azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

10 Kasım 2008 Pazartesi

Əhmədinejat iqtisadçıların tənqidi məktubunu rədd edib

Əhmədinejat iqtisadçıların tənqidi məktubunu rədd edib
Sun, Nov 9th 2008

Əhmədinejat iqtisadçıların tənqidi məktubunu rədd edib



Əhmədinejat tənqidləri qəbul etməyərək deyib ki, İranın Qərb üslubunda iqtisadi idarəyə ehtiyacı yoxdur


İran prezidenti Mahmud Əhmədinejat 60 iranlı iqtisadçının imzaladığı tənqidi məktubu rədd edərək özünün iqtisadi siyasətini müdafiə edib. O, israrla bildirib ki, İrana qərb yönümlü iqtisadi institutlar lazım deyil.


İranlı iqtisadçılar açıq məktublarında prezidentlərini ifşa edərək bildiriblər ki, Əhmədinejatın ticarət siyasəti səhvdir və dünyanın digər ölkələri ilə gərgin siyasət İranı xarici investisiya imkanlarından məhrum edib.


Mahmud Əhmədinejat tənqidləri qəbul etməyərək deyib ki, İranın Qərb üslubunda iqtisadi idarəyə ehtiyacı yoxdur.voa

IRAN ADLANAN ÖLKƏNIN 29 UNIVERSITETININ TƏLƏBƏ BIRLIKLƏRI GÜNEY AZƏRBAYCAN MILLI HƏRƏKATINI DƏSTƏKLƏDIYINI BƏYAN EDIB

IRAN ADLANAN ÖLKƏNIN 29 UNIVERSITETININ TƏLƏBƏ BIRLIKLƏRI GÜNEY AZƏRBAYCAN MILLI HƏRƏKATINI DƏSTƏKLƏDIYINI BƏYAN EDIB
Sun, Nov 9th 2008




IRAN ADLANAN ÖLKƏNIN 29 UNIVERSITETININ TƏLƏBƏ BIRLIKLƏRI GÜNEY AZƏRBAYCAN MILLI HƏRƏKATINI DƏSTƏKLƏDIYINI BƏYAN EDIB





DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən İran adlanan ölkənin 29 Universitetinin tələbə birlikləri Güney Azərbaycan milli hərəkatını dəstəklədiyini bəyan edib.


Bəyanatda bildirilir ki, bu gün İran hakimiyyəti dünyaya haqq və ədalətdən danışır, amma İranda qeyri-fars millətlərə özəlliklə Güney Azərbaycan Türklərinə qarşı ədalətsizlik və assimilyasiya siyasəti günü gündən artmaqdadır. Bu ədalətsizlik bütün sahələrdə açıq şəkildə özünü göstərməkdədir. Hər gün Güney Azərbaycanda milli haqlarını müdafiə etdiyinə görə tələbələr, ziyalılar və milli fəallar ETTELAAT məmurları tərəfindən həbs edilərək tək nəfərlik kameralarda ağır fiziki və ruhi işgəncələrə məruz qoyulurlar. Universitet tələbələri milli fəaliyyətlərinə görə təhsildən məhrum, uzun müddətli həbs və təhdid olunurlar.


İran hakimiyyəti İranın anayasasında əks olunan 15-19-cu maddələri pozaraq qeyri-fars millətlərin milli haqlarını kobud şəkildə pozaraq beynəlxaq insan haqlarının bəyannaməsini icra etməkdən imtina edir.


Biz İran universitetlərinin tələbə birlikləri olaraq bir daha bəyan edirik ki, İran hakimiyyəti qeyri-fars millətlərin özəlliklə Güney Azərbaycan Türklərinin milli və mədəni haqlarının pozulmasını dayandırsın.


Biz aşağıda imza edən tələbə birlikləri Güney Azərbaycan milli hərəkatını dəstəkləyir və hər zaman bu haqq yolu müdafiə edəcəyimizi bildiririk.


1.Şiraz Universiteti


2.Həmədan Buəli Sina Universiteti


3.Tehran Pedaqoji universiteti


4.Şiraz Tibb Universiteti


5.Tehran Universitetinin demokrasi tələb edən tələbələri


6.Əhvaz şəhid Çəmran Universiteti


7.Mazəndəran Universiteti


8.Şəhr kord Universiteti


9.Bircənd Universiteti


10.Kirman Universiteti


11.İsfəhan Tibb Universiteti


12.Tehran Əmir Kəbir Universiteti


13.Zəncan Universiteti


14.Təbriz Səhənd Universiteti


15.Nəsrəddin Tusi Texniki Universiteti


16.Sistan və Bəluçistan Universiteti


17.Səbzvar Pedaqoji Universiteti


18.Loristan Universiteti


19.Tehran işıq və su təchizatı Universiteti


20.Şahrud Texniki Universiteti


21.İlam Universiteti


22.Tehran Azad Universiteti


23.Kürdüstan Universiteti


24.Kirmanşah razi Universiteti


25.Əhvaz Ramin Universiteti


26.Tehran Şərif Texniki Universiteti


27.Şəhr Kord Tibb Universiteti


28.Tehran İqtisad Universiteti


29.Tehran şəhid Rəcayi Universiteti

dak

ƏRDOĞANA SUİ-QƏSD HAZIRLAYAN PKK-çılar TUTULUB

ƏRDOĞANA SUİ-QƏSD HAZIRLAYAN PKK-çılar TUTULUB
Sun, Nov 9th 2008

ƏRDOĞANA SUİ-QƏSD HAZIRLAYAN PKK-çılar TUTULUB


Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd hazırlığında olan PKK-çılar tutulub. Ölkə mətbuatının xəbərlərinə görə, Türkiyə polisinin ötən həftə İzmirdə keçirdiyi əməliyyat zamanı 3 nəfər saxlanılıb. Axtarış zamanı onlardan birinin evindən partlayıcı maddə və bomba hazırlamaq üçün ləvazimatlar tapılıb.

Saxlanılanlardan biri polisə verdiyi ifadədə bildirib ki, noyabrın 12-də baş nazir Ərdoğanın İzmirdə İtaliya baş naziri Silvio Berluskoni ilə görüşü zamanı şəhərdə partlayış törətmək istəyiblər. Bildirilir ki, hədəf baş nazirin gəlişi zamanı yerli AKP binası olmalıymış. Saxlanılanların Diyarbəkirdə PKK səlahiyyətli şəxsləri ilə əlaqəli olduğu bildirilir.

TÜRKCƏ MƏTBUATA TƏZYİQLƏR ARTIR

TÜRKCƏ MƏTBUATA TƏZYİQLƏR ARTIR
Sun, Nov 9th 2008

TÜRKCƏ MƏTBUATA TƏZYİQLƏR ARTIR



Tehran hakimiyyəti dəfələrlə söz, mətbuat və fikir azadlığının "düşməni" elan olunub. O bu "adı" hələ də daşımaqdadır. Bu azmış kimi, milli mətbuatın fəaliyyətinə ayrı-seçkilik münasibəti ilə yanaşan rejim etnik qruplar arasında nifaq salmaqla fars olmayan millətləri bir-birinə düşmən edir.


Sentyabrın 10-da ETTELAAT Səyyad Məhəmmədianın evində iftar süfrəsi arxasında 20-yə yaxın Güney Azərbaycan ziyalısını həbs etmişdi. Onların bəziləri mülk girov qoymaq qarşılığında zaminə buraxılsa da, mətbuat təmsilçiləri - "Dilmanc" dərgisinin baş redaktoru Əlirza Sərrafi, "Varlıq" dərgisinin yazarı Həsən Raşidi, jurnalist Səid Məhəmmədi (Muğanlı) hələ də zindandadır. Ötən gün yayılmış xəbərə görə, bu məhbuslar həbsxanada məruz qaldıqları fiziki və mənəvi işgəncəyə etiraz olaraq aclıq aksiyası keçiriblər. Məlumatda bildirilib ki, onların səhhəti ağırdır.


