azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

23 Temmuz 2008 Çarşamba

23 iyul - Ağdamın işğalından 15 il keçdi...

"OPORA KARABAXA"
23 iyul - Ağdamın işğalından 15 il keçdi...

1993-cü ilin əvvəlinədək Dağlıq Qarabağın bütün ərazisi, üstəlik Şuşa, Laçın və Kəlbəcər rayonlarının erməni-rus hərbi birləşmələri tərəfindən işğal olunmasından sonra elan edilmiş atəşkəs müvəqqəti xarakter daşıyırdı. Müvəqqəti də olsa yaranmış atəşkəsdən istifadə edərək təhlükə altında olan bütün rayonlarla yanaşı, Ağdamın da müdafiəsinin gücləndirilməsi üçün bir sıra tədbirlər görü-lürdü.
Lakin həmin ilin əvvəllərində yaranmış ölkədaxili siyasi gərginlik xarici müdaxilələrin hesabına daha da dərinləşirdi. Hakimiyyətdaxili qarşıdurmalar yerlərdə hərbi qüvvələr arasına da sirayət edirdi.
Surət Hüseynovun hərbi hakimiyyətdən uzaqlaşdırılması Gən-cədə mövcud hakimiyyətə qarşı çalışan qüvvələrin bir yerə toplaşmasına və hakimiyyətə qarşı hərbi çevriliş planlarının hazırlanmasına rəvac verirdi. Çox təəssüf ki, o vaxtkı hakimiyyətin səriştəsizliyi ucbatından orduda da müvafiq parçalanmalar və qarşıdurmalar başlamışdı.
Ölkədə baş verən siyasi qarşıdurmaların getdikcə gərginləşməsinə baxmayaraq, Ağdam rayonunun müdafiəsi üçün bütün tədbirlər görülürdü. Bu barədə geniş kəşfiyyat məlumatlarına malik olan düşmənlərimiz də bilirdi. Ağdamın müdafiə qabiliyyətini zəiflətmək üçün maraqlı olan Rusiyanın hərbi kəşfiyyat dairələri də fəallığını artırırdı...
1993-cü il may ayının 26-dan 27-nə keçən gecə Müdafiə Nazirliyinin baş qərargah rəisi Nurəddin Sadıqovun Ağdam rayonu ərazisində yerləşən bütün növ ağır artilleriyanın bu ərazidən çıxarılıb Gəncəyə göndərilməsi barədə verdiyi göstəriş təəccüblü olmaqla yanaşı, erməni-rus kəşfiyyatının maraqlarına uyğun idi. Bu, Ağdam rayonunun müdafiəsinin heçə endirilməsi demək idi. Rayon rəhbərliyinin və hərbi briqada komandiri Talıb Məmmədovun bunun qarşısını almaq üçün o vaxtkı Ali Baş Komandana müraciətləri nəticəsiz qaldı. Baş qərargah rəisi qərarında qətiyyətli idi. Ali Baş Komandan isə...
Baş qərargah rəisinin yazılı əmrindən sonra Ağdam rayonu ərazisində yerləşən ağır artilleriya hissələri guya hansısa hərbi əməliyyat aparılacağı bəhanəsilə Gəncəyə göndərildi və Surət Hüseynovun qiyamçı dəstələri tərəfindən girov götürüldü...
İyun ayının 4-də Gəncədə baş verən qiyam ölkədə onsuz da gərgin olan daxili gərginliyi bir az da alovlandırmağa xidmət edirdi. Tezliklə ölkəmiz üçün daha ağır faciələrin başlanılacağı göz qabağında idi...
Ölkədə isə o vaxtlar demək olar ki, artıq hakimiyyətsizlik hökm sürürdü. Qiyamçı dəstələr rayonlarda zorla hakimiyyət orqanlarını dəyişdirməklə xaos yaradırdılar. Respublikamızın yenicə bərpa etdiyi müstəqilliyi təhlükə altında idi. Özbaşınalıq baş alıb gedirdi. Nə Qarabağda gedən qanlı müharibə, nə də çoxsaylı itkilərimiz heç kimi maraqlandırmırdı. O vaxtkı deputatlarımız, nazirlərimiz və dövlət rəhbərlərimiz kreslolarını qoruyub saxlamaq üçün mövqe axtarışında başlarını itirmişdilər. Başa düşmürdülər ki, Azərbaycan olmasa kresloları olmayacaq...
Ağdam isə döyüşürdü. Və çox təəssüf ki, döyüşən vətənpərvər oğullar həm düşmənlə, həm də daxildə təxribat yaradan qüvvələrlə mübarizə aparırdı. Hətta belə vəziyyətdə də təslim olmaq, torpaqlarımızı düşmən tapdağı altında qoymaq fikrini heç kim ağlına gətirmirdi...
Ölkədəki hakimiyyətdaxili qarşıdurma çox davam edə bilməzdi. Bu, Azərbaycan adında bir dövlətin məhvinə gətirib çıxarardı. Mövcud vəziyyəti qiymətləndirməyi bacaran xalqımızın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gətirilməsi vəziyyətdən çıxış üçün yeganə imkan idi...
Ölkə rəhbəri kimi fəaliyyətə başlayan siyasi xadimin vəzifəsi təcrübəsinə əsaslanaraq ilk növbədə ölkədaxili siyasi vəziyyəti stabilləşdirmək, silahlı qarşıdurmaları aradan qaldırmaq, vəziyyətdən istifadə edərək xarici maraqlara xidmət edən separatçı qüvvələri neytrallaşdırmaq, yüz minlərlə doğma yurd-yuvasını tərk etmiş məcburi köçkünlərin minimum problemlərini həll etmək, süquta uğrayan ölkəni ayaq üstə saxlamaq üçün yıxılmağa qoymamaq idi...
Silahlı qüvvələrin demək olar ki, qiyamçıların tərəfində olması Heydər Əliyevi onların başçısı Surət Hüseynovu baş nazir vəzifəsinə gətirmək, ordunu müvəqqəti də olