Türkiyənin Azərbaycandakı səfiri: “Ermənistanla sərhədlərin açılması danışıq mövzusu deyil”
Bakı. Laçın Sultanova - APA. “Ermənistanla sərhədlərin açılması danışıq mövzusu deyil”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində dialoq aparıldığını, görüşlərin keçirildiyini söyləyən səfir bildirib ki, bu əlaqələrdən Azərbaycana ən kiçik zərər də dəyə bilməz: “Azərbaycan bizim canımız, ciyərimiz, qəlbimizdir. Qəlbimizə bir şey olmasını istəmərik”. Türkiyədə ermənilərdən üzr istəmək kampaniyası və bunun əleyhinə başqa bir kampaniyanın keçirilməsinə toxunan diplomat keçmiş səfirlərin bəyanatına qoşulduğunu, üzr istəyənlərin yanında olmadığını vurğulayıb. Bu kampaniyaya qarşı hökumətin hər hansı tədbir görüb-görməyəcəyi ilə bağlı sualı H. Kılıç belə cavablandırıb: “Türkiyədə 70 milyon insan yaşayır və hər kəs istədiyini danışa bilir. Kampaniya keçirənlər 50-100 adamdır”.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder