azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

13 Ocak 2009 Salı

Türkiye ile İranın Hamas rekabeti

Türkiye ile İranın Hamas rekabeti



İsrailin Gazzeye yönelik saldırılarını durdurmak amacıyla Mısırın başkenti Kahirede ateşkes görüşmeleri devam ederken, sürecin önemli bir parçası olan Hamas konusunda da Türkiye ile İran arasında rekabet yaşandığı öne sürülüyor.
Türkiye, Filistinli örgütün sürece dahil edilmesi için çaba harcarken, Tahranın ise örgüt liderliğine Mısırın arabuluculuğunu yaptığı ateşkes anlaşmasına evetdememeleri için baskı yaptığı iddia ediliyor.



Kahiredeki görüşmelere katılan Başbakan Recep Tayyip Erdoğanın Başdanışmanı Büyükelçi Ahmet Davutoğlu başkanlığındaki Türk heyeti dün Şama geçerek Suriyeli ve Hamaslı yetkililerle bir araya geldi. Edinilen bilgiye göre, Davutoğlu ile Başbakanlık ve Dışişleri Bakanlığı yetkililerinden oluşan heyetin önceki akşam Türkiyeye dönmesi bekleniyordu. Ancak Kahirede yaşanan gelişmeler üzerine Şama geçti. Kahirede Mısır Dışişleri Bakanı Ahmed Ebul Geyt ve Hamaslı yetkililerle Gazzede ateşkesi görüşen Davutoğlu, Şamda Suriye Dışişleri Bakanı Velid Muallim ve Hamaslı yetkililerle bir araya geldi. Heyetin, Kahireye döneceği, burada Mısır ve Filistinli yetkililerle görüşüceği belirtildi. Türk heyetinin, ateşkesin sağlanması konusunda iyimser olduğu kaydedildi. Davutoğlu, geçtiğimiz hafta da Fransa Cumhurbaşkanı Nicolas Sarkozy ile Suriye Cumhurbaşkanı Beşar Esed arasında Şamda gerçekleştirdiği görüşmeye katılmıştı. Davutoğlu, daha sonra Hamas yetkilileriyle de bir araya gelmişti. AB ve ABDnin terör örgütü listesine aldığı Hamas ile temaslarda Türkiye önemli bir rol oynuyor.



İsrailin Jerusalem Post gazetesinde dün yer alan bir haberde ise İranlı yetkililerin Şama yaptıkları ziyarette, Hamasın politbüro şefi Halid Meşal ve İslami Cihadın Genel Sekreteri General Ramazan Şalaha Mısırın arabuluculuğunu yaptığı ateşkes anlaşmasına evetdememeleri için baskı yaptığı iddia edildi. Mısır hükümetinden bir yetkiliye dayandırılan haberde, İranlıların ateşkesin konuşulduğunu duyduğu an acil görevle İran Meclis Başkanı Ali Laricani ve İran gizli servisinden Said Celiliyi Haması ateşkesi reddetmesi konusunda uyarmak için geçtiğimiz hafta Şama gönderdiği belirtildi. Yetkili, "İranın Haması silah ve yardım akışını durdurmakla tehdit ettiğini, İsraile bir mermi bile ateşlemezken Filistinde Haması, Lübnanda ise Hizbullahı kullanarak dolaylı yoldan savaşmak istediğini, ayrıca Tahranın Haması provoke ederek dikkati kendi nükleer planlarından başka yöne kaydırmak istediğini" öne sürdü. Haberde, Hamas ve Filistinliler üzerinde nüfuzları olduğunu göstermek isteyen İranlıların ikili oynadığına dikkat çeken aynı yetkilinin, bir taraftan İranda Hamasla beraber savaşmak için asker toplandığını, diğer taraftan ruhani lider Ali Hameneyin gönüllüleri savaşmamaları konusunda uyardığı yolundaki iddialarına da yer verildi.