Güney Azərbaycanın Zəncan şəhərində keçirilən kitab sərgisində Azərbaycan türkcəsində nəşrlərin sərgilənməsinə qadağa qoyulub. Həmin tədbirdə yalnız fars dili, ədəbiyyatını təbliğ edən və bir sıra dini məzmunlu kitablar nümayiş etdirilib. "Mediaforum"un məlumatına əsasən, İranın islam irşadı və mədəniyyət naziri Azərbaycan dilində çıxmış kitab, qəzet və jurnalların sərgilənəcəyi barədə xəbərdar edilibmiş. Lakin Tehran əks addım ataraq bildirib ki, türkdilli nəşrlər sərgilənsə, onun naşirləri cərimələnəcək və sərgidəki pavilyonları qapadılacaq.


Bundan başqa, məlumatda vurğulanıb ki, Zəncanda Azərbaycan türkcəsində çıxan və geniş oxucu kütləsinin rəğbətini qazanmış "Bayram" jurnalı, eləcə də bütünlükdə İrandakı Azərbaycan türklərinin milli və mədəni kimliyi, tarixi barədə yazılar dərc edən "Varlıq" dərgisi, habelə tanınmış yazıçı, şairlərin əsərlərinin sərgilənməməsi haqda da xüsusi tapşırıq verilib. Xəbərlərə əsasən, kitab sərgisində Azərbaycan türkcəsində yazılmış kitab və başqa nəşrlərin satışı da yasaqlanıb.


Hakimiyyətin qoyduğu qadağalara əməl olunmayacağı təqdirdə hakimiyyət sərginin qapadılacağını, onun təşkilatçılarının məsuliyyətə cəlb olunacağını da bildirib. Son günlər İslam Respublikası rəhbərliyi Azərbaycan türkcəsində olan "Kimlik" və "Yoldaş" dərgilərinin bağlanması əmrini verib. Bununla, demək olar, türkdilli jurnalların hamısı qapadılıb. Onların bəziləri ehtiyatlandıqlarından hələlik nəşrini dayandırıb. Hər kəsə bəllidir ki, Güney Azərbaycanda və İranın başqa şəhərlərində nəşr olunan dərgi və qəzetlər iki dildə - fars və türk dillərində çıxır. Bu zaman naşirlər ağırlığı, heç şübhəsiz, fars dilinə verirlər. Belə bir vəziyyətdən Tehran hakimiyyəti həmişə yararlanaraq ölkədə Azərbaycan türkcəsində mətbuatın olduğunu bildirir.


Yuxarıda da qeyd etdiyimiz kimi, bunu belə Tehran azərbaycanlılara çox görür, həmin mətbuatın məsulları və təmsilçilərini tutur, işgəncə verir. Bir vaxtlar İslam Respublikası fars bölgələrinə, bu etnik qrupun dilinə, ədəbiyyatına və mədəniyyətinə diqqəti artırmaqla başqa millətlərə münasibətdə ayrı-seçkiliyə yol verərək İran Anayasasının milli bərabərliyə aid 19-cu maddəsini pozurdu. Əsas Qanunun pozulması indi də davam etməkdədir. Bu dəfə Tehran bu yöndəki fəaliyyəti ilə İranda yaşayan kürdlərlə müqayisədə Azərbaycan türklərinin haqqını tapdayır.


"Baybak"ın məlumatına görə, son günlər kürd dilində çıxan "Rojelat" dərgisi nəşrini bərpa edib. 3 il öncə İslam Respublikasına qarşı "fəaliyyət göstərdiyi" üçün qapadılmışdı. Jurnal, demək olar, bütünlükdə kürd dilində çıxır. Dərgi əsasən kürd millətçiliyi və bu etnik qrupun birləşməsini təbliğ edir.


