Müəllif İslam dininin təhqir edilməsində, həmçinin mətbuat haqqında qanunun pozulmasında ittiham edilir
İordaniya polisi İslam dinini təhqir etməkdə günahlandırılan şair İslam Samxarı həbs edib. Şair özünün erotik xarakterli məhəbbət şerlərində müqqəddəs Quran ayələrindən istifadə edirmiş.
Müəllif İslam dininin təhqir olunmasında, həmçinin mətbuat haqqında qanunun pozulmasında ittiham edilir. Belə ki, o, seksual xarakterli mövzuları təsvir edərkən müqəddəs mətnlərdən istifadə edib. Qeyd edək ki, Samxar İordaniya hakimiyyətindən icazə almamış öz şerlər toplusunu nəşr edib. Ölkənin qanunları İslam dinini və Məhəmməd peyğəmbəri (s) təhqir edən istənilən kitab və ya məqalənin dərcini qadağan edir. Əgər şair günahkar bilinərsə, onu 3 il azadlıqdan məhrum edilmə gözləyir. Bu barədə İslamNews saytı məlumat yayıb. /ANS PRESS/
Hiç yorum yok:
Yorum Gönder