldunun bədəvi-hadari adlandırdığı ərəb mədəniyyət ünsürlərini türkmənlər çərvə-çamur olaraq adlandırmışlar. Türkmənlər köçərilərə çərvə, oturaq həyat tərzində olanlara isə çamur (yəni palçıq) deyirdilər. Oturaq həyata kəçənlərə başqa türk ləhcələrində başqa adlar da verilmişdir. Bunlardan biri də “tatar” sözüdür. Tatar, “tat-ər”, yəni oturaq tərzdə yaşayan deməkdir. Təsadüfi deyil ki, bu gün də İranın Şiraz, Firuzabad bölgələrində yaşayan qaşqaylar oturaq tərzdə yaşayan farsları “tatcıqlar” olaraq adlandırmaqdadır. Böyük ehtimalla “tacik” sözü də bu “tatcıq” sözündən törəmişdir.

Bu gün qərbli alimlərin köçəri mədəniyyəti səviyəcə aşağı görmələrinə zidd bir şəkildə qədim türklər köçəriliyi igidlik, mərdlik, alicənablıq kimi yüksək məziyyətlərlə şərəfləndirərək, ana təbiətin qoynunda qorxmaz macəraçı ruhla dolaşan güclü insanların yaşam tərzi olaraq görmüşlər. Oturaq həyatda yaşayanlara isə insanlar arasında uçurumlar yaradan pul-mülkiyyət, ticari mənfəət münasibətləri səbəbilə mənfi gözlə baxmışlar. Burda kiçik bir xatırlatma ilə şəhərli düzəninə olan bu mənfi baxışın yalnız qədim türklərə məxsus olmayıb, bəzi qərbli yazarlarda da görüldüyünü qeyd etməliyik. Məsələn, ünlü fransız yazıçı Balzak da öz əsərlərində şəhərli düzənin pul, zövq və iqtidarın əsl hədəfə çevrildiyi dünyasını tənqid etmişdir. Şəhərlərdə mülkiyyət və ticari münasibətlər önəmli olduğu üçün mən-mərkəzçilik ön plandadır, “biz” anlayışı daha sonra gəlir. Elat kültüründə isə ticari mənfəət münasibətləri olmadığı üçün hər şey biz-mərkəzçilik üzərində qurulub. Onun üçün də elatlarda “biz” “məndən” öncə gəlir və kollektivçilik çox gəlişmişdir.

Qədim çağlarda türklərdə köçəri həyat tərzi daha çox bəlli bir bölgə hüdudları içində davam etmiş, bəzən də savaş, qıtlıq, əhalisi çoxalmış bir oymağa ənənəvi yaşayış bölgəsinin artıq dar gəldiyi durumlarda çox uzaq məsafələrə köçləri ilə müşayiət edimişdir. Uzaq məsafələrə köçlər çadır-arabalar şəklindəki kağnılar üzərində gerçəkləşmişdir. Türklər yüzillər boyunca atlar və kağnılar üzərində nəhəng Avrasiya qitəsini bu ucundan o ucuna fəth etmişlər. Türklər bu köçlərdən sonra nəhəng dövlətlər yaratmış, dünyaya böyük mədəniyyət örnəkləri və abidələri ərmağan etmiş, bundan başqa dünyanın çeşidli bölgələrində bir-birindən qopuq düşmüş mədəniyyətləri də çulğaşdırmışlar. Bu səbəblə türklərin ayrı-ayrı coğrafi ərazilərdəki mədəniyyət, elm, texnika sahəsindəki bilgiləri də bir yerdən digərinə çatdırmaqda, bir araya gətirməkdə böyük rolları olmuşdur. Qərblilərin “köçəri” damğası vurduğu, aşağı mədəniyyət səviyyəsi kimi baxdığı bu mədəniyyət ünsürü qəsdən və bilərəkdən geri qalmış, gəlişməmiş bir mədəniyyət olaraq göstərilmişdir. “Barbar köçərilərin” yaşadıqları vəhşi çöl dedikləri yerləri bilərək mədəniyyətdən uzaq bölgələr olaraq göstərmiş, böyük Fərabilərin yetişdiyi Otrari, Dəşti-Qıpçaq çölünü bilərək görməzlikdən gəlmişlər.

Türklərin çox uzaq məsafələrə etdiyi bu cür köçlərin tarixdə sayı azdır. Türklər daha çox bəlli bir bölgə hüdudları içində köçəri həyat yaşamışlar. Yarı köçərilik, mövsümçülük və ya yaylaq-qışlaq həyat tərzi deyə biləcəyimiz bu yaşayış şəklinə qərbli alimlər yanlışlıqla köçərilik deyirlər. Əslində bu köçərilik deyildir, təbiət siklinə, mövsümlərin döngüsünə uyğun olaraq təbiət ananın nemətlərindən maksimum istifadə etmə sənətidir. Yaxın zamanlara qədər Fələstin, Suriya, İordaniya və b. ərəb ölkələrindəki türkmən oymaqları yayı çöllərdə qıl çadırlarda, qışı isə kəndlərindəki daş evlərində keçirirdilər. Son dövrlərdə sürətlə ərəbləşməkdə olan bu türkmənlər bölgədəki İsrail gərginliyi səbəbi ilə yaşadığı yerləri (məs., Suriyanın Qolan təpələrindəki türkmənlərin Şama yerləşməsi kimi) tərk edərək şəhərlərə yerləşir və türklüyündən uzaqlaşaraq assimilə olurlar.

Azərbaycanda yarı köçəri həyat tərzində yaşayanlara elat və ya tərəkəmə deyirlər. Qışı isti Muğan çölündə keçirən tərəkəmələr yayın istisindən, susuzluğundan, quraqlığından qurtulmaq üçün heyvanları, ovdanlıqları ilə birlikdə sərin, yaşıllıq, bolluq dolu dağlıq və dağətəyi bölgələrə köç edirlər. Quzey Azərbaycandakı elatların çoxu Qarabağ savaşından və ermənilərin Laçın, Kəlbəcər bölgələrini işğalından sonra yaylaq-qışlaq yaşayış tərzinə son verməyə məcbur olmuş, sərin, bərəkətli yaylaqlarından məhrum qalmışlar. Azərbaycanın güneyindəki elatlar gedərək azalsa da, Muğanda, Qaradağ ətrafında və özəlliklə qaşqay elində yarı köçəri yaşam tərzlərini davam etdirirlər. çox az araşdırılmış olan bu elatlar zəngin folkloru, aşıq musiqisi, şifahi xalq ədəbiyyatı, qədim qam-şamanlardan bu günə gəlmiş insanları sağaltmaq üçün istifadə edilən türkəçarə üsulları, minillərdən üzü bəri gələn qədim türk damğalarının, motivlərinin bəzədiyi kilim, xalıları ilə araşdırmaçıların yolunu gözləyir.

Türklərdə mədəniyyətin bir başqa ünsürü olan şəhərçilik də çox gəlişmişdir. özəlliklə uyğurlar, qıpçaqlar, tatarlar və Azərbaycan türkləri şəhər mədəniyyəti sahəsində böyük başarılar əldə etmişlər. Azərbaycan şəhərlərinin anası Təbriz, daha sonra Gəncə, Şamaxı, Ərdəbil, Şəki, Urmu, Şuşa, Maki, Bakı və s. tarixdə öz layiqli yerlərini tutmuşlar. Bu şəhərlər musiqisi, memarlığı, sənətkarlığı, ədəbiyyatı ilə mədəniyyətimizə böyük ərmağanlar vermişlər. Türklərdə tarixən həm zəngin elat kültürü, həm də gəlişmiş şəhər mədəniyyəti mövcud olmuşdur. Hər ikisi də üstün, zəngin, bir-birinə tən şəkildə önəmlidir. Elatları kiçimsəmək, kəndliləri aşağılayıb kəndli-şəhərli ayırımı etmək çox yanlış və zərərlidir. Bu səhvi edənlər türk kültüründən heç nə anlamayan, qərb gözlüyü taxıb türk kültürünə ögey gözlə və cahilcə baxanlardır. ümumilikdə baxdığımızda, elat kültüründə yetişənlərin daha çox kollektivçi ruha sahib, əliaçıq, cəsur insanlar olduğunu, şəhər mədəniyyəti içində böyüyənlərin isə nazakətli, yığımcıl, ehtiyatlı olduqlarını görürük. Əlbəttə, fərdlərin sosial davranışları çox fərqli ola bilər, ancaq insanların genetik kodlarını da unutmamalıyıq.

Uluslararası dil həqləri bildirisi

Uluslararası dil həqləri bildirisi
Önsöz
Eski bir hikayəyə görə bir zamanlar bir şah varmış. Bir gün bu şaha ölkəsində çox aqıllı bir kişinin yaşadığının xəbəri gəlir. Anlatılanlara görə, bu kişi o qədər bilgiliydi ki yer uzundə qonuşulan bütün dilləri anlayabilirdi. Quşların dilini, onlardan birimiş kimi tanırdı. Buludların biçimini və onların nə anlama gəldiğini belə çox yaxcı biləbilirdi. Eşitdiği hər dili düşünmədən, anlayıb cəvab verirdi. Hətta çevrəsindəkilərin fikrini dünyanın harasından olurlar olsunlar oxuyabilirdi.
Şah bu eşitdiklerinden çox etkilənib və bu aqıllı kişini sarayına çağırdı. Kişi saraya gəldi.
Şah ondan soruşdu:
-"bu doğrudur ki sən dünyada danışılan dillərin hamısını anlayırsan?"
aqıllı kişi dedi:
-"qiblə aləm, doğrudur".
-"bu doğrudur ki sən quşları dinleyirsen və onların dilini anlayırsan?"
-"qiblə aləm, doğrudur".
-"və buludların biçimine baxıb anlamını anlayırsan?"
-"qiblə aləm, belədir".
-"hətta mənə anlatılanlar kimi insanların fikrini oxuyursan?"
-"qiblə aləm, doğrudur".
Şahın bir son sorusu daha vardı...

Dünyanın ən aqıllı insanına nə soruşabilirik?

"Uluslararası dil həqləri bildirisi"ni yazanlar dünyadakı dillərin hankısına danışırlar?

Cürətlə söyləyəbilirik ki onlar sayısız dilləri danışırlar. 1996 ilində juenin altısında Barselonada beş qıtadan(qarə) 200 nəfər bu bildirini e`lam etmək üçün bir araya gəldilər.
Onların bəziləri küçük məhəlli və qeyri dövləti sazimanları təmsil edib, ölkələrinin təlim və tərbiyət sistemində rəsmi tanınmayan dillərini dərs verməyə təəhüdliydilər. Bu iki yüz nəfərin içində fərqli dillərdən bir çox yazar vardı. Onlar hərkəsə açıq bir ədəbi dünya yaratmaq üçün öz dillərini hər gün qullanırdılar. Başqaları, uluslararası qeyri hükümeti sazimanları təmsil edirdilər, onların görəvi(vəzifəsi) dil həqlərini savunmaqdı. Ayrıca huquq uzmanları, dil uzmanları , sosyo-linguistik və dil həqləriylə ilgidə olan ayrı bilim dallarından uzmanlar da vardı.

Onların hamısı üçün "uluslararası dil həqləri bildirisi" gələcəkdə bir arada və barış içində yaşamanın sözünü verirdi. Bütün dil qurumlarına tanınan bu həqdən dolayıdır ki dil topluluğları hər sahada yaşamlarını öz dillərinin çərçevəsində düzənləməlilər və beləliklə bu heq e`lam olundu. O zamandan sonra "uluslararası dil həqləri bildirisi" hər yerdə yayınlandı. Hər ay onun taza bir dilə tərcümə olunmasının xəbəri gəlir, bəklənilməyən bəzi orqanizasiyonların üyəlikləri(üzviyet) və ya bəzi uluslararası şəxsiyyətlərin bu bildirini dəstəkləmələri, təhlikədə olan bir çox dilin uluslararası sahada savunmasına səbəb olmuşdur.

Gərçi mətnin əsli qeyri dövləti bir seviyədə yazılıb, düzeldilib, qəbul edilib və e`lam olundu, ama Birləşmiş Milletler teşkilatının çalışmalarına da yardım edilmək istənildi. Bunun amacı bütün dövlətləri insan həqləri bildirisinin 1948 ilində başlatdığı hərəkəti dəstəkləməyə, fərdlərin və onların bağlı olduqları toplumların dil həqlərini rəsmi tanımaya çağırmaqdı.

Yunsəkonun bizim çalışmamıza başdan itibaren dəstək verməsi bizə bu ümidi verdi ki bir gün Birləşmiş Millətlərin bir qurumu, dil həqlərini dünyanın hər bir yerində savunacakdır. Bu kitabça bu hərəkətə yardım etmək amacyıla ortaya çıqdı.

Bu kitabçada "uluslararası dil həqləri bildirisi" sunulacaq və onun "dünya dil həqləri konferansı"nda yazılma və e`lam lunma şəkli anlatılacaq. Bu iş beş qıtadan gələn 61 qeyri dövləti saziman, 41 əncümən qələm mərkəzi və 40 dan çox dil həqləri uzmanının çalışmasının ürünüdür(məhsuludur).

Ayrıca dünyanın hər yerindən qatılan çox məşhur şexsiyətlərin, insan həqləri və barış üçün çalışan yazarların və bu projədə bizə qatılmaq istəyən bezi insanların ifadələri sərgilənir.

Bizim hamımız o hikayədəki şah kimi dünyadakı bütün dilləri bilən o aqıllı adama bəlki bu son soruyu soruşardık. Şah adama onu danırmışcasına baxıb və onu sınamaq üçün son soruyu sordu:

"Mənim arxamda əlimdə bir quş var, aqıllı kişi, söyle mənə:
- o quş yaşayır mı?"
O aqıllı kişinin cəvabı hamıya yönəlikdi və bizim durumumuzda olan və dil həqləri üçün çalışan hərəksə, mədəni fəaldan yazara, məəlimdən qanungozara xitab etməkdedir. O aqıllı adam birdən hürkdü, bilirdi ki cəvabı nə olursa olsun, şah quşu öldürəbilirdi. O şaha baxdı və uzun bir zaman səssiz qaldı, sonra mətin bir səs ilə:
-"qiblə aləm, bu cevab sizin əlinizdedir, dedi!"

və cevab bizim öz əlimizdədir!

Metod və yazı
Oriol Ramon i Mim

1- yazı
1996 ilində juenin altısından səgizinə qədər 61 qeyri dövləti saziman, 41 əncümən qələm mərkəzlərindən təmsilci və 40 dil həqləri uzmanı dünyanın hər köşəsindən gəlib və Barselonada buluşdular."Uluslararası dil həqləri konfransı"nın toplantısı(WCLR), uluslararası əncümən qələmin "tərcümə və dil həqləri komisiyonu"nun və uluslararası dövlətsiz millətlər və azınlıqlar(CIEMEN)ın təşəbbüsü və Yuneskonun tekniki və mənəvi dəstəkiylə gərçəkleşdi.

Juenin altısında WCLR qatılımcılarının toplantısında "uluslararası dil həqləri bildirisi"(UDLR) Barselona universitəsinin salonunda bir törənlə(mərasəm) təsvib ulundu. Qeyri dövləti sazimanların ve əncümən qələmlərin temsilcileri və başqa uzmanlar sənədi imzaladılar və proqramın sonunda mətni və imzaları Yunsekonun gənəl başqanının rəsmi temsilcisi bay Andri Isakssona verdilər. Bu vəsiləylə qeyri dövləti sazimanlar Yuneskoya bir sənəd verdilər ki dövlət uzmanlarının çalışmalarının başlanqıç noqtası olacaqdı. Bunların hiç birisi Yunesko çərçevəsində, Linguapax Projəsi terefinden başlatılan ortaq çalışma amacı olmadan mümkün olamazdı.
İki gün sonra juenin səgizində La Pedrera salonunda qeyri dövləti sazimanlar, əncümən qələm mərkəzlərinin təmsilciləri və uzmanlar, "uluslararası dil həqlərinin bir təqib komitəsi"(FCUDLR)ni qurmaya qərar verdilər. Bir ay sonra Yuneskonun gənəl müdürü bay Federico Mayor Zaragoza, WCLR ni orqanizə edənlərlə görüşdü. Bu görüşmədə mətn və mətod ona təhvil verildi.

2-Mətin
Bildiri uzun və qarmaşıq bir sənəddir. Başqa şəkildə də olamazdı çünkü qonunun özü də qarmaşıqdır. Arıca bütün yazarların fikirləri, dəmokratik qurallara uyqun olaraq alındı və dünyanın hər yerindən yazarların və orqanizasiyonların nəzəri soruldu.

Bildirinin yazılma önərisi olağan üstü(foqüladə) bir toplanıtıda əncümən qələmin tərcümə və dil həqləri komisiyonu tərəfindən 1993 ilində, Dəsambr ayında Palma de Mallorca da verildi.

1994 ilinin başlanqıçında bir orqanizasiyon komitəsi yaratıldı və Septambr ayında uluslararası dil həqləri bildirisinin həqqindəki düşüncə və dartışmalara başlatıldı. Konfransı yönətənlər bu bildirinin, fərqli sahalarda və çalışmalarda olan uzmanlar tərəfindən yazılmasına qərar verdilər. İlk on iki bölümünü fərqli ölkələrdən gələn qırx uzman dəyərləndirib və yazdı.
Gəlişmiş ilətişim(irtibatat) teknolojisi bunu mümkün qıldı ki bildirinin maddələri beş qıtada fərqli fərdlər və qurumlar tərəfindən geniş seviyədə dartışılsın.
yayazəyəmbbbbbb hamıseeayeeeee...nənənmiz abbıbıbbıbıbbnnnnnuai həkəkkkkkya
Çalışmalarının iləri aşamalarında uzmanların yararlandıqları fərqli və çeşitli yardımlar, bildirinin fərqli sosiyolojik içərikli olmasına və fərqli baxış açılarının bir araya gəlməsinə səbəb olub, o zamana qədər yayqın olmayan bir dəngənin(təadül) sağlanmasına nədən oldu.

yazarların önəmli bir amacı dil həqlərini eşit və adil bir şəkildə tanıtmaqdı və bunu dil topluluğlarının bağlı olduqları bölgələrin, politik və idari hakimiyetinin altına girmədən, bir dilin kodlaşma dərəcəsinə və o dilə qonuşan isanların sayısına baxmadan və bu qonulara hiç önəm vermədən gərçekləşdirməkdi. Bu səbəbdən bildiri bütün dillərin həqlərini, rəsmi olub olmadıqlarına, məhəlli və azınlıq, çoğunluq, modərn və qədimi olduqlarına baxmadan eşit e`lam etməkdedir.

Dil həqlərinin ən büyük qatqılarından biri budur ki bildiri dil həqlərinin fərdi və cəmi yönlərini(əbad) birbirindən ayrılmaz və birbirinə bağlı sayır. Toplumda dili bir topluluq yaradır və insanlar ondan şəxsi olaraq da yararlanırlar. Beləliklə fərdi dil həqlərinnən istfadə etmək o zaman etkili olur ki bütün toplumların və dil quruplarının cəm-i həqləri hərkəs tərəfindən sayqıyla qarşılansın.

Topluluğların, qurupların və fərdlərin dil həqlərinin açıq və aydın ifadə olunması onların aynı coğrafi bölgədə bərabər yaşamalarının önəmli bir qoşuludur, gərçi bu çox qarmaşıq görünür. Buna görədir ki bu bildiri tarixi olaraq öz bölgələrində yerleşmiş olan topluluğların dil həqlərini muraceə etmək üçün bir meyar olaraq görüb, onu hər fərd həqqində, öz qədərlərinə hakim olma dərəcələri fərqli olan qurupların dil həqləri moridində və öz yerli toplumlarının dışında yaşayan fərdlər həqqində qullanır.

Gərçi dil həqlərinin uyqulanması mevcud olan qaynaqlara bağlıdır, bu qaynaqların eksikliği bu həqlərin danılmasına səbəb olmamalı. Buna görə bildiri bu həqlərin, yaşama, çalışma, sağlıq və təlim tərbiyət həqqi qədər gərəkli tanınmaları və finansə olunmaları gərəktiğini vurqulamaqda. Bunun gərçekleşməsi üçün uluslararası ortaq bir çalışma gərəkir ki bu vəsiləylə eksiklər cübran edilsin və ən məhrum insanların həqləri dəstəklənsin.

Dilin durumunu etkiləyən bir çox faktor, topluluğların, qurupların və fərdlərin istəklərinin birbirinə yaxınlaşmasındakı çətinliq, dil həqləriylə başqa əsasi həqlərin arasında bir rabitənin zəruriyeti, bütün durumlarda uyqulanabilən qapsamlı bir tədbirin alınmasını imkansızlaşdırır. Bu yüzdən bildiri hüküməti güclərin vəzifələrini vurqulamakda, ama bununla bərabər yasaqlardan və emirlərdən daha çox həqlərin üstündə durur. Özəlliklə bu noqtaya təkid etməkde ki dəmokratik bir çərçevədə və dəmokratik ittifaq sayəində olaylara çözüm yolu axtarılmalı.

3-Dil barışı
Bildiri, başlanqıçda da göstərildiği kimi, dildəki dəngəsizlikləri düzəltmək üçün gərəkli olan bir mətindir.Onun hədəfi bütün dillərə sayqı göstərmək, gəlişmələrini qarantiləmək, dünyada eşit və ədalətə uyqun bir dil barışı pərənsipi gəlişdirmək və bu vesileyle də bir əsasi ünsür kimi uyumlu toplumsal ilişkilərin sağlanmasını təzmin etməlidir.

Bu barışın eşitlik və ədalətə uyqun olması bu dəlilə görədir ki bildirinin temel ve əsasi bütün xəlqlərin və dillərin eşitliğinə dayanır. Hiç bir şəkildə iqtisadi, ictimai, dini, fərhəngi, dəmografık və dil quralları eşitsizlikləri məşrulaşdıramaz. O yüzdən bütün dil topluluğları aynı eşit həqqə sahiblər.

Bütün ön görülər(pişbini) bunu göstərir ki yirmi birinci yüz ildə dünyadakı dillərin yüzdə səksəni ölüm təhlikəsində. Bu məsələ bir qaçınılmaz gərçəği ortaya çıxardır. Çox dillilik və çox kültürlülük aynı şəkildə barış kültürünə qatqıda bulunur ki barış kültürü fərqliliklərin qorunmasına yardımcı olur.
Bu qarşılıqlı ilişki ancaq belə mümkün olabilir ki barış kültürünün gəlişməsi dillərin birbirləriylə bütünleşmələrinə imkan yaradan dəyərləri ortaya çıxarsın. Beləliklə UDLR dil fərqliliği düşüncəsinə yeni bir anlatım gətirib, bütün dilləri insanların mirası olaraq görüb və buna inanır ki bu miras bir maddı varlıq deyil, qanun və həqdir və kimsə onu yox edəməz. Məhv olan hər dillə dünyanın eko- linguistik dəngəsi dəyişir və bu dəyişmə bəklənilməz sonuçlara və beləliklə bilinən fərqli toplumsal xəstəliklərə yol açır. Burdadır ki UDLR nin barış kültürünə yapdığı qatqı ortaya çıxır: Bu düşüncə gəlişdirilib, təşviq edilir ki dil fərqliliği çox önəmli olub, dünyanı tanımanın yollarından birini göstərdiği üçün insanın bilgilənməsində əsasi bir rol oynayır.

Ayrıca, yaşamın indiki şərayiti bir dilin başqa dilin yerinə geçmə şürəçini yeyinləşdirmişdir. Bu yüzdən bizim dil həqqindəki düşüncələrimiz dəyişməlidir. Dil fərqlilikləri kesinlikle iletişim və insanların bütünleşməsini önləməmekde, tam tərsinə dil anlaşılır bir gərçəkdir ve insanların birlikdə olmaları üçün təməl bir ünsür kimi gərəklidir. Dili, barış kültüründə önəmli qılan gərçək budur ki dil intiqal və zəxirə olma becerisine sahib olup hərkəsin ulaşabiləcəği bir sərvətdir. Onu əldə etmək; ondan vaz geçmek anlamına gəlməməkdədir.

Yer üzündəki dil fərqlilikleri ciddi bir biçimde təhlikede olduğunda, bu bildiri ortaya çıxdı. Bir çox faktor bu duruma səbəb olmüşlar:

- Bir çox dövlətin eski birləşdirmə təmayülü ki fərqlilikləri azaldıb, dil və kültürəl çoxluğunun əleyhinə olan düşüncələri dəstəkləməkdelər.
13
- Bütün dünyada bir iqtisada və beləliklə bir bilgi, ilətişim, və kültür bazarına olan təmayül ki bu, dil topluluğlarının daxili birlikdəlik ve birləşmələrinin qarantisi olan, qarşılıqlı ilişkiləri və etkiləmələri yox etməkde.

- Millətlər üstü iqtisadi quruhların ortaya qoyduğu ekonomisti gəlişmə modeli ki düzənsizlikləri gəlişmə və rəqabətə dayanan fərdiyetçiliği azadlıq görür. Bu büyük və ciddi iqtisadi, ictimai , fərhəngi və dil eşitsizliklərinə yol açmaqda.

"Uluslararası dil həqləri bildirisi" dil və kültürəl fərqliliklərə dayanır və yuxarıda sayılan faktorlara qarşı çıxıb, homojen ləşdirmə va inhisari ayırma təmayüllərini rədd edir. Bunun iki əsasi mehvəri vardır:

- Politik baxış açısından, dil fərqliliklərini elə orqanizə etmək ki yeni gəlişmə modelində dil topluluğlarının etkili qatılımlarına imkan verilsin.

- Kültürəl baxış açısından, bütün dünyada ilətişim(irtibatat) ortamını o şəkildə düzənləmək ki gəlişmə mərhələsində bütün insanların, quruhların və dil topluluğların eşit qatılımı mümkün olsun.

- İqtisadi baxış açısından, bir gəlişmə modelin gərçəkleşməsi ki təməli hərəksin qatılımına , topluluğların ekolojik dəngəsinə uyqun və bütün dillərin və kültürlərin arasındakı eşit ilişkiye dayanır.

4-Uluslararası dil həqləri bildirisi
Bildirinin amacı, bir çox fərqli dil durumlarına uyqulanabilməkdir. Buna görə özəlliklə bildiridəki maddələri anlatmaq üçün qullanılan tanıtım qavramlarına çox diqqət göstərilmişdir. Beləliklə bir dil topluluğunun mehvərləri belə anlatılır: tarixi geçmiş, bölgə, xəlq olaraq öz qədərlərinə hakim olma həqqi və ayrıca ortaq bir dilin, topluluğun üyələrinin arasında ilətişim aracı olaraq qullanılması.

Bildiri başlıqlarında bəlli bir tarixdə və bəlli bir bölgədə oluşan bir topluluğun dilini "bir bölgənin yerli dili" olaraq tanımlır. Öz tarixi bölgələrindən göç, sürgün və ya hər hangi bir başqa nədənlə ayrılmış topluluğların dil həqlərini qurmaq zəruriyətinə, elə ki yerleşdikləri bölgənin dil topluluğunun həqləriylə uyqundur önəm verilmişdir və bunları bir dil qurupu olaraq tanımlır. yanı bir qurup insan ki başqa bir dil topluluğun bölgəsində yerleşmişlər, aynı dili paylaşırlar ama tarixi geçmişləri aynı deyil.

Bu bildiri bölgəni yalnız bir coğrafı ortam deyil, bir ictimai və işlevsəl ortam olaraq ki dilin tam gəlişməsi üçün gərəklidir görür və bunu mümkün qılır ki örnəğin, fərqli zamanlarda göçmənlərin yerleşdikləri bölgələr bir dil topluluğu olaraq qəbul edilsin. Bu o zaman mümkündür ki :

- Siyasi və idari mərzlər, bunların öz əslı topluluğlarından ayrılmalarına səbəb olmüşlar.
- Belli bir tarixde onlar başqa dil topluluğları tərəfindən çevrələnmiş, küçük bir coğrafı bölgədə qurulmuşlar və ya
- Bənzər tarixi geçmişləri olan başqa dil topluluğlarının üyələriylə ortaq bir coğərafı bölgədə yaşırlar.(maddə1.3)

Bildirinin təməli, topluluğların həqləriylə dil quruplarının və onlara bağlı olan fərdlərin həqləri arasında dəngəli bir rabiteye dayanır. Buna ulaşmaq üçün tarixi geçmiş və dəmokratik şivəylə bəyan olunan istəklər yanında, bu dəngənin qurulmasına yardımcı olan faktorlara da önəm verilmişdir. Bildirinin uluslararası iradəsi bunu gərəktirir ki var olan dəngəsizliklər düzəldilsin və beləliklə bütün dillərin tam gəlişməsi qarantı altına alınsın.

Bildiridə çox önəm verilən başqa bir qonu da topluluğların həqləriylə dil qurupların və onlara bağlı olan fərdlərin həqləri arasında bir dənəngli birleşmənin yaradılmasıdır. Beləliklə hiç birisi qəbul etdiği dil topluluğuyla rabitədə və bütünleşmədə o birisinin önünü kesemez və bu topluluğun və üyələrinin öz dillərini qullanmalarını yaşadıqları bölgədə qısıtlayamaz.

Bildiri fərdlərin şəxsi həqlərini ki hər durumda fərd onları qullanabilir, geri alınamaz və inkar ediləməz saymışdır. Bu həqlər:

Bir dil topluluğunun üyəsi olma həqqi
Öz dilini özəl və umumi durumlarda qullanabilmə həqqi
Öz adını qullanma həqqi
Öz dil topluluğunun üyələriylə dəvamlı bir raibtədə olma həqqi
Öz dilini və kültürünü qoruyub və gəlişdirmə həqqi

-və 16 Dəsambr 1996 ilində "uluslararası mədəni və siyasi həqləri anlaşmasında" tanınmış və dil həqləriylə ilgili olan bütün həqlər. Ayrıca aynı tarixdə "uluslararası iqtisadi, ictimai və fərhəngi konvansiyonlarda" tanınmış həqlər.(maddə 3.1)

Aynı zamanda fərqli bir dil topluluğunda yaşayan fərdlər o toplum və kültürüylə bütünleşməyə həqləri və vəzifələri vardır. yanı özgürcə qonaqçı toplumun kültür və dəyərlərini qəbul edib, öz kültürel özəlliklərinin yerinə qonaqçi toplumun dəyər və davranışlarını qullanmalılar.(maddə4.2)
Bildiri bu şəxsi həqlərə bu dil quruplarının həqlərini eklir:

- Dil və kültürlərini öğrətmə həqqi
- Kültürəl xidmətlərdən yararlanma həqqi
- Medyada dil və kültürlərinin eşit şəkildə təmsil olma həqqi
- Dillərinə dövləti orqanlardan və ictmai, iqtisadi ilişkilərdə, dəstək alma və önəm görmə həqqi

Gənəl prənsiplər dışında, bildirinin əsli ünvanı, dil həqləriylə dövləti və idari orqanlarda, təlim və tərbiyətdə, filolojidə, medyada, yeni teknolojidə, kültürəl və iqtisadi, ictimai sahalarda ilgilənir.
Geçici dörədəki maddələr dövləti güclərin vəzifələrinə işarə edir. Bunlar bildiridə e`lam olan həqlərin uyqulanması üçün bütün imkanlarını qullanmalı və bildiridə olan həqlər və vəzifələrdən dövləti sazimanların və fərdlərin xəbərdar olmalarını sağlamalılar.

Son olaraq bildirinin son maddələrində Birəlşmiş Millətlərdə bir dil şurasınn, və dil həqləri üçün bir"uluslararası komisyonun" qurulması önərildi və bunun gərçkleşməsi üçün ilk adımlar atıldı.

5-Taqib komitəsi
Uluslararası dil həqləri komisiyonunun qatılımcılar məclsi, iki önəmli hədəfə ulaşmaq üçün bir komitə (taqib komitəsi) daha yaratdı. Birinci hədəf, bu mətnin Yuneskoya yol tapmasıydı və ikincisi, bütün dünyadakı sazimanlardan və orqanlardan bu bildiriyə ən çox dəstəği sağlayabilmekdi. Bu dəstək bildirinin moralını yüksəldib və onun içəriğini propaganda edəbilməli.
Taqib komitəsi, dil həqləri uzmanlarından təşkil tapan bir elmi şura yaratdı. Bu şuranın hədəfi yeni fikirlər qazanmaq və aynı zamanda bildirinin içəriliğini təkmil etmək və gəlişdirmək üçün gərəkən yardımı sağlamaq və mümkün olduğu qədər Yunsəkonun xidmətində olmaqdı.

Bu kitabda bu bildiriyə dəstək verən dünyaca tanınmış şəxsiyyətlərin adı geçməkde. Bunlar uluslararası təşkilatlardan istəmişlər ki bu bildiriyə önəm verib UDLR və sivil toplumu tərəffindən başlatılan təşəbbüsün doğrultusunda hərəkət etsinlər. Bu şəxsiyyətlər bildirinin yaşamının ilk illərində dövləti orqanlardan, dəmokratik parlamentolardan, qeyri dövləti sazimanlardan, əncümən qələm mərkəzlərindən və özəl fərdlərdən alınan ən büyük dəstəğin göstərgəsilər.

Bu bildiri Yuneskonun dövləti temsilcilerinə verilib və prənsipləri üyələrə təbliğ edildi. Bu vəsiləylə yunesko çərçevəsində dil həqləri üçün bir çalışma qurupunun yaradılmasına çalışıldı. Bunların hamısı bizi uluslararası dil həqləri anlaşmalarına biraz daha yaxınlaşdırır.

6- Ümid
Dil fərqliliklərinin qorunması və bütün topluluğların öz ana dillərində yaşamaları gərəkdiği həqdə danışırkən, lazim olan iqtisadi maliyatlarada işarə olunmalı. Bununla bərabər canişin dilin iqtisadi maliyatlarını da dəyərləndirməmiz gərəkir:

- Haşiyəyə sürülmənin (marjinal) zərəri nədir?
- Ortama uyarkən dil kimi bir vəsilədən yoqsun bıraxılmaq, hangi ziyanları doğurur?
- Ortama uymayan kəlimələrlə təlim və tərbiyət almanın zərərləri nədir?
- İnsanların yararlanamadığı hakim dildə olan saxtə təlim tərbiyətin zərərləri nədir?
Nə qədər?.........

Ancaq bu zərərləri dəyərləndirəbildiğimizdə, dil fərqliliklərini qorumanın önəmini bilməyən insanlarnan başarılı dartışmaya girəbiliriz. Gərçi dil fərqliliklərinin durumu çox sevindirici deyil, ama buna inanmaqdayız ki bu durum deyişilməz deyil. Bunu durdurmaq rahat deyil ama imkansız da deyil.

Yuneskonun bu qonuda söyləməli bir çox sözü var.


Rigoberta Mench Tum
Nobel Peace Prize 1992

xanım Riguberta Mənçü
1992 ilində barış nobel ödülü

Altı juen 1996 ilində Barselonada uluslararası dil həqləri bildirisi e`lam olurkən uluslararası dil həqləri konfransına qatılanlara göndərdiği məktub:

Dəyərli qatılımcılar
Hər şeydən öncə, bütün dünya xəlqlərinin dil həqləri üçün yürütülən mübarizə forumuna qatılamadığım üçün çox üzgünüm. Mənim öncəki qaçınılmaz görəvlərim oraya qatılabilməmi önlədi. Bugün başladılan konfransın başarısını dilirəm.

Bu dörd gündə təsvib olunacaq olan uluslararası dil həqləri bildirisi, mətində də anlatıldığı kimi, şübhəsiz topluluğların fərqlilikləri və dil quruhları üçün önəmli bir vəsilədir və cəsarətlə, kültürün ən əsasi təməllərindən birisini, yanı dili qorumaq üçün savaşır.
Buna inanıram dil bir vəsilədir ki bəlli insanların və kültürlərin, əcdadlarından irs aldığı düşüncə və dünya görüşünün birbirinə uymasına və bunun gəlcək nəsillərə müntəqil edilməsinə imkan verir.

Dil, son neçə yüz ildə yabancı dəyərlərə qatlanmaya məcbur qalan kültürlərin əsli dayanışma silahı olmüşdür. Latin Amerika xəlqlərinin məruz qaldığı olay da aynıdır. Latin Amerika xəlqləri, elmlərini və bilgilərini müntəqil etmək üçün öz yerli dillərini qullanırlar və bunun anlamı budur ki onların kültürəl dəyərləri bütün yox etmə çabalarına rəğmən qorunmuşdur. Oradan ki sözlü (şəfahi) dil, yerli xəlqin bir önəmli özəlliğini təşkil edir, bizim kültürümüzdə de dilin önəmli bir yeri vardır. Çünkü bu vəsiləylə biz geçmiş xatirələrimizi bir nəsildən o biri nəsilə qoruyabilmişik. Aynı şəkildə sözlü dil gələnəği bizim təlim və tərbiyətimizin təməl prənsipini təşkil verməkde.

Guatmalada yerli xəlqlərin gənəl qayqılarından biri öz dillərini qourumaqdır. Dil ölkədəki büyük kültürəl fərqliliklər kimi fərqlidir. Bizim bir çox şeyi itirdiğimiz bir gərçəkdir,ama bugün, bir zamanlar itirdiklərimizi təkərar onarmaya(tərəmim) çalışırık və mən buna inanıram ki bu hərəkət kültürlərin yaşaması üçün önəmlidir.

Mənim anladığım qədəriylə, mətnin içeriliği dilin önəmini bir təməl kültürəl ünsür olaraq rəsmi tanır və bu yüzdən eşitsizliğə yol açamaz. Yanı bir kültürə başqa bir kültürdən ayrıcalıq tanımır, bəlki bütün kültürlərin öz dillərini qullanmaqda eşit həqlərə sahib olduqlarını e`lam etməkde. Uluslararası dil həqləri bildirisinin başqa bölümlərində bəzi qanun və qurallar ortaya qoyulur ki mevcud dillərin, dil dışındakı nədənlərdən haşiyəyə sürülmələrini, daha aşağı bir seviyədə olmalarını və ya təmamən yox olub ölmələrini önlür. Bildiri bu məseləyi bir neçə uluslararası və bölgəsəl anlaşmalar və müahidələrlə gərçkləşdirir.

Aydın gərçək budur ki yerli xəlqlərin həqləri neçə yüz ildən beri inkar edilməkde. Bu xəlqlərin həqləri nə rəsmiyətə tanınmış və nə də sayqı ilə qarşılanmış. Bu xəlqlər onları istismar etmək üçün uyqulanan eşitsizlik və ırqçılığa qarşi səssiz qalmayıb zülmə və haşiyəyə sürülməyə qarşı dirənmişlər. onlar yalnız öz tarıxlərində deyil yaşadıqları ölkələrin tarixində də önəmli rol oynamışlar və beləliklə tarixin gənəl gəlişməsində büyük payları var.

Yirmi birinci yüz ilə girərkən bu çox acı və moral dışı bir gərçəkdir ki xəlqlər hələ də eşitsiz, haşiyəyə sürülmüş və sömürgə altında yaşırlar. Yerli xəlqlərin yaşamı belə dəvam etməkdədir. Nə onların həqləri rəsmiyətə tanınır və nə də sayqı ilə qarşılanır. Bu durum dəvam etməməli. Kültürlərarası münasibətlərdə, xəlqlərlə kültürlər arasında qarşılıqlı sayqıya dayanan taza bir ortam və yeni bir mekanizma gəlişdirilməli.

Uluslararası sahada xəlqlərin həqləriylə ilgili bir qəzayı əbzarın gəlişməsinə yönəlik bir eyilim(təmyül) var. Bu eyilim bunu göstərməkdə ki xəlqlərin həqləriylə ilgili gələnəksəl səssizlik qırılmaqdadır və bu yalnız guçlu bir iradə və mübarizəyə olan inancla gərçəkleşəbilir. Bu, nə yerli xəlqlərin öz tarixi, iqtisadi, siyasi, ictimai və kültürəl həqləriylə ilgili məselələrə aydın və kəsin bir çözüm yolu bulduqları anlamına gəlir və nə də bu həqlər tam anlamıyla qəbullanıb və sayqı görülməkdelər.

Uluslararası sahasındakı gəlişmələrlə, bir çox ölkədə özəlliklə Latin Amerikada, milli seviyədəki durumun arasında büyük bir uçurum var. Bu bizim həqlərimizə qarşı olan sayqısizlik və rədedilməklə bəlli ulur.

Bu durum büyük bir titizlik və diqqətlə incələnməli. Çünkü bu təkamül mərhələsində, dünyadakı fərqli kültürlər arasında geniş əbadda olumlu(müsbət) diyalog ortamının və iş birliğinin qurulmasına səbəb olub və aynı şəkildə kültürlərarası münasibətlərdə, bütün xəlqlər və kültürlərə eşit həq və qanunlara dayanan bir ortam və mekanizmin gəlişməsinə imkan verəbilir.

Uluslararası dil həqləri bildirisi kültürlər və xəlqlərin eşitliği üçün aparılan mübarizədə önəmli bir adımdır. Bu yol bizi bir uluslararası anlaşmanın yaranmasına götürür. Bu uzun və çətin bir yoldur. əminim ki bu konfransdakı qatılımcılar bu hədəfə ulaşmaq üçün uyqun mekanizmləri nə şəkildə anlatacaqlarını bilirlər.

Aynı zamanda uluslararası bildiri, qarşılıqlı sayqı və qəbul görmək əsasında yaranan kültürlər arası münasibətlərin yaranmasında, ayrıca çox xəlqli, çox kültürlü və çox dilli millətlərin ortaya çıxmasında önəmli bir vəzifə daşır.

Guatmala juen1996

.
Uluslararası dil həqləri bildirisi
Başlanqıç
Uluslararası dil həqləri bildirisini imzalayan qeyri dövləti organlar və təşkilatlar 1996 ilində Juenin altısından doquzuna qədər Barselonada biraraya gəlib:

1948 ilinin "uluslararası insan həqləri bildirisi" nin müqəddəməsində e`lam olunanları nəzərə alaraq:
"Təməl insan həqlərinə, yanı insanların sayqınlığı və dəyərinə, qadınların və kişilərin eşit həqlərə sahib olmalarına inanç" və aynı şəkildə ikiminci maddəsində ki e`lam olunur:
"Hərkəs, ırq, rəng, cinsiyət, dil, din, siyasi və başqa əqidələrə, milliyət və ictimai kökənə, mal varlıqı, doğum və başqa özəlliklərə baxmayaraq bütün həqlərə və özgürlüklərə sahibdir".

1966 ilinin 16 Dəsambr"uluslararası mədəni və siyasi həqləri anlaşması" (maddə 27) və "uluslararası iqtisadi, ictimai, və kültürəl həqlər anlaşması"nı ki aynı tarixdə imzalanmışdı diqqtə alaraq, bunların başlanqıçında bəyan edilir:
"insanlar ancaq mədəni, siyasi, iqtisadi, fərhəngi və ictimai həqlərdən yararlanabildikləri zaman, özgür sayılabilirlər".

Birleşmiş Millətlər təşkilatının gənəl məclisinin18 Dəsambr 1992 ilinin "135-47 önərgəsi"ni diqqətə alaraq ki:
"Milli, etnik, din və dil azınlıqlarına bağlı olan fərdlərin həqləri" bildirisini təsvib etmişdir.

Avrupa şurasının bildiriləri və anlaşmaları, örnəğin 4 Novambr 1950 ilinin "insan həqləri və təməl özgürlükləri qorumaq üçün Avrupa anlaşması" (maddə 14),29 juen 1992 ilinin "Avrupa məclsinin vəzirlər şurası anlaşması" ki "məhəlli və ya azınlıqların dilini dəstəklmək üçün Avrupa anlaşmasını", təsvib etdi. "milli azınlıqlarla ilgili anlaşma" ki doquz oktobr 1993 ilində Avrupa şurasının zirvə toplantısında imzalandı və 1994 ilinin Novambrında "milli azınlıqları qorumaq üçün çərçevə anlaşması" nəzərə alınır.

Santiago de Compostelada uluslararası əncümən qələmin bildirisini və 15 Dəsambr 1993 ilinin "uluslararası əncümən qələmin tərcümə və dil həqləri komitəsi"nin dünya çapında bir dil həqləri konfransının oluşmasına dayir önərisi, nəzərə alınır.

Berzildə Recifedə doquz oktobr 1987 ilinin "kültürlərarası ilişkiləri gəlişdirmək üçün qurulan uluslararası qurumun on ikinci seminarı"nin Birləşmiş millətlər təşkilatına verdiği bu önərgəyi dilqqtə alaraq ki uluslararası dil həqləri bildirisinin təsvibi və düzeltilməsi üçün gərəkən adımların atlması gərəklidir.

26 juen 1989 ilinin "uluslararası iş sazimanının 169 anlaşması"na dayanaraq ki bağımsız ölkələrdəki yerli və qəbilə insanlarıyla ilgilidir.

May 1990 ilinin Barselonada "insanların cəmi həqlərinin uluslararası bildirisi" yanı bütün insanların buna həqləri var ki öz kültürlərinin, dillərinin və orqanizasiyonlarının qurallarını qullansın və gəlişdirsin və buna ulaşmaq üçün fərqli siyasi çərçevələr içində öz siyasi, təlim və tərbiyəti və xəbərleşmə təşəkküllərini qurmalılar, nəzərə alınır.

16 Agust 1991 ilində Məcaristanda "uluslararası modern dil öğrətmənləri federasiyonunun gənəl məclisi" nin tərəfindən qəbul olunan son bildiri ki dil həqlərinin bir fərdin təməl həqlərindən sayılması gərəktiğini vurqulur, nəzərə alınır.

"Birleşmiş Millətlər təşkilatının insan həqləri komisiyonunun iqtisadi və insani şurası"nın 20 april 1994 ilindəki raporu ki "yerli xəlqlərin həqləri"ilə ilgilidir və fərdi həqləri cəmi həqlər ışığında görür, nəzərə alınır.

"Amerika dövlətləri-arası insan həqləri bildirisi ki yerli xəlqlərin həqqi" moredindədir və18 Septambr 1995 ilində 1278 inci cələsədə təsvib oldu, diqqətə alınır.

Dünyadakı təhlikə altındakı dillərin bir çoğu öz milli hakimiyyətlərindən yoqsun bıraxılan xəlqlərə aiddir. Bu dillərin gəlişməsinin önlənməsi və başqa dillərin onların yerinə geçməsinin nədəni budur ki bu xəlqlər öz qədərlərinə hakim deyillər və dövlətlər zorla hakim dilləri, siyasi və idari yapılarını onlara təhmil etmişlər.

Nəzərə alınaraq ki istila, sömürgə, işqal və başqa siyasi, ictimai və iqtisadi bağımlılıq gənəlliklə bir xarici dilin zorla qəbul etdirilməsinə vəya ən azından dillərin dəyərlərini itirmələrinə və dil hiyerarşisinin yaranmasına səbəb olur ki bu da o dillərə qonuşanların dillərinə olan bağlılıqlarını etkilir.

Diqqətə alınaraq ki öz milli hakimiyyətlərini yeni qazanan bəzi xəlqlər eski siyasətin sonucunda, sömürgə dövlətlərin dilini tərcih verib öz dillərinin yerinə onların dilini mənimsəmişlər.

Diqqətə alınaraq ki evrənsəllik (cəhani olmaq), dil və kültürəl fərqliliklərinin əsasında olub, homojenləşdirmə və ayırma hərəkətlərinə üstün gəlməlidir.

Nəzərə alınaraq ki dil topluluğları arasında, barış içində bərabər yaşamayı qarantiləmək üçün qapsamlı prənsiplər düşünülməli və bu bütün dillərin gəlişməsini, sayqı görməsini, yaşamın özəl və umumi sahalarında qullanılmasını təzmin etməlidir.

Dilqqtə alınır ki dil-dışı mahiyəti olan faktorlar(tarixi, siyasi, bölgəsəl, dəmografik, iqtisadi, sosyo-kültürəl, sosyo-linguistik və cəmi tutumlara mərbut olanlar) bəzi sorunlara yol açmaqdalar, örnəğin bir çox dilin haşiyəyə sürülüb və aradan gitməsinə səbəb olurlar. Bütün durumlarda geçərli çözümlərin(rah həll) bulunması üçün dil həqləri geniş bir ortamda incələnməlidir.

Buna inanaraq ki dil dəngəsizliklərini düzəltmək, bütün dillərin gəlişməsini və sayqıyla qarşılanmasını qarantiləmək, bütün dünyada harmonik ictimai ilişkilərin qorunması, eşit və adil dil barışı prənsiplərinin qurulması üçün bir uluslararası dil həqləri bildirisi gərəklidir.

Bu vəsilə ilə bəyan olunur ki :
Önsöz
Hər dilin durumu bəlli bir ortamda geniş sayıda siyasi, huquqi, ideolojik , tarixi, demografik, bölgəsəl, iqtisadi və ictimai, kültürəl, dilsəl, sosyo-dilcilik, dillərarası və şəxsi təbiətlər kimi faktorların birleşimi və birbirini etkiləməsiylə ortaya çıxar.

Hələlik bu faktorlar belə anlatılır:

1-Dövlətlərin çoğunun eski təmayülü ki fərqlilikləri azaldıb, kültürəl və dil çoğluğunun əleyhinə olan düşüncələri təşviq etməkdələr.

2- Bütün dünyada bir iqtisad və beləliklə bilgi, xəbərleşmə və kültür anlayışına təmayül ki dil qurumlarının iç-birlikdəliklərini qarantiliyən qarşılıqlı ilişkiləri yox etməkde.

3-Millətlər-üstü iqtisadi quruhların ortaya qoyduğu iqtisadi gəlişmə modeli ki düzənsizliği gəlişməylə, rəqabətə dayanan fərdiyətçiliği özgürlüklə tanımlır və bu vəsiləylə ciddi iqtisadi, ictimai, kültürəl və dil eşitsizliklərin ortaya çıxmasına səbəb olur.

4-Dil topluluğlarının yaşamı təhdid altındadır, çünkü özlərini idarə etmə həqqindən yoqsun bıraxılmışlar, qısıtlı sayıda insanları var, üyələri coğrafi baxımından təmamən və ya qismən dağınıq şəkildə yaşırlar, iqtisadları çökməkde, dilləri kodlaşmamış, kültürəl modelləri hakim kültürünə təmamən qarşıdır. Bu model bir çox dilin birarada yaşamasına və gəlişməsinə mane olur, bunu önləmək üçün aşağıdakı hədəflərin diqqətə alınması gərəkir:

a) Politik baxış açısından, dil fərqliliklərini orqanizə etmək amacıyla düşünülən yolun hədəfi, dil topluluğlarının bu yeni gəlişmə modelində etkili qatılımı, olmalıdır.

b) Kültüərl baxış açısından, gəlişmə mərhələsində bütün dünyadakı xəbərleşmə ortamını insanların, dil topluluğların və fərdlərin eşit qatılımıyla uyqunlaşdırma hədəfi.

c) İqtisadi baxış açısından, hərəksin qatılımına, topluluğların ekolojik dəngəsinə, bütün dillərin və kültürlərin arasındakı eşit ilişkiyə dayanan bir gəlişmə modelini ortaya çıxarma hədəfi.

Bütün bu səbəblərə görə, bu bildiri dövlətləri deyil, dil topluluğlarını çıxış noqtası olaraq görür və ancaq uluslararası qurumların, bütün insanlara eşit şəkildə sağlanabilən bir gəlişməyi qarantilmək yolundakı çalışmalarını gücləndirdiği çerçevede incelenmeli. Bu nədənlərə görə, təməli sayqı, uyumlu birlikdəlik və qarşılıqlı mənfəətə dayan bir politik yapının təşviqi hədəflənir.

Ön başlıq:
Anlamlar

Maddə1
1- Bu bildiri dil topluluğlarını belə tanımlayır: "bütün insani topluluğlar ki bəlli bir zamanda bəlli bir yerdə, (buna baxmayaraq ki bu yer rəsmiyətə tanınır ya tanınmayır) qurulub, özlərini bir xəlq olaraq tanımlayıb, üyələri ortaq bir dildə qonuşub və bu dil onların kültürəl, xəbərleşmə və birlikdə yaşamalarının vəsiləsi olmüşdür. Bir "bölgənin dili" terimi bir dilə itlaq olunur ki bəlli bir tarixi sürəçdə o bölgədə oluşmuşdur.

2-Bu bildirinin çıxış noqtası bu prənsibə dayanır ki dil həqləri aynı zamanda həm fərdi və həm cəmilər. Dil həqlərinin tam anlatımında, mərcə olaraq bir tarixi dil topluluğunu öz bölgəsində ki əlbəttə bu bölgəni yalnız bir coğrafi saha olaraq deyil, dilin tam gəlişməsi üçün önəmli olan bir sosyal və işləvsəl ortam olaraq görür, qullanır. Yalnız bu çərçevədə baxınca bu bildirinin beşinci maddəsində adı geçən, dil quruplarının və topluluğlarının dışında yaşayan fərdlərin həqlərini dərəcələnmə vəya dəvamlılıq əsasında anlatmaq mümkündür.

3-Bu bildirinin hədəfinə görə aşağıdakı durumlarda olan qurupların da öz bölgələrində yaşadıqları və bir dil topluluğuna bağlı olduqları sayılır:

1-Siyasi və ya idari sınırlara görə öz topluluğlarından ayrıldıqları zaman.

2-Tarixi olaraq başqa dil topluluğlarının üyələri tərəfindən çevrələndiği küçük bir coğrafi bölgədə yaşadıqları zaman.

3-Yaşadıqları bir coğrafı bölgəni, orada yaşayan və bənzər tarixi geçmişləri olan başqa dil topluluğlarının üyələriylə paylaşdıqları zaman.

4-Bu bildiri aynı zamanda göçmənləri göç bölgələrində, və coğrafi olaraq dağınıq yerleşim məntəqələrində yerləşən xəlqləri öz tarixi bölgələrində bir dil topluluğu olaraq görür.

5-Bu bildiri dil quruplarını belə anlatır:

Başqa bir dil topluluğunun bölgəsində oluşub, aynı dildə danışan, ama topluluğun sahib olduğunu tarixi geçmişə sahib olmayan insan qurupları, dil qurupları olaraq tanınır. Buna örnək olaraq göçmən, sığınmacı, və diyasporada və diport olunan insanları sayabilirik.

Maddə2
1-Bu bildiri e`lam etməkde ki bəlli bir bölgəni paylaşan fərqli dil topluluğları və qurupları bu bildiridə bəlirtilən bütün həqlərdən, qarşılıqlı sayqı çərçevəsində yararlanmalı və aralarındakı ilişkilər demokrasinin uyqulanmasını ən geniş şəkliylə mümkün qılan əsasda oləmalıdır.

2-Yetərli bir sosyo-linguistik dəngə qurmaq istərkən, yani dil topluluğların həqləriylə, qurupların və onlara bağlı olan fərdlərin arasında uyqun bir ilişki qurmaq üçün, bölgələrindəki tarixi geçmiş və dəmokratik istəkləri yanında çeşitli faktorlara da diqqət etməliyik . Bu faktorlar mühacirətin icbari mahiyətini şamil olur ki fərqli topluluğların və qurupların birarada yaşamalarına və onların siyasi, ictimai-iqtisadi və kültürel zərər görmələrinə yol açabilir. Bu dəngəni qurmaq üçün bəlli onarıcı davranışlara ihtiyac var.

Maddə3
1-Bu bildiri aşağıda sayılan həqləri danılamayan insani həqlərden olduqlarını və bütün durumlarda uyqulnmaları gərəkdiğini vurgulur:

- Bir dil topluluğunun rəsmi üyəsi olma həqqi
- Xususi və umumi olaraq öz ana dilini qullanma həqqi
- Öz adını qullanma həqqi
- Öz dil topluluğunun üyələriylə ilişkidə və birlikdə olma həqqi
- Öz kültürünü qoruma və gəlişdirmə həqqi
- Və dillə ilgili bütün həqlər ki 16 Dəsambr 1966 ilində "uluslararası sivil və siyasi həqlər anlaşmasında" və aynı tarixdəki "uluslararası iqtisadi, ictimai və kültürəl həqlər anlaşmasında" rəsmi tanınmışdır.

2- Bu bildiri qəbul etməkde ki dil quruplarının cəmi həqləri, dil quruplarının üyələrinə öncəki paraqrafda və maddə2.2 nin qoşullarına uyqun tanınan həqlər dışında, aşağıda sayılan həqləridə qapsır:

- Dil quruplarının dillərini və kültürlərini öğrətmə həqqi
- Dil quruplarının kültürəl sərvislərdən yararlanma həqqi
- Eşit bir şəkildə dillərinin və kültürlərinin medyada təmsil olma həqqi
- Dövlət və ictmai iqtisadi sazimanlar tərəfindən öz dillərində sayqı görmə və diqqətə alınma həqqi

3-Öncədən sayılan fərdlərin və dil quruplarının həqləri, bunların qonaqçı toplumla ilişkilərinin vəya birlikdəliklərinin önlənməsinə və qonaqç toplumun və üyələrinin öz bölgələrində, öz dillərini qullanmalarının qısıtlanmasına səbəb olamaz.

Maddə4
1-Bu bildiri bəyan etməkde ki göçüb, başqa bir dil topluluğunun bölgəsində yerləşən insanların yeni topluluğla bütünleşmə həqləri və vəzifələri vardır. Burada bu anlaşılır ki bu fərdlər taza toplumla yaxcı ilişkilərə girmək üçün, bir tərəfdən öz kültürəl karaktərlərini qoruyub, o bir tərəfdən də yerleşdikləri bölgənin dəyərlərini və davranışlarını mənimsəməlilər ve bu onlara çox çətinlik çəkmədən qonaqçı toplumun insanlarıyla yaxcı ictmai ilişkilərdə olmalarına yardımcı olur.

2-Başqa bir tərəfdən, bu bildiri e`lam etməkde ki qonaqçı toplumun kültürünü qəbul etmək anlamına gələn asimilasiyon, o şəkildə ki əsli kültürəl özəlliklərin yerini qonaqçı toplumun dəyərərləri və davranış formları alır, kəsinliklə zor və icbarla olmamalı və təmamən özgür seçim sonucunda olmalıdır.

Maddə5
Bu bildirinin dayandığı prənsip, bütün dil topluluğlarının eşit həqlərə sahib olduqları və dillərinin siyasi və huquqi durumundan, yəni rəsmi, məhəlli və azınlıq olub olmadıqlarından müstəqil olduqlarıdır.
Məhəlli və azınlıq kimi terimlər bu bildiridə qullanılmamışdır, gərçi bəzi örnəklərdə məhəlli və azınlıq dillərin tanınması, bəlli həqlərin uyqulanmasına daha çox imkan verməkdə, ama gənəlliklə bunun kimi tanıtımlar dil topluluğlarının həqlərini qısıtlamaqda.

Maddə6
Bu bildiri e`lam etməkde ki bir dil, dövlətin rəsmi dili olduğu üçün və ya bir bölgədə gələnksəl idari hədəflər və bəlli kültürəl fəaliyyətlərdə qullanıldığı nədəniylə o bölgənin dili sayılamaz.

Birinci ünvan:
Gənəl prənsiplər

Maddə7
1-Bütün dillər, bir cəmi hüviyyetin ifadəsi olub, gərçəği anlamanın ve anlatmanın ayrı yollarılar. Bu yüzdən də onların gəlişməsi üçün bütün sahalarda gərəkən qoşulların var olması gərəkir.

2-Bütün dillər cəmi şəkildə oluşmuş və toplumda fərdi istifadə üçün, hüviyyətin, birləşmənin, xəbərleşmənin və yaradıcılığın ifadə olunmasının bir vəsiləsi olaraq hərkəs tərəfindən qullanılabilir.

Maddə 8
1-Bütün dil topluluğları toplumdakı bütün sahalarda dillərinin qullanılmasını qarantiləmək üçün öz qaynaqlarını orqanizə və idarə etmə həqqinə sahiblər.

2-Bütün dil topluluğları dillərinin yayılması və dəvamlılığı üçün gərəkən bütün məlzəməyə hakim olma həqqinə sahiblər.

Maddə 9
Bütün dil topluluğları, bir müdaxilə və zor olmadan, öz dil sistemlərini kodlaştırma, istandardlaştırma, qoruma, gəlişdirmə və ilərlətmə həqlərinə sahiblər.

Maddə10
1-Bütün dil topluluğları eşit həqqə sahiblər.

2-Bu bildiri e`lam etməkde ki dil əleyhinə olan hiç bir eşitsizliğe izin verilməmişdir. İstər bunlar siyasi hakimiyyət dərəcəsinin əsasında, onların ictimai, iqtisadi və ya dillərin kodlaşma dərəcəsi, modərnleşmə və ya geri qalma dərəcəsi əsasında olsun, fərq etməz məhkumdur.