Tahrandan BMye İsrail uyarısı



İran, BM Güvenlik Konseyinin kararına rağmen Gazze Şeridine saldırılarını sürdüren İsrail ile ilişkilerin kesilmesi çağrısında bulundu. Dışişleri Bakanı Menuçehr Muttaki, bazı İslam ülkelerinin dışişleri bakanlarına gönderdiği mektupta, İsraile karşı ekonomik ambargo tedbirlerinin de düşünülmesi gerektiğini belirterek, İsrailin ticari ataşeliklerinin kapatılması teklifini yaptı. Bu arada İran Meclis Başkanı Ali Laricani, İslam Konferansı Teşkilatı (İKT) Parlamento Birliği olağanüstü toplantısına katılmak üzere bugün Türkiyeye gelecek. Zaman

Fars rejimi Milli Hərəkata qarşı psixoloji müharibə aparır

Fars rejimi Milli Hərəkata qarşı psixoloji müharibə aparır


Bir müddət əvvəl İranın Mədəniyyət və İslam İrşad Nazirliyi Vəhid Musaiyanın rejissorluğuyla sənədli film çəkib. Bu film "Lost land", yəni "İtirilmiş yer" adlanır. "Azadtribun"un yaydığı məlumata görə, film keçən il İranın "Fəcr" film festivalında nümayiş etdirilib və yaxşı yer tutduğu üçün mükafata layiq görülüb.

Fars şovinist rejimininin azərbaycanlılara qarşı çəkdiyi "İtirilmiş yer" filmi "Ettelaat"ın xüsusi sifarişilə həyata keçirilib və onlar İran universitetlərində filmin geniş şəkildə yayılmasına çalışıblar. Ancaq milli fəalların kəskin etirazları bu işə ciddi mane olub. Bu siyasət daxildə məğlub olsa da, amma rejim rahat durmayıb, xaricdə şahçılar, kommunistlər və "hizbullahçılar"ın vasitəsilə filmi nümayiş etdirirlər. Bu vasitəylə də Milli Hərəkatımıza qarşı psixoloji müharibəni davam etdirirlər. Film bu il yanvarın 10-da İsveçin paytaxtı Stokholmda nümayiş etdirilib və yanvarın 17-18-də Yöteborg və Malmö şəhərlərində yayılacaq. Bunda İranın "İşçi yolu" adlı marksist-leninist təşkilatına aid olan və Stokholmda FM dalğasında yayılan "Həmbəstəgi", yəni "Həmrəylik" radiosu böyük rol oynayıb.

Qeyd edək ki, Adolf Hitlerin kadrlarıyla başlayan filmdə İkinci Dünya müharibəsindən sonra Güney Azərbaycanda Seyid Cəfər Pişəvəri və onun yaxın silahdaşlarının qurduğu Milli Hökumət pislənilir.

Tələbə birlikləri Vəhid Şıxbəylinin azadlığına çağırır

Tələbə birlikləri Vəhid Şıxbəylinin azadlığına çağırır



Güney Azərbaycandan gələn xəbərlərə görə, Təbrizin Özəl Universitetinin tələbə birlikləri təxminən iki həftə öncə Təbriz Ettelaatı tərəfindən həbs olunan Vəhid Şıxbəylinin azad olunmasını tələb edən bəyanatla çıxış edib.

Təbrizin Özəl Universitetinin İslami Birliyi, eləcə də həmin təhsil müəssisəsinin “Vəhdət” və“Arman” tələbə təşkilatları azərbaycanlıların milli haqları uğrunda hərəkatın fəallarından olan cənab Şıxbəylinin həbsinin qanunsuz olduğunu bildiriblər.

Bəyanatda qanunsuz təqiblərin dayandırılması tələb edilərək, kütləvi həbslər və təqiblərlə insanları vətən sevgisi, azadlıq eşqi və düşüncələrindən əl çəkdirməyin mümkün olmayacağı deyilir.

Bəyanata imza atan tələbə birlikləri həm də təcridxanalarda saxlandıqları zaman siyasi fəallara qarşı işgəncə və digər qanunsuz sorğu-sual üsullarından istifadə olunmasının ciddi narahatlıq doğurduğunu vurğulayıb, Vəhid Şıxbəyli kimi fəalların həbsinin höküməti tənqid edənlərın susdurulması kapmaniyasının tərkib hissəsi olduğunu bəyan ediblər.

