“Google” şirkətinin “Google Maps” onlayn-servisindən Cənubi Qafqaz ölkələri haqqında məlumatlar silinib.
APA-nın xəbərinə görə, məlumatlar serverdən Cənubi Osetiyada hərbi əməliyyatlar başlayandan sonra çıxarılıb. Hazırda serverdə Azərbaycan, Gürcüstan və Ermənistanın yalnız boş xəritələri yerləşdirilib, şəhərlər, yaşayış məntəqələri və magistrallar haqqında məlumatlar isə silinib.
Bundan başqa, “CyberSecurity” saytı Gürcüstan ərazində Rusiya saytlarının açılmadığı barədə xəbər yayıb. Xəbərdə o da bildirilir ki, Gürcüstan dövlət strukturların saytları ötən həftə hakerlər tərəfindən dağıdılıb.
Hiç yorum yok:
Yorum Gönder