3-Bu eşitlilik prənsipinin yerinə gətirilməsi və onun etkili olması üçün bütün gərəkən adımların atılması gərəkir.

Maddə11
Bütün dil topluluğları bu bildiridə tanınan həqlərin uyqulanmasını qarantiləmək üçün, dillərinin başqa dillərə çevirilməsi və başqa dillərin onların dillərinə çevirilməsi üçün gərəkən bütün imkanlara sahib olmalılar.

Maddə12
1-Hərəks umumi mühitlərdə bütün çalışmalarını öz dilində yürütmə həqqinə sahibdir, ama bu qoşul da eklənmişdir ki bu dil onun yaşadığı bölgənin dili olmalıdır.

2-Hərəks öz dilini şəxsi mühitlərdə və ailə içində qullanma həqqinə sahibdir.

Maddə13
1-Hərəks yaşadığı bölgənin dili həqqində bilgi alma həqqinə sahibdir.

2-Hərəks bir neçə dili bilmə həqqinə və bu bildiridə topluluğun dilinin umumi istifadəsini təzmin edən əsaslara ön yarqısız, öz şəxsi və ictimai gəlişməsi və ilərləməsi üçün ən uyqun dilləri öyrənmə həqqinə sahibdir.

Maddə14
Bu bildirinin hükümləri o şəkildə yorumlanamaz və qullanılamaz ki bir dilin iç və ya uluslararası durumunun ortaya çıxardığı qurallara və uyqulamalara ki o dilin öz bölgəsində qullanılmasına daha uyqunlar,zərər versin.

İkinci başlıq:
Qapsamlı dil rejimi
Birinci bölüm
Dövləti idarələr və rəsmi orqanlar

Maddə15
1-Bütün dil topluluğları öz bölgələrində öz dillərini rəsmi şəkildə qullanma həqqinə sahiblər.

2-Bütün dil topluluğlarının bölgələrinin dilində olan huquqi və idari, dövləti və xususi sənədlərinin və rəsmi qayıdlarının mötəbər və geçərli tanınmaları gərəkir. kimsənin bu dili göz ardı etməyə həqqi yoxdur.

Maddə16
Bütün dil topluluğlarının, öz dillərində dövlət adamlarıyla rabitə qurub dillərinə qarşı onlardan təvəccüh və sayqı görmə həqqinə sahiblər. Bu həqq əlbəttə mərkəzi, bölgəsəl, məhəlli və bölgələr üstü bölünmələrə ki dilin aid olduğu bölgəyə şamil olurlar uyqulanmaqdadır.

Maddə 17
1-Bütün dil topluluğlarının, dilin aid olduğu bölgəyə mərbut olan bütün rəsmi sənədlərə öz dillərində ulaşmaya həqləri var, buna baxmayaraq ki bu sənədlər çap ulunmuşdur, maşın təriqindən oxunur və ya başqa formdadır.

2-İstandard idari sənədlər və formlar istər çap olunmuş olsun, maşında oxunur olsun, və ya başqa formda, bütün dillərə hazırlanmalı, bütün dil bölgələrində insanlara açıq və onlara ulaşılır olmalı və bu xidmət dövləti məqamlar tərəfindən bütün dillərin aid olduğu bölgələri qapsamalı.

Maddə18
1-Bütün dil topluluğlarının qanunları və onlara mərbut olan başqa qanuni tədarükat öz bölgələrinin dilində olmalıdır.

2-Öz hakimiyyət bölgələrində birdən çox tarixi dilləri olan dövlət məqamları yetki sahalarında bütün qanunları və müqərrəratı bu dillərin hamısında yayınlamalı, istər o dillərə qonuşanlar başqa dilləri anlasın və ya anlamasın.

Maddə19
1-Bütün təmsilci məclislərin rəsmi dilləri, təmsilcilərin təmsil etdiği bölgənin dilində olmalıdır.

2-Bu həqq aynı şəkildə o topluluğların dillərinə uyqulanır ki coğrafi baxımdan dağınıq bölgələrdə oluşmuşlar. Buna birinci maddənin dördüncü paraqrafında işarə olunub.

Maddə20
1-Hərkəsin həqqi vardır ki bir bölgədə qonuşulan tarixi dili, yazılı və sözlü şəkildə, o bölgələrdəki məhkəmələrdə qullansın. Məhkəmələr daxili işlərində o bölgənin dilini qullanmalılar. Ölkədəki huquqi sistemə görə muhakimənin idamə tapması başqa bir yerdə gərəkirsə, əsli dilin qullanılması dəvam etməlidir.

2-Hərəks bütün durumlarda anladığı və qonuşduğu dildə muhakmə olma və bir məccanı mütərcimin xidmətindən yararlanma həqqinə sahibdir.

Maddə21
Bütün dil topluluğları bəlgə və sənədlərini öz bölgələrinin dilində rəsmi şəkildə səbt etdirmə həqqinə sahiblər.

Maddə22
Bütün dil topluluğları, notər tərəfindən və ya rəsmi dövlət mamurları tərəfindən bəlgələnmiş sənədlərini notərlər və dövlət məmurlarının xidmət etdiği bölgənin dilində düzənləmə həqqine sahiblər.


İkinci bölüm:
Təlim və tərbiyət

Maddə23
1-Təlim və tərbiyət, uyqulandığı bölgədəki dil topluluğunun dilsəl və kültürəl özünü ifadə etmə becərisinin təşviq edilməsinə yardım etməlidir.

2-Təlim və tərbiyət, uyqulandığı bölgədə dil topluluğunda danışılan dilin gəlişməsinə və qorunmasına yardım etməlidir.

3-Təlim və tərbiyət, kültür və dil fərqliliklərinin xidmətində olub, bütün dünyada fərqli dil topluluğlarının arasında uyumlu bir ilişkinin oluşmasına yardım etməlidir.

4-Adı geçən öncəki prənsiplərin çərçevəsində hərəks hər dili öğrənmə həqqinə sahibdir.

Maddə 24
Bütün dil topluluğları yaşadıqları bölgədə təlim tərbiyətin bütün aşamalarında, mədrəsədən öncə, ibtidayi, orta, məsləki və fənni, universitədə və yetişkinlərdə dillərinin nə dərəcədə rabit bir dil və araşdırma qonusu olacağına təsmim tutma həqqinə sahibdir.

Maddə 25
Bütün dil topluluğları öz bölgələrində, bütün təlim və tərbiyət aşamalarında dillərinin qullanılmasını sağlamaq üçün bütün gərəkən insani və maddi qaynaqlara örnəğin: təlim görünmüş öğretmenlər,uyqun təlim və tərbiyət mətodları, dərs kətabları, malı qaynaqlar, binalar və təchizat, gələnksəl və modərn teknolojiyə sahib olmalılar.

Maddə26
Bütün dil topluluğların üyələri, dillərinə tam hakim olma qabiliyyətini sağlayan təlim tərbiyəti alma həqqinə sahiblər. Bu, bütün sahalarda dilin qullanılmasına mərbut olan fərqli becərilər və aynı şəkildə öğrənmək istədikləri başqa dillərə ən geniş şəkliylə hakim olma qabiliyyətini də şamil olur.

Maddə27
Bütün dil topluluğların üyələri kültürəl gələnkləriylə ilgili olan dillər həqqində bilgi sağlayan təlim tərbiyətə sahib olmaya həqləri var.Örnəyin: öncədən o topluluğun yayqın dili olan ədəbi və ya müqəddəs dilləri öğrənmə həqqi.
məmməmməmməməm2məməm7maddə27məm
Maddə28
Bütün dil topluluğların üyələri öz kültürəl mirasları həqqində gərəkən bilgiyi (tarix, coğərafı, ədəbiyat, və kültürlərinin başqa göstərgələri həqqində)sağlayan təlim və tərbiyətə sahib olmaya həqləri var. Aynı şəkildə bu təlim tərbiyət onlara öğrənmək istdikləri başqa kültürlər həqqində ən geniş bilgiyi sağlayabilməli.

Maddə29
1-Hərəks öz yaşadığı bölgənin dilində təlim və tərbiyət alma həqqinə sahibdir.

2-Bu həqq, başqa dil topluluğlarla ilişki qurmaq amacyıla, yazılı və sözlü olaraq dillərinin öğrənilməsini qısıtlamaz.

Maddə30
Bütün dil topluluğlarının dili və kültürü universitə seviyəsində öğrənmə və araşdırma qonusu olmalı.

Üçüncü bölüm:
Şəxsi adlar

Maddə31
Bütün dil topluluğları öz ad sistemlərini bütün mühitlərdə və durumlarda qoruma və qullanma həqqinə sahiblər.

Maddə32
1-Bütün dil topluluğları bölgələrinin dilində yer adlarını yazılı və sözlü olaraq şəxsi, umumi və idari mühitlərdə qullanma həqqinə sahiblər.

2-Bütün dil topluluğları qədimi yerlərin adlarını təsbit etmə, düzəltmə və qoruma həqqinə sahiblər. Bu yerlərin adı ixtiyari şəkildə məhv olunamaz, təhrif olunamaz, bozulamaz və hətta əgər siyasi sistemdə və ya hər hangı bir formda bir diyişiklik olursa bu adlar dəyiştiriləməz.

Maddə33
-Bütün dil topluluğları özlərini öz dillərindəki adla adlandırma həqqinə sahiblər. Başqa dillərə tərcümə edərkən hər hangı bir həqarət və bəlirsizliğin önü alınmalı.

Maddə34
Hərəks öz adını bütün mühitlərdə öz dilində qullanma həqqinə sahibdir. Aynı şəkildə gərəkən durumlarda, başqa yazı sistemində dilinin fonitik uyarlanmasına ən dəqiq şəkliylə diqqət etməli.

Dördüncü bölüm:
Xəbərleşmə aracları və yeni teknoloji

Maddə35
Bütün dil topluluğları dillərinin öz bölgələrindəki xəbərleşmə araclarında təmsil olma dərəcəsi həqqində, yayım metodları və intiqal olma şəklinə baxmadan təsmim tutma həqqinə sahibdir, fərq etməz istər bu məhəlli və ya gələnksəl medya olsun, geniş ufuqlu və ya modərn teknolojiyə sahib bir medya olsun.

Maddə36
Bütün dil topluluğları xəbərleşmə araclarında, istədikləri dərəcədə dillərinin huzurunu və kültürəl olaraq özlərini ifadə edəbiləcəklərini qarantı edən maddi və insani qaynaqlara, yəni yaxcı təlim və tərbiyətli personel, mali qaynaklara, təchizat və bina, gələnksəl və modərn teknolojiyə sahib olmaya həqləri var.

Maddə37
Bütün dil topluluğları xəbərleşmə araclarının vəsiləsiylə öz kültürəl mirasları həqqində tam bilgi(tarix, coğərafı, ədəbiyat və kültürlərinin başqa göstərgələri həqqində) edinmə və aynı şəkildə üyələrinin öğrənmək istədiği başqa kültürlər həqqində də istədikləri qədər bilgi alma həqqinə sahiblər.

Maddə38
Bütün dil topluluğlarının dili və kültürü bütün dünyada xəbərleşmə araclarında eşit və təbizsiz muamilə görməli.

Maddə39
Bu bildirinin birinci maddəsinin üçüncü və dördüncü paraqraflarında anlatılan topluluğlara, və aynı maddənin beşinci paraqrafında adları geçən quruplara dillərinin yerləşdikləri və ya göçdükləri bölgədəki xəbərleşmə araclarında eşit şəkildə təmsil olunma həqqinə sahiblər. Bu həqq o bölgədə yaşayan başqa dil quruplarının və topluluğlarının həqləri ilə uyumlu bir şəkildə uyqulanmalıdır.

Maddə40
Bilgi teknolojisi sahasında bütün dil topluluğları, dil sistemlərinə uyan təchizata və dillərindəki alət və ürünlərə sahib olmalılar. Beləki bu teknolojilərin sağladığı bütün potansiyel imtiyazlardan: özlərini ifadə edəbilmək, təlim və tərbiyət, xəbərleşmə, yayın, tərcümə, bilgi işləm və gənəl olaraq kültürlərini təbliğ etmək üçün bütün imkanlardan yararlanabilməlilər.

Beşinci bölüm:
Kültür
Maddə41
1-Bütün dil topluluğları bütün kültürəl ifadə şəkillərində öz dillərini qullanma, qoruma və təşviq etmə həqqinə sahiblər.