Təbrizin Özəl Universitetinin “Arman” Tələbə Təşkilatının Mərkəzi Şura üzvü, Vəhid Şıxbəyli 2 həftə öncə naməlum şəxslər tərəfindən Təbrizdəki evinin qarşısında oğurlanıb. Ertəsi gün onu “oğurlayanların” Ettelaat əməkdaşları olduqları məlum olub. Onun hazırda Təbriz həbsxanasında saxlandığı bildirilir.

"Türk dünyasında Türkiyəyə ən yaxın olan Azərbaycandır"

"Türk dünyasında Türkiyəyə ən yaxın olan Azərbaycandır"



Seyfəddin Altaylı: "Azərbaycan mədəniyyətinin Türkiyədə daha geniş səviyyədə tanıdılmasına ehtiyac var"

20 ildən çoxdur ki, "Türkiyənin səsi" radiosunun Azərbaycan türkcəsi verilişləri redaksiyasında çalışan Seyfəddin Altaylı Türkiyənin İqdır vilayətində anadan olub. Artıq 60 yaşını haqlamaqda olan S.Altaylı əslən Azərbaycan türküdür. Onun Azərbaycan türkcəsini təmiz bilməsi dil mütəxəssisi, ana dilimizlə bağlı kitabların müəllifi olmasıyla bağlı deyil. Deyir İqdırda yaşayan nəsli də ana dilimizi, adət-ənənələrimizi olduğu kimi qoruyub saxlayıb. Onun "Azərbaycan türkcəsi deyimlər sözlüyü" Azərbaycan ictimaiyyətinə, xüsusən dilçi və ədəbiyyatşünaslarımıza yaxşı tanışdır. Azərbaycana ilk dəfə 1988-ci ildə gəlib. O vaxtdan S.Altaylı yurdumuzun dil, mədəniyyət xüsusiyyətlərini ardıcıl olaraq öyrənməkdədir. S.Aytaylı Güney Azərbaycanda yaşayan soydaşlarımızın dil xüsusiyyətlərilə bağlı araşdırmalarını da davam etdirir. O, ümumtürk mədəniyyəti və tarixi ilə bağlı maraqlı məqalələrin, Xocalı faciəsilə əlaqədar iki hissəli "Azərbaycan faciəsi" və "Qafqaz ulduzu" adlı filmlərin ssenari müəllifidir.

O, türk dilinin qədimliyini və bəşəri ruha malik xislətini belə ifadə edir: "Dil tarixi həmişə insanlıq tarixi ilə baş-başa olub. Türk milləti bəşəriyyətin ən qədim millətlərindən biri olduğu kimi, türk dili də tarixin qədim dövrlərindən bəri geniş coğrafiyada işlədilən dillərdəndir. Türk dillərinin öyrənilməsi ilə bağlı ilkin elmi sistemli çalışmalara 11-ci yüzildə Mahmud Kaşğarlı dövründə başlanılıb. Amma bu sahədə daha ciddi çalışmalar 19-cu yüzilin ikinci yarısından sonraya təsadüf edilir. 1933-cü ildə Atatürkün müraciətlə dediyi "Türkiyənin xaricində yaşayan türklərə sahib çıxmağa hazır olmalıyıq" fikrini daim ağlımda, ürəyimdə yaşatmışam. İllərlə İqdırda, Qarsda yaşayan soydaşlarımızın dil xüsusiyyətlərini öyrənmişəm. 27 mindən çox söz toplamışam, sonra bunları sanalamışam".

Yeri gəlmişkən, deyək ki, son dərəcə maraqlı bir əsər olan Seyfəddin Altaylının "Azərbaycan Türkcəsi deyimlər sözlüyü" kitabında ifadələr, sözlər latın qrafikalı Azərbaycan əlifbasına əsasən düzülüb. Müəllif Azərbaycan türkcəsinin özəllikləri haqqında da yığcam, mənalı bilgilər verib.