Mənbənin bilgilərinə əsasən, Güney Azərbaycan əyalətlərində "kürd problemi"nin olduğunu qabartmaq məqsədi güdən hakimiyyət bu etnik qrupa Azərbaycanda daha böyük önəm verməkdədir. İslam Respublikası kürd qaçaqmalçılarına, kürd terrorçularının fəaliyyətinə və onların xaricdən ölkə ərazisinə keçməsinə şərait yaradır, güzəştlər edir. Bu azmış kimi, həmin etnosun milli mədəniyyətinin başqalarından üstünlüyü də təbliğ olunur.


Maraqlıdır ki, Azərbaycan türkcəsində çıxan dərgilərin qapadıldığı bir zamanda "Rojelat" mərkəzi Urmiya olan Qərbi Azərbaycan şəhərlərində, Kürdüstan əyalətinə daxil edilmiş türk rayon və şəhərlərində daha geniş şəkildə və çoxlu sayda yayılır. Məlumatda bildirilib ki, dərginin yayılmasına hakimiyyət yardım göstərir.

OBAMA RUSİYA İLƏ RAKETDƏN MÜDAFİƏ SİSTEMİ QARŞIDURMASINA RİSK ETMİR

OBAMA RUSİYA İLƏ RAKETDƏN MÜDAFİƏ SİSTEMİ QARŞIDURMASINA RİSK ETMİR
Sun, Nov 9th 2008


OBAMA RUSİYA İLƏ RAKETDƏN MÜDAFİƏ SİSTEMİ QARŞIDURMASINA RİSK ETMİR

ABŞ-ın yeni prezidenti Polşada raket bazasının yerləşdiriləcəyinə təminat verməsi haqda xəbərləri təkzib edib





ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama Polşada raket əleyhinə müdafiə (RƏM) sisteminin yerləşdiriləcəyinə zəmanət verməyib. Obamanın köməkçisi Denis Makdonou belə deyib. Bununla da Obama Polşa prezidenti Lex Kaçinskinin mətbuat xidmətinin məlumatını təkzib edib. Xəbər verildiyi kimi, ötən həftə Barak Obama prezident seçilməsi ilə bağlı onu təbrik edən Poşa prezidenti ilə telefon söhbəti aparıb, bu zaman Polşa rəhbərinin administrasiyası məlumat yayıb ki, yeni seçilmiş prezident ABŞ-ın raketdən müdafiə sisteminin elementlərinin Polşada yerləşdiriləcəyinə təminat verib.

Xatırladaq ki, ABŞ Polşada RƏM sistemi çərçivəsində ballistik raket bazası yerləşdirməyi planlaşdırır və bu barədə Varşava ilə müqavilə imzalanıb. Razılaşma Rusiyanın sərt reaksiyasına səbəb olub, prezident Dmitri Medvedyev ötən həftə xəbərdarlıq edib ki, Rusiya buna cavab olaraq Kalininqrad vilayətində “İsgəndər” ballistik raket sistemlərini yerləşdirəcək və onları Polşaya tuşlayacaq. Qərb mətbuatı Medvedyevin bu xəbərdarlığını Obamanı qorxutmaq cəhdi kimi qiymətləndirib.

Makdonou deyib ki, telefon söhbəti həqiqətən də olub və Kaçinski raketdən müdafiə məsələsini qaldırıb. Amma Obama çoxmilyardlı proqramın davam etdiriləcəyinə zəmanət verməyib. Makdonou bildirib ki, Obamanın mövqeyi seçki kampaniyası zamanı olduğu kimi qalır: “O, raketdən müdafiə sisteminin yerləşdirilməsini dəstəkləyir, amma hesab edir ki, sistemin işləkliyi texnoloji baxımdan sübut olunmalıdır”.