2-Bütün dil topluluğları bu həqqi bölgələrinin yabancı bir kültürün işğalına məruz qallmadan tam anlamıyla uyqulamalılar.

Maddə42
Bütün dil topluluğları öz kültürəl mühitlərində tam gəlişmə və ilərləmə həqqinə sahiblər.

Maddə43
Bütün dil topluluğları öz dillərində yaranan əsərlərə sahib olmaya həqləri var.

Maddə44
Bütün dil topluluğları yetərli bilgi dağıtım aracı ilə kültürlərarası proqramlara ulaşma həqqinə və yabancılara dili öğrətmə, tərcümə, dublaj, post sinkrunizasiyon və alt yazı kimi çalışmaları dəstəklmə həqqinə sahiblər.

Maddə45
Bütün dil topluluğlarının dili, kültürəl olaylar və sərvislərdə önəmli bir yer(kitabxana,video klubları, sinema, tiyatro, muzə, arşivlərdə, folklorda, kültürəl sənətlərdə və başqa kültürəl yaşamın göstərgələrində) almalıdır.
məm29maddə46m
Maddə46
Bütün dil topluluğları öz kültürəl və dil miraslarını, yəni sənədlər topluluğu, sanat və mimarlıq, tarixi binalar və öz dillərindəki yazılar kimi maddi göstərgələrini, qoruma həqqinə sahiblər.

Altıncı bölüm:
İqtisadi-ictimai saha

Maddə47
Bütün dil topluluğları öz bölgələrində bütün ictimai-iqtisadi çalışmalarda öz dillərini qurma həqqinə sahiblər.

2-Dil topluluğlarının üyələri məsləki çalışmalarını yerinə gətirmək üçün bütün gərəkən məlzəməyə, örnəğin sənədlərə, mərcə işlərinə, dəsturüləməllərə, formlara, kompiyoter təchizatına, vəsile və urunlərə öz dillərində ulaşabilmə həqqinə sahiblər.

3-Bu sahada başqa dillərin qullanımı tək bu qoşulla lazim olabilir ki gurulan məsləkin təbiəti o dilin öğrənilməsini gərəktirsin. Hiç bir şəkildə yeni ortaya çıxan dil o bölgənin öz dilinin önəm və yerini indirəməz və onun yerinə geçəməz.

Maddə48
1-Öz dil topluluğunun bölgəsində hərəks öz dilini tam qanuni itibarla hər çeşid iqtisadi muamilələrdə, örnəğin sərvis və əşya alım satımında, bank işlərində, bimədə, iş qərardadlarında və başqa işlərdə qullanma həqqinə sahibdir.

2-Bu şəxsi işləmlərdə hiç bir qanun bölgənin dilinin qullanılmasını qısıtlayıb və ya yasaqlayamaz.

3-Dil topluluğunda hər kəs yuxarıda adı geçən işləmlər üçün öz dilində gərəkən sənədlərə ulaşma həqqinə sahibdir. O sənəd örnəkləri: formlar, çəklər, qərardadlar, rəsidlər, qəbzlər, nusxələr və sifarişlərlər.

Maddə49
Öz dil topluluğunda hər kəs hər çeşid ictimai-iqtisadi orqanizasiyonlarda, örnəğin: ittihadiyələr və işçi səndikalarında, iş əncümənlərində, ticari və əsnaf dərnəklərində, öz dillərini qullanma həqqinə sahibdir.

Maddə50
1-Bütün dil topluluğlarının dilləri təbliğatlarda, tablolarda, postərlərdə, və bir bütün olaraq ölkənin imajında önəmli bir yer alma həqqinə sahibdir.

2-Dil topluluğunun bölgəsində hər kəs, ticarəti müesesələr tərəfindən sunulan məhsullar və sərvislər həqqindəki bilgiləri, örnəğin: qullanma qılavuzu,etikət, içindəkilərin listəsi, təbliğat, qaranti bəlgələri kimi yazılı və şəfahi bilgiləri öz dilində alma həqqinə sahibdir.

3-İnsanların sağlığını etkiliyən umumi işarətlər başqa dillərinkindən daha aşağı deyilsə ən azından bölgənin öz dilində olmalıdır.

Maddə51
1-Hərəks, şirkətlər, ticari və şəxsi qurumlarla rabitəsini bölgəsinin dilində qurma və aynı dildə də onlardan sərvis və cəvab alma həqqinə sahibdir.

2-Hərəks bir müştəri, tükətici və alıcı, olaraq umuma açıq dən öz dilində şəfahi və yazılı bilgi alma həqqinə sahibdir.

Maddə52
Hərəks öz məsləki çalışmalarını bölgəsinin dilində yürütmə həqqinə sahibdir, məgərki işinin təbiəti başqa dillərin qullanılmasını gərəktirsin. örnəğin: dil müəlimləri, tərcümanların, turist rəhbərlərinin işləri.

İlavə mülahizələr:
Birinci
Dövlət məqamları bu bildiridə səbt olunan bütün həqlərin qanuni sahalarda yerinə gətirilmələri üçün gərəkən təşəbbüslerde bulunmalılar. Özəlliklə maddi qaynaqları az olan topluluğların dil həqlərinin uyqulanmasını təşviq etmək üçün, uluslararası maddi qaynaqlar sağlanmalı. Beləliklə fərqli topluluğların dilinin kodlaşması, tərcümə olunması, öğrətilməsi və idarələrdə qullanılmasi üçün dövlət məqamları tərəfindən gərəkən dəstəğin sağlanması gərəkir.

İkinci
Dövlət məqamları gərəkən rəsmi müəsisələrin, orqanizasiyonların və ilgili insanların bu bildiridə ilam olunan həqlərdən və ilgili vəzifələrdən xəbərdar olmalarını sağlamalı.

Üçüncü
Dövlət məqamları hakim yasama sistemi içində bu bildiridə bulunan dil həqləri ilə ilgili hər bir ixlali cəzalandırmaq üçün cəzalar uyqulamalı.

Son mülahizələr:
Birinci
Bu bildiri Birləşmiş Millətlər təşkilatının bünyəsində bir "dil şurası"nın yaradılmasını önərir. Birləşmiş Millətlər təşkilatının gənəl əncüməni belə bir şuranın qurulmasına, onun vəzifələrinin tanıtılmasına, üyələrinin seçilməsinə, və bu bildiridə tanınan həqlərin uyqulanmasına, dil topluluğlarını qorumaq amacıyla, uluslararası qanunlarda bir qurumun yaradılmasına sorumludur.

İkinci
Bu bildiri qeyri rəsmi, müşavirəyə dayanan qeyri dövləti orqanların və dil qanunları ilə ilgili çalışan başqa orqanizasiyonların təmsilcilərindən oluşan bir "dil həqləri dünya komisiyonunun" yaradılmasını önərib və təşviq edir.

Barselona juen
1996

Uluslararası dil həqləri bildirisi

Ban Ki-mun: İnsan hüquqlarının tapdanması əxlaqi dəyərlərimizi korlamaqdadır

Ban Ki-mun: İnsan hüquqlarının tapdanması əxlaqi dəyərlərimizi korlamaqdadır


BMT Baş Katibi Ban Ki-mun 20 fevral – Ümumdünya Sosial Ədalət Günü münasibəti ilə müraciət qəbul edib.




Sənəddə deyilir ki, sosial ədalət millətlərin həm öz daxilində, həm də digər millətlərlə birgə dinc yanaşı yaşaması və inkişaf etməsi üçün zəmin yaradan ən ümdə prinsipdir. “Biz gender bərabərliyi, aborigen xalqların və ya mühacirlərin hüquqlarını irəli çəkərkən sosial ədalət prinsiplərinə söykənirik. Cinsi aidiyyəti, yaş həddi, irqi, etnik, dini, həmçinin, mədəni mənsubiyyəti və ya əlilliyi baxımından insanlar arasında yaranan maneələri aradan qaldırarkən biz məhz sosial ədaləti inkişaf etdirmiş oluruq.”

VOA- dan GAİP xəbər mərkəzinə daxil olan məlumata görə Baş katib bildirir ki, insan ləyaqətini və ümumi inkişafı irəli çəkmək məqsədilə hamı üçün sosial ədalət şəraitinin yaradılması Birləşmiş Millətlər Təşkilatının qlobal missiyasının əsasını təşkil edir. “Ötən il Beynəlxalq Əmək Təşkilatı tərəfindən Ədalətin Qloballaşması naminə Sosial Ədalət haqqında Bəyannamənin qəbul edilməsi ümumilikdə BMT sisteminin sosial ədalətə olan bağlılığının ən son zamanlara təsadüf edən bir nümunəsidir. Bəyannamə işəgötürmə, sosial müdafiə, sosial dialoq, iş yerində fundamental prinsip və hüquqların təminatı baxımından ədalətin təmin olunmasını ehtiva edir.”



Cənab Ban Ki-mun hesab edir ki, sosial ədalət hələ də bəşəriyyətin böyük bir hissəsi üçün əlçatmaz arzu olaraq qalması acınacaqlı haldır. “İfrat yoxsulluq, aclıq, ayrı-seçkilik və insan hüquqlarının tapdalanması əxlaqi dəyərlərimizi korlamaqdadır. Ümumdünya maliyyə böhranı bu mənfi halları bir qədər də ağırlaşdırır. Ümumbəşəri stabillik və inkişafa nail olmaq insanların münasib həyat şəraiti və bərabər imkanlarla təminatından asılıdır. Sosial ədalətin yoxluğu hamımız üçün təhqir hesab olunmalıdır. Ümumdünya Sosial Ədalət Gününün bu ilk ildönümündə sizi sosial ədalət prinsipləri baxımından daşıdığımız məsuliyyəti və bu ədalətə nail olmaq üçün labüd olan strategiyalar və qaydalar toplusunu bir daha yada salmağa və yeniləşdirməyə çağırıram” – deyə baş katib qeyd edir.

Bu il, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2007-ci ildə elan etdiyi Ümumdünya Sosial Ədalət Günü ilk dəfə olaraq qeyd edilir.Bu günün qeyd edilməsində başlıca məqsəd bütün işimizdə rəhbər tutulması zəruri olan bir ünsür kimi sosial ədalətin əhəmiyyətini vurğulamaqdır.

Faxtə Zamani:Onlar iqtisadi, mədəni, dil və din sahələrində ayrı-seçkiliyə məruz qalırlar”

Faxtə Zamani:Onlar iqtisadi, mədəni, dil və din sahələrində ayrı-seçkiliyə məruz qalırlar”


Mərkəzi Kanadada yerləşən Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) direktoru Faxtə Zamani bildirib ki, İran repressiyaları gücləndirib: "2008-ci ildə vəziyyət pis idi.



2009-cu ilin başlanğıçından bəri azlıqlara qarşı təzyiqlər artıb. Azərbaycanlılara 2009-cu ilin başlanğıcındandan bəri son illərin ən sərt cəzaları tətbiq edilir".ADAPP-dan GAİPxəbər mərkəzinə daxil olan məlumata görə, Faxtə xanimin sözlərinə görə, Azərbaycan icması İran Konstitusiyasına əsasən, hüquqlarının təminat altına alınmasını istəyir: "Onlar əsas hüquqlarını tələb edir. Bu hüquqlardan biri də dildir. Onlar iqtisadi, mədəni, dil və din sahələrində ayrı-seçkiliyə məruz qalırlar."“Azərbaycanlılara son illərin ən sərt cəzaları tətbiq edilir"

Xocalı və Xocavənd faciələri

Xocalı və Xocavənd faciələri

1992-ci ilin fevralında ermənilərin azərbaycanlılara qarşı törətdikləri ən qanlı soyqırım aktları
1992-ci il fevralın 17-də Dağlıq Qarabağda yerləşən Ermənistan hərbi birləşmələri, eləcə də Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə Xocavənd rayonu işğal olundu. Bu işğaldan artıq 17 il keçir. Xocavəndin işğalına nail olan erməni və rus hərbi birləşmələri növbəti işğalı, həm də soyqırımı Xocalıda həyata keçirdilər. Şahidlərin dediyinə görə, ermənilər Xocavəndin işğalı zamanı soyqırım törədiblər. Sadəcə bu faktları zamanında bütün bünyaya çatdıra bilməmişik. Nə yazıqlar ki, bu və digər faciələrimizi yalnız ildönümlərdə xatırlayırıq, bundan artığını hələlik bacarmırıq. Uzaqbaşı ildönümlər yaxınlaşanda bir neçə kitablar nəşr etdirməklə işimizi yekunlaşdırırıq. Yəni ermənilərin bu günə kimi başımıza gətirdikləri müsibətləri olduğu kimi dünya ictimaiyyətinə çatdıra, bu yöndə əməli iş görə bilmirik.