Tədqiqatçı Əli Şamil yazır ki, peşəsi qəzetçilik olan, filoloji və tarix təhsili alan S.Altaylı çətin işi asana çevirmək üçün meydana atılıb: "O, dilçi araşdırmaçıların görməli olduğu işi görməyi bacarıb. 8 il aramsız işləyərək 2 cilddə Azərbaycan türkcəsində işlədilən söz və frazeoloji birləşmələri əhatə edən "Azərbaycan türkcəsində sözlər"i tamamlayıb, 20 min tirajla çap etdirib. Kitab qısa müddətdə satılıb. Yazar çoxcildlik "Azərbaycan türkcəsi ensiklopediyası"nı çapa hazırlamaqla yanaşı, "Azərbaycan türkcəsində işlədilən deyimlər sözlüyü"nü də tərtib edib. O, təkcə Azərbaycanda, Türkiyənin İqdır-Qars bölgələrində işlədilən Azərbaycan türkcəsindəki frazeoloji ifadələri toplamaqla kifayətlənməyib, Güney Azərbaycandan olan materialları da toplayaraq kitaba daxil edib". "Türkiyənin səsi" radiosu haqqında danışan S.Altaylı bildirir ki, 1981-ci ildə burada Azərbaycan türkcəsində verilişlər efirə çıxıb. Bu radionun verilişlərinə Güney Azərbaycanda da qulaq asılır. Radioda Azərbaycanın tarixi, qədim keçmişi, çağdaş dövrü ilə bağlı məlumatlar dinləyicilərə çatdırılır: "Təmsil elədiyim radioda əsas prinsip Mustafa Kamal Atatürkün qoyduğu "Yurdda sülh, cahanda sülh" prinsipidir. Fəaliyyətimizdə daim bunu nəzərə alırıq. Bizim radio daha çox mədəni verilişlər yayımlayır. Siyasi xəbərlər də sırf informasiya biçimində verilir. Azərbaycan türklərinin yaşam coğrafiyası haqqında danışarkən deyirik ki, onlar təkcə Quzey Azərbaycanda yaşamırlar, həmçinin Güney Azərbaycanda, Türkiyədə, Amerikada və başqa yerlərdə yaşayırlar. Azərbaycan türklərinin dili, özünəməxsus mədəniyyəti, inancı, adət-ənənəsi, başına gələn fəlakətlər, tarixi keçmişi barədə ciddi, dolğun məlumatlar veririk. Bütün bu məlumatlar sırf elmi şəkildə çatdırılılır. Bir soydaş olaraq belə hesab edirəm ki, Azərbaycan vahid bir coğrafiyanın adıdır. Bunun coğrafi ərazisi 500 min kvadrat kilometrə çatır. Hazırda Azərbaycanın tarixi ərazilərinin 86 min kvadrat kilometri Quzey Azərbaycanın ərazisidir. 1918-ci ildə Azərbaycanın ərazisi 114 min kvadrat kilometr idi. Ruslar Azərbaycanın əlindən Zəngəzuru, Göyçəni, Dilicanı, Dərbəndi alıb; son 15-20 il ərzində Quzey Azərbaycanın daha 20 faiz torpaqları əlindən gedib".

S.Altaylı deyir ki, Anadolu coğrafiyası ilə Azərbaycan coğrafiyası vaxtilə vahid olub: "Çox sonralar dəqiq siyasi sərhədlər meydana gəlib. Ulu babam Zəngibasarın Seyidkənd mahalında yaşayıb. Biz əslən oradanıq. 19-cu yüzilin axırlarında, bəlkə də ondan daha əvvəl oradan nəslimizin bir hissəsi indi məskunlaşdığımız İqdır vilayətinin Dizə kəndinə gəliblər. Həslimizin bir hissəsi burada qalıb. 20-ci yüzilin əvvəllərində sərhəd məsələsi tamam qətiləşdikdən sonra nəslimiz paralanıb-parçalanıb. Atamın iki əmisi Dizədə, babam, babamın bibisi Seyidkənddə qalıblar. 1988-ci ildə soydaşlarımız indiki Ermənistan ərazisindən deportasiya olunarkən qohumlarımı axtardım. Bir nəfər gəldi ki, biz qohumuq. Adları dedi, düz çıxdı".

O, İstanbul Universitetində "Qədim ön Asiya dilləri və mədəniyyətləri bölməsi"ni bitirib. Şumerlərlə bağlı araşdırmalar aparıb: "Yaşadığım bölgədə bizim soydan olanlar Azərbaycan türkcəsində olduqca təmiz danışırlar. Bu saat Azərbaycanda mövcud olan adət-ənənələri orada eynilə yaşadırıq. Novruz bayramında ənənəvi olaraq tonqal yandırırıq, qonşularımız yığışıb gəlirlər, onlar da bizim kimi tonqalın üstündən atlanırlar. Novruz türkündür. Çalışdığım radioda Novruzla bağlı ardıcıl olaraq proqramlar hazırlamışam. Həmin mətn "Türkiyənin səsi" radiosunun bütün dillərində yayımlanıb. "Azərbaycan türkcəsinin deyimlər sözlüyü" kitabı asan başa gəlmədi. Bu kitabı yazmazdan əvvəl Azərbaycan türkcəsində olan deyimlərin toplandığı kitabları nəzərdən keçirdim, bir yerə yığdım. Gördüm variantsız 23 min deyim var. Bu, o deməkdir ki, Azərbaycan türkcəmiz çox zəngin irsə malikdir. Tədqiqatlarım dilimizin imkanlarını hələ tam əhatə etmir. Həmin o kitabda 27500 variantlı deyim var. Məncə, Azərbaycan türkcəsində işlədilən deyimlərin sayı 40 mindən artıqdır. Bu iş bitməyib, davam edir. Hər halda bu, tədqiqatçılarımızın əlində gözəl bir imkandır. Türk dünyasında Türkiyəyə ən yaxın olan Azərbaycandır. Azərbaycan mədəniyyəti Türkiyədə yaxşı tanınır, amma daha geniş səviyyədə tanıdılmasına ehtiyac var. Şübhəsiz ki, Türkiyə aydınları Quzey Azərbaycanı gözəl tanıyırlar".

Ortaq türkcə ilə bağlı qənaətlərini bölüşən Seyfəddin Altaylı deyir: "Ortaq türkcə ədəbi dili başqa, ortaq ünsiyyət dili başqadır. Ünsiyyət dili odur ki, hər hansı bir türkcəni götürəsən, onu bütün türk xalqları üçün zəruri anlaşma dili elan edəsən. Amma ədəbi dil məsələsi üzərində xüsusi düşünmək lazımdır. Təki istək olsun. Bu məsələlərin gerçəkləşməsi böyük maliyyə tələb edir. Hazırda Azərbaycanda və Türkiyədə latın qrafikalı əlifbadan istifadə edilir. Digər türk xalqları da bunu qəbul edirlər. Latın əlifbası bizim olmasa da, dilimizi normal ifadə edir. Ortaq türkcənin yaradılması üçün ardıcıl cəhdlər lazımdır". Bu yaxınlardan etibarən Azərbaycan radiosu ilə "Türkiyənin səsi" radiosu arasında "Qorqud Ata" adlı ortaq canlı proqram yayımlanacaq. S.Altaylı bunun səbəbini belə açıqlayır: "Azərbaycanın coğrafiyası ilə Anadolunun coğrafiyası birdir. Buradakı türk xalqları eyni mədəniyyətə, dilə, ruha malikdir. Hər gün bir saat bu veriliş yayımlanacaq. Gələcəkdə verilişin müddətinin artırılması nəzərdə tutulub. İlk növbədə Azərbaycan türklərinə, ümumən bütün türklərə bu veriliş vasitəsilə arzularımızı çatdırmaq istəyirik. Türk xalqının həmrəyliyinin yaranmasında, güclənməsində, həmçinin də milli şüurun formalaşmasında köməklik göstərməyi düşünürük. "Türkiyənin səsi" radiosunun imkanlarından istifadə edib Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmağı özümüzün əsas məqsədimiz hesab edirik. Qarabağ problemi bütün Türk Dünyasının problemidir. Dünyaya Qarabağ problemində Azərbaycanın daim haqlı olduğunu çatdırırıq".