Bu arada Rusiya bəyan edib ki, əgər ABŞ RƏM sisteminin elementlərini Şərqi Avropada yerləşdirmək planlarından əl çəksə, o zaman Kalininqrad vilayətində “İsgəndər” kompleksləri də yerləşdirilməyəcək. Xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun sözlərinə görə, Polşa və Çexiyada raketdən müdafiə elementləri qurulmasa, o zaman Kalininqradda həmin komplekslərin yerləşdirilməsinə də ehtiyac qalmır. Onun sözlərinə görə, strateji təhlükəsizlik və stabillik məsələsində hər şey balans, mütənasiblik üzərində qurulur. Qruşko onu da deyib ki, ABŞ-la raketdən müdafiə məsələsində əməkdaşlıq təklifləri qüvvədə qalır və onlar yeni prezidentlə bu məsələ barədə danışıqları davam etdirməyə hazırdır. Xatırladaq ki, Rusiya ABŞ-la Polşa və Çexiyada yerləşdiriləcək raket bazası və radar stansiyasından imtinanın əvəzində Azərbaycan ərazisindəki Qəbələ RLS-dən birgə istifadəni təklif edib. Bu təkliflə bağlı iki ölkə arasında yüksək səviyyədə bir neçə danışıqlar olsa da, nəticə əldə edilməyib.

Belə görünür ki, ABŞ-ın yeni seçilmiş prezidenti Şərqi Avropada raketdən müdafiə elementləri yerləşdirərək Rusiya ilə yeni “soyuq müharibə”yə girmək istəmir. Digər tərəfdən, bu planlar iqtisadiyyatı yaxşı durumda olmayan ABŞ üçün milyardlarla dollar əlavə yükdür. Obamanın qarşısında isə əsas vəzifə kimi Amerikanı üzləşdiyi maliyyə və iqtisadi böhrandan çıxarmaq dayanır. Ona görə də o, sözügedən planları ən azı bir müddət ləngidə bilər. Seçki kampaniyası zamanı Obama Rusiya ilə qarşıdurmanın əleyhinə olduğunu və dialoqu davam etdirəcəyini deyib.

F.MƏMMƏDOV

musavat

İranın Elmlər Nazirliyi Ərdəbildəki Mühəqqiq Universitetində Azərbaycan türkcəsində dil və ədəbiyyat təhsilinə qarşı çıxdı

İranın Elmlər Nazirliyi Ərdəbildəki Mühəqqiq Universitetində Azərbaycan türkcəsində dil və ədəbiyyat təhsilinə qarşı çıxdı
Sun, Nov 9th 2008

İranın Elmlər Nazirliyi Ərdəbildəki Mühəqqiq Universitetində Azərbaycan türkcəsində dil və ədəbiyyat təhsilinə qarşı çıxdı


Təbriz Universitetində Azərbaycan türkcəsində ədəbiyyat və dil təhsili yasaq olunandan sonra, İranın Elmlər Nazirliyi bu bölmənin Ərdəbildəki Mühəqqiq Universitetində yaradılmasına qarşı aşkarcasına müxalif çıxdı. Bir müddət əvvəl elan olunmuşdu ki, 5 illik təhsil bölmələrinin genişlənməsi layihəsində Azərbaycan türkcəsində dil və ədəbiyyat bölməsinin yaranması nəzərə alınıb. 2008 - 2009 - cu təhsil ili başlananda məlum oldu ki, bu təhsil bölmələrinə Ərdəbilin Mühəqqiq Universitetində yer verilməyib.