Arzu Şirinova

(Başımıza gətirilən müsibətlərin müqabilində gördüyümüz işlər isə dəryadan bir damcıdır-red.) Biz yalnız Azərbaycanda özümüz deyib, özümüz də eşitməklə məşğuluq, bundan o yana gedə bilmirik. Ermənilər isə baş verməyən qondarma soyqırımlarını hər gün, hər saat yalan və şişirdilmiş informasiyalarla dünya ictimaiyyətinin beyninə yeridirlər. Çünki onlar qondarma soyqırımlarını təkcə uydurduqları tarixi gündə yad etmirlər, eyni zamanda hər gün olmayan tarixlərini bu və digər formada yada salırlar. Məsələn, Ermənistana gələn rəsmi və qeyri-rəsmi qonaqları İrəvanın mərkəzində ucaltdıqları qondarma soyqırım abidəsini ziyarət etmək üçün aparırlar. Qonaqları özlərinin guya ki, faciəylə üzləşdiklərini həm "soyqırım" abidəsi, həm də uydurduqları tarixdən hazırladıqları kitablar vasitəsilə inandırırlar. Məhz elə bunun nəticəsidir ki, ötən il Azərbaycanda səfərdə olan Beynəlxalq Avropa Hərəkatının baş katibi Henrik Kröner hansı ölkənin-Azərbaycanın, yoxsa Ermənistanın işğalçı ölkə olduğunu hələ də bilmədiyini söyləyirdi. Bu faktla birinci dəfə deyil ki, qarşılaşırıq. Vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupu hmsədrləri belə, Ermənistanı işğalçı dövlət kimi tanıdıqlarını bildirmirlər. Və hər dəfə Dağlıq Qarabağ probleminin həlliylə bağlı keçirilən danışıqlar zamanı işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanı eyniləşdirirlər. Və hər ikisinin güzəştə getməsini məqbul sayırlar.
İstər Xocalı, istər Xocavənd, istərsə də digər faciələrimiz tarixi və bədii kitablarda, rəsm əsərlərində öz əksini layiqincə tapmayıb. Düzdür bəzi istisnaları çıxmaq şərtilə, hələ də bu istiqamətdə nə tutarlı tarixi və bədii kitablara, nə də incəsənət nümunələrinə rast gəlməmişik.

Xocavənd soyqırımı

Ərazisi alçaq dağlıq və düzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 145647 hektardır. Rayon 2 şəhər tipli qəsəbə və 38 kənddən ibarətdir: Qaradağlı, Xocavənd, Ömrallar, Muğanlı, Kuropatkin, Tuğ, Naxulu, Salaketin, Günəşli, Xətai, Dağ yamaclarına səpələnmiş beş-on Qarabağ obası, Tuğ kəndi və s. Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə - tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənub-şərqində yerləşir. İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib.
Yuxarıda qeyd etdiyimiz kimi Dağlıq Qarabağda yerləşən Ermənistan hərbi birləşmələri, Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevral ayının 15-dən başlayaraq, rayonunun azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücuma keçirlər. İki gün çəkən döyüşdən sonra mühasirəni qıran ermənilər fevralın 17-də kəndi işğal edirlər. İşğal zamanı Qaradağlı kəndi tamamilə dağıdılır, dinc, əliyalın, günahsız əhaliyə, uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulur. Qaradağlıdan girov götürülən 117 nəfər kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub. Şahidlərin sözlərinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onların bəzilərinin başları kəsilib.

Xocalı soyqırımı

Erməni və rus hərbi birləşmələri Xocavəndin işğalından sonra Xocalıda soyqırım planını həyata keçirməyə qərar verirlər. Eyni zamanda erməni cəlladları Sumqayıtda törətdikləri qətillərin dördüncü ildönümündə Xocalı soyqırımını törədirlər. Hələ 1991-ci ilin oktyabrından etibarən Xocalı ilə avtomobil əlaqəsi demək olar ki, kəsilib. Həmin vaxtdan etibarən şəhərlə əlaqə, ancaq vertolyotların köməyi ilə saxlanılıb. 1992-ci il yanvarın 2-də isə
şəhərdə elektrik xətti də kəsilib. Qeyd edək ki, son dəfə Xocalıya 1992-ci il fevralın 13-də ərzaq və yanacaqla yüklənmiş hərbi vertolyot gedib. Elə həmin gündən şəhər erməni hücumu təhlükəsi ilə üz-üzə qalıb. Xocalılar da artıq başa düşürlər ki, yaxın günlərdə ermənilər şəhərə hücum edə bilərlər. Fevralın 24-də əsir götürülmüş erməni döyüşçüsü xocalıların gümanlarını təsdiqləyir. Bundan sonra şəhər rəhbərliyi kömək üçün Bakıya, Ağdama müraciət edir. Ancaq olunan müraciətlər cavabsız qalır. 1992-ci il fevralın 25-də axşama yaxın Xocalıdan çıxan bütün yollar ermənilər tərəfindən nəzarətə götürülür. Gecə saat 23:00-da 366-cı motoatıcı alayın zirehli texnikaları, onların arxasınca isə erməni piyadaları 3 tərəfdən böyük qüvvə ilə Xocalı şəhərinə hücuma keçirlər. Bu hücumun qarşısını almaq 160 nəfər döyüşçü üçün (özünümüdafiə qüvvələriylə, xüsusi təyinatlı milis dəstələri-red.) çətin olsa da, onlar həyatları bahasına şəhər əhalisinin Xocalını tərk etməsinə imkan yaradıblar. Xatırladaq ki, bu qüvvələrin böyük əksəriyyəti şəhid olub. Həmin gecə Qarqarın buz kimi suyundan keçib Kətik və Naxçıvanikə yol alan xocalıları deməyəsən qarşıda faciə gözləyirmiş. Beləliklə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi-Xocalı qırğını baş verib. Yüzlərlə günahsız insanlar qanlarına qəltan edilib. Körpəyə, qocaya, qadına aman vermədən qəddarlıqla öldürüblər. Həmin gecə erməni cəlladları Xankəndində
yerləşən 366-cı alayın köməkliyilə Xocalıya soxulub, şəhəri yandırıblar. Kərkicahanın, Malıbəylinin, Meşbəylinin, Xocavəndin ardınca tarixdə Xocalı soyqırımını yaşadıq. Ancaq həmin vaxt hakimiyyət başında olanlar guya ki, Xocalıda 2-3 nəfərin öldüyü haqqında məlumatın getməsi üçün tapşırıq verdilər. Halbuki, Xocalı faciəsi XX əsrin ən böyük faciəsi idi. Bunu bütün dünyadan gizlətmək erməniyə xidmət göstərməkdir. Fevralın 26-da qocaların, qadınların, körpə uşaqların meyidləri dərələrdə, meşələrdə, dağlarda qalıb. Girov götürülənlərin başına iyrənc oyunlar açılıb, onların başları erməni qəbirləri üzərində qurbanlıq qoyun kimi kəsilib. Ölənlərin başlarının dərisi soyulub, gözləri, ürəyi çıxarılıb, bədənləri deşik-deşik olunub. Bütün bunlardan ürəyi soyumayan ermənilər ən alçaq hərəkətlərə belə əl ataraq vəhşicəsinə öldürdükləri körpənin, qocanın meyidlərini insanlığa yaraşmayan surətdə təhqir ediblər. Şahidlərin söylədikləri faktlara əsasən, qətlə yetirilən azərbaycanlılar çox da dərin olmayan xəndəklərə atılıb, onların üstü torpaqlanıb. Gecələr bu xəndəklərin həndəvərində itlərin hürüşməsindən, çaqqalların ulaşmasından az qala qulaq tutulub. Hər yerdən insan cəsədlərinin kəsif iyi gəlib.
Xocalı soyqırımı nəticəsində 623 nəfər şəhid olub, 1725 nəfər əsir götürülüb, 8 ailə tamamilə məhv edilib, 215 uşaq bir valideynini, 25 uşaq isə hər iki valideynini itirib. 1000 nəfər xocalı sakini əlil və şikəst olub, 150 nəfərin taleyi hələ də məlum deyil.
Məlumat üçün bildirək ki, Xocalının işğalı planı bir həftə öncə, fevralın 20-də hazırlanıb. Belə ki, hadisədən bir müddət əvvəl Paris yaxınlığında gizli təlim düşərgəsi yaratmış "Asala" erməni terrorçu təşkilatının 26
nəfərlik dəstəsi mayor Aşin Simonyanın başçılığı ilə Xankəndinə gəlib. Onlar və yerli ermənilər özünümüdafiə adı altında vuruşan, əslində isə "Asala" terror təşkilatının Xankəndində İllarion Allahverdiyanın başçılığı ilə yaradılan dəstənin üzvləri 366-cı alayın içərisində öz
dayaqlarını yaradaraq polkovnik Y.Zarviqarova 36 min dollar rüşvət veriblər. Bu xəbər 23-cü diviziyanın komandiri Boris Budeykinə çatdıqda o, Zarviqarovun hərəkətinə görə - zabit şərəfinə xəyanəti üstündə qovulmasını tələb etib.
366-cı alayın hərbi əməliyyatlar zamanı ermənilərin tərəfinə keçib azərbaycanlıları qətlə yetirməsi, hərbi texnika və sursatı ermənilərə verməsi, əslində siyasi bir məsələdir. Xocalı hadisəsiylə bağlı ermənilərin ruslarla əlaqələrinə aid sənədlərin bir qismi 1992-ci il martın 1-də Zaqafqaziya Hərbi Dairəsinin aviasiya komandiri, general-mayor S.Lukaşovun əmri ilə yandırılıb.
Yuxarıda qeyd etdiyim fikirlərə yenidən qayıtmaq istəyirəm. Biz bir millət olaraq Xocalı və digər faciələrimizi dünyaya yaxşı çatdıra bilməməyimizin nəticəsidir ki, bu gün ermənilər Azərbaycanla şərtlər irəli sürməklə danışırlar. Ancaq vaxtında Xocalı soyqırımının dünya dövlətlərinin parlamentlərində müzakirəsinə nail olsaydıq təbii ki, hadisələr başqa istiqamətdə cərəyan edəcəkdi.
Xatırladaq ki, qardaş Türkiyənin millət vəkilləri Xocalı faciəsinin ildönümü ərəfəsində TBMM-də dinləmələr keçirəcəklər.

Tehran məhkəməsi azərbaycanlı müəllimi zaminə buraxmaqdan imtina etdi

Tehran məhkəməsi azərbaycanlı müəllimi zaminə buraxmaqdan imtina etdi


İrandakı mənbələrin verdiyi məlumatlara görə, 3 ay əvvəl Tehranda Səttarxanın anım mərasimində həbs olunmuş Rəcai Universitetinin müəllimi Abdulla Abbasi hələ də naməlum vəziyyətdə “Evin” həbsxanasında saxlanılır.


Abdulla Abbasi
Qeyri-rəsmi mənbələr məhbusun yaxınlarına istinadən bildirir ki, Rey Şəhərinin İslam İnqılabı Məhkəməsinin 11-ci şöbəsində keçirilən son məhkəmə iclası zamanı cənab Abbasinin ailəsi onun zaminə buraxılmasını xahiş etsə də, hakim Mufərsəti bunu təmin etməyib.

Hakim məhkəmə araşdırılmasının sonunadək fəalın həbsdə saxlnmasına qərar verib.

Hüquq müdafiəçiləri isə cənab Abbasıyə qarşı ötən il çıxarılan 1 illik şərti azadlıqdan məhrum edilmə cəzasının növbəti məhkəmə qərarına əlavə ediləcəyindən və azərbaycanlı fəalın uzun müddətə azadlıqdan məhrum edilə biləcəyindən ehtiyat edirlər.

Abbasinin bacısı oğlu Hüseyn Hüseyni, Ərdəbil İslam İnqılabı Məhkəməsi tərəfindən 5 il həbs cəzasına məhkum edilib.voa