Elçin Qaliboğlu

İSRAİL ORDUSU QƏZZANI ƏLƏ KEÇİRİR

İSRAİL ORDUSU QƏZZANI ƏLƏ KEÇİRİR
Döyüşlər şəhərin mərkəzində gedir, həlak olanların sayı 1000-ə yaxınlaşır
İran “Həmas”a atəşkəsi qadağan etdi



İsrail ordusunun Qəzza zolağında apardığı əməliyyatların sonuncu fazası başlayıb. Xəbərlərə görə, dünən İsrail ordusu “Həmas” döyüşçülərinin güclü müqavimətinə baxmayaraq, Qəzzanın əhalinin sıx olduğu mərkəzi məhəllələrinə doğru tankların köməyi ilə irəliləyib. “Sky News” telekanlı Qəzza küçələrində İsrail əsgərləri ilə “Həmas” yaraqlıları arasında şiddətli döyüşlərin getdiyini xəbər verirdi. Ehtiyatdan çağırılmış əsgərlərin dəstəyi ilə hücuma keçən İsrail ordusunun gözləmədiyi müqavimətlə üzləşdiyi bildirilir. Xüsusilə ağır döyüşlər şəhərin cənub və şərq hissələrində gedir.
İsrail tərəfi əməliyyatların həftələrlə davam edə biləcəyini istisna etməyib.
İsrail hərbi qaynaqları da Qəzzada ağır döyüşlərin getdiyini təsdiq edib, lakin bildirilir ki, “Həmas” döyüşçülərinin sursat ehtiyatı tükənir və müqavimət zəifləyir. Digər tərəfdən, döyüşlər zamanı “Həmas”ın bir sıra aparıcı komandirləri həlak olub. Bununla belə, Qəzzadan İsrail ərazilərinə raket zərbələri azalsa da davam edir. Xəbər verildiyi kimi, İsrail ordusu bir həftəyə yaxın davam edən bombardmanlardan sonra yanvarın 3-də Qəzza zolağında quru əməliyyatlarına başlayıb. Fələstin tərəfinin məlumatlarına əsasən indiyədək ölənlərin sayı 900-u keçib, onların təqribən üçdə biri azyaşlı uşaqlardır. 4 mindən çox yaralı var. İsrail tərəfdən rəsmi məlumatlara görə, 13 nəfər ölüb, 130-dan çox israilli yaralanıb. İsrail hərbi komandanlığı əməliyyatların sonuncu fazasında “Həmas”ın əsas düşərgələrinin dağıdılmasını qarşıya qoyub. Atəşkəs əldə edilməsi üçün beynəlxalq ictimaiyyətin göstərdiyi səylər isə nəticə vermir. Ötən həftə BMT Təhlükəsizlik Şurasının atəşkəs haqda qəbul etdiyi qətnamənin hər iki tərəfdən rədd edilməsindən sonra Misirin vasitəçiliyi ilə danışıqlar gedir. Misir tərəfi “Həmas”la danışıqlarda irəliləyiş əldə edildiyini bildirir.
Lakin “Həmas” rəhbərliyi elan edib ki, İsraillə hər hansı atəşkəs razılaşmasına getməyə hazırlaşmır. Təşkilatın Misirdə danışıqlar aparan liderlərindən birinin dediyinə görə, atəşkəs haqda danışmazdan əvvəl bir çox detalları aydınlaşdırmaq lazımdır. Mənbə “Həmas”ın Qəzza zolağında beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini qəbul etmədiyini də açıqlayıb. Bundan əlavə, İsraillə atəşkəsə İran da qarşı çıxır. Misirdə İsraillə “Həmas” arasında danışıqlara vasitəçilik edən yerli rəsmilərdən birinin dediyinə görə, İran atəşkəsə gedəcəyi haqda “Həmas”a maliyyə dəstəyini kəsəcəyi haqda xəbərdarlıq edib. Mənbə deyib ki, “Həmas”ın siyasi bürosunun üzvü Xalid Maşalla görüşmək üçün təcili olaraq Dəməşqə İran parlamentinin spikeri Əli Laricani və Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili gəlib. Onlar “Həmas”ın İsraillə hər hansı razılaşma əldə etməsini qeyri-mümkün sayıblar. Bildirilir ki, Qahirədə “Həmas”la danışıqları Misir kəşfiyyatının rəhbəri Ömər Süleyman aparır.
İran ərəb dövlətlərinin İsrailin hərəkətlərinə qarşı reaksiyasından narazıdır. Çünki Tehranda hesab edirlər ki, ərəb dövlətləri üzdə baş verənlərə etiraz etsələr də gizlində İsrailin hərəkətlərini dəstəkləyirlər. Ən azından belə fakt var ki, Qəzzanı bombalamaq üçün havaya qalxan İsrail təyyarələri Misirin hava sahəsindən də istifadə edir. Ekspertlərə görə, “Həmas” və “Hizbullah” kimi radikal təşkilatların güclənməsi ərəb dövlətlərinə sərf etmir. Çünki bu təşkilatların arxasında İran dəstəyi var, Tehran Fələstin problemindən istifadə edərək Yaxın Şərqdə mövqeyini gücləndirməyə çalışır. Ərəb dövlətləri isə buna qarşıdır. Digər tərəfdən, İranın özü də ehtiyatlı davranır. İndiyədək İran İsrailin hərəkətlərinə bəyanatlarla və mitinqlərlə dəstək verməkdən uzağa gedə bilməyib. Belə görünür ki, Tehran Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatına da savaşdan uzaq durmaq təlimatı verib. Hər fürsətdə İsrailin xəritədən silinəcəyini deyən İran prezidenti Mahmud Əhmədinejad başa düşür ki, baş verənlərə açıq müdaxilə etsə, bölgədəki maraqları təhlükəyə düşə bilər.
Siyasət şöbəsi
musavat