İranın Elmlər Nazirliyi türkcə dil və ədəbiyyat bölmələrindən əlavə, o, həm də siyasi elmlər, turizim işinin təşkili, informatika, jurnalistika, beynəlxalq əlaqələr, elektron mühəndisliyi, sənaye mühəndisliyi, iqtisad, sosioloji elmlər bölmələrinin yaranmasına müxalif olub. Bundan başqa, qeyd olunması vacibdir ki, Ərdəbilin Azad Universitetində və həmçinin Mühəqqiq Universitetində turizim işinin təşkili bölmələrinin açılmasına və təhsilinə yer verilməyib. Ərdəbil vilayəti turizim nöqteyi - nəzərindən çox maraqlı yer sayılır və üstəlik turizimlə bağlı ali təhsilli mütəxəsislərin belə bir yerdə olmadığını əgər nəzərə alsaq, onda bir mənalı şəkildə bu nəticəni almaq olar ki, Elmlər Nazirliyi bilə - bilə bu işi qeyri - məntiqi rədd edib.Məlumat üçün qeyd etməliyik ki, siyasi elmlər, informatika elmi, jurnalistika, beynəlxalq əlaqələr Güney Azərbaycan Universitetlərinin heç birində bu günkü günə qədər yaradılmayıb. Əslində bu təhsil bölmələri fars məntəqələrində yerləşən universitetlərə aid olub.


https://www.ina-irannews.com/News-Details.aspx?newsId=14169&back=1


مخالفت صریح وزارت علوم با ایجاد رشته زبان و ادبیات ترکی اذربایجانی در دانشگاه محقق اردبیلی



--------------------------------------------------------------------------------



آژانس ايران خبر

۱۳۸۷/۸/۱۸


بدنبال ممنوعیت ایجاد رشته زبان و ادبیات ترکی اذربایجانی در دانشگاه تبریز از سوی وزارت علوم تحقیقات و فناوری ایجاد رشته فوق در دانشگاه محق اردبیلی نیز با مخالفت صریح این وزارتخانه روبرو شد.

با وجود اینکه پیشتر اعلام شده بود در طرح 5 ساله توسعه رشته های تحصیلی ایجاد رشته زبان و ادبیات ترکی اذربایجانی نیز در نظر گرفته شده است ولی با شروع سال تحصیلی 88+87 معلوم شد که این رشته در بین رشته های تحصیلی دانشگاه محقق اردبیلی جایی ندارد.

وزارت علوم علاوه بر مخالفت صریح با ایجاد رشته زبان و ادبیات ترکی اذربایجانی در دانشگاه محق اردبیلی با ایجاد رشته های مديريت جهانگردی، علوم سیاسی، علوم ارتباطات و روز نامه نگاری,روابط بین الملل، مهندسی الكترونیك، مهندسی صنایع، اقتصاد، مدیریت،جامعه شناسی و... مخالفت کرده است.

لازم به ذکر است که در میان رشته های تحصیلی دانشگاه ازاد اردبیل وهم چنین دانشگاه محقق رشته مديريت جهانگردی جایی ندارد و این امر با توجه به توریستی بودن استان اردبیل و نبود مدیران تحصیل کرده در امر توریسم غیر منطقی و تعمدی به نظر می رسد.

در مورد رشته های علوم سیاسی، علوم ارتباطات و روز نامه نگاری ، روابط بین الملل و تکنولوژی اطلاعات ذکر این نکته بسیار ضروری است که در هیچ یک از دانشگاههای منطقه اذربایجان این رشته ایجاد نشده اند و درواقع این رشته مختص دانشگاهای مناطق فارس نشین هستند


azadtribun

Millətimizin daha bir qələbəsi!

Millətimizin daha bir qələbəsi!



İsveçdə keçirilən beynəlxalq boks yarışlarında İsveçi təmsil edən 15 yaşlı İlmaz Ağapur bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülmüşdür. Amma o, 570 boksçu və yüzlərlə tamaşaçının qarşısında İsveç bayrağı əvəzinə Azərbaycanın üçrəngli bayrağını dalğalandıraraq, qələbəsini şəhid Qulamrza Əmaninin ruhuna ithaf etdiyini bildirmişdir.

Əziz balamız İlmazı və onun məşqçisi və atası Məhəmmədrza Ağapuru bu qələbə münasibəti ilə təbrik edir, Bayrağımızı və Şəhidlərimizi əziz tutduqlarına görə təşəkkürümüzü bildiririk.

Redaktor