Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov oktyabrın 16-da Seçkilər İnformasiya Mərkəzində yeni açıqlama verib. AzərTAc xəbər verir ki, MSK sədri 15 oktyabr seçkisinin Azərbaycanın tarixində çox əhəmiyyətli, fəxr etməli hadisə kimi yadda qalacağını vurğulayıb.
MSK sədri deyib ki, Azərbaycan seçiciləri çox yüksək fəallıq göstəriblər: «Seçkilərdə 75,64 faiz seçicinin iştirak etməsi istənilən ölkə üçün fəxr etməli faktdır. Mərkəzi Seçki Komissiyasına səsvermənin nəticələri ilə bağlı indiyə qədər heç bir rəsmi müraciət daxil olmamışdır. Gəldiyimiz ümumi qənaət bundan ibarətdir ki, seçkilər çox demokratik şəraitdə, azad, şəffaf və ədalətli keçirilib».
5359 məntəqənin 96 faizdən çoxunun protokollarının Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirildiyini deyən M.Pənahov nəticələri elan edib:
1) Əliyev İlham Heydər oğlu - 88,64 faiz (3 milyon 139 min 243 səs);
2) Ağazadə İqbal Fehruz oğlu - 2,87 faiz (101 min 759 səs);
3) Mustafayev Fazil Qəzənfər oğlu - 2,50 faiz (88 min 494 səs);
4) Həsənquliyev Qüdrət Müzəffər oğlu - 2,30 faiz (81 min 452 səs);
5) Əlibəyli Qulamhüseyn Surxay oğlu - 2,25 faiz (79 min 587 səs);
6) Əliyev Fuad Ağası oğlu - 0,78 faiz (27 min 675 səs);
7) Hacıyev Hafiz Ələmdar oğlu - 0,65 faiz (23 min 155 səs).
M.Pənahov Azərbaycandan kənarda təşkil olunan və ucqar kəndlərdə olan seçki məntəqələrinin protokollarının hələ alınmadığını deyib: «Hesab edirəm ki, yaxın saatlarda biz məntəqələrimizdən məlumatları 100 faiz alacağıq. Beləliklə də Mərkəzi Seçki Komissiyası 5359 məntəqədən alınmış protokollara əsasən ilkin nəticələri Azərbaycan ictimaiyyətinə çatdıracaq».
mediaforum
Hiç yorum yok:
Yorum Gönder