20 Yanvar Almaniyada anılacaq

20 Yanvar Almaniyada anılacaq

Yanvarın 22-də Gənclər üçün Təhsil Mərkəzi Almaniyanın Cassel şəhərində "20 Yanvar və Xocalı faciəsini tanıtım" mərasimi keçirəcək. Bu barədə Mərkəzin mətbuat xidmətindən məlumat verilib. Mərasimin keçirilməsində əsas məqsəd Almaniyanın Cassel şəhərində təhsil alan tələbələrə Azərbaycan həqiqətlərini çatdırmaqdır. Qeyd edək ki, mərasimə Almaniyanın təhsil işçiləri, tələbələr, QHT və KİV-lər dəvət olunub. Mərasim Almaniyadakı Türk Tələbələri Dərnəyi ilə birgə keçiriləcək.

Hatemi yeniden aday olabilir

Hatemi yeniden aday olabilir
İranda Cumhurbaşkanlığı seçimleri bu yıl yapılacak


İranın eski reformcu Cumhurbaşkanı Muhammed Hatemi, bu yıl yapılacak cumhurbaşkanlığı seçimlerinde tekrar aday olabileceğini belirtti.

Öğrenci haber ajansı ISNAnın haberine göre, Hatemi, İlam eyaletindeki bir toplantıda yaptığı konuşmada, "Bütün reformculara ve reformcu cephe içinde olmayan ama şimdiki durumun değişmesini isteyenlere şunu söylemek isterim ki, Allahın izni ile ya ben ya da Mühendis Mir Hüseyin Musavi, ikimizden birimiz yakında aday olacak" dedi.

Musavi, İran devriminden sonra 1981-89 yıllarında Başbakanlık yapmış, Musavinin Başbakanlıktan ayrılmasından sonra bu makam kaldırılmıştı.

Hatemi ise 1997-2005 yılları arasında 2 dönem Cumhurbaşkanlığı yapmıştı.

İran Cumhurbaşkanlığı seçiminin haziranda yapılması bekleniyor.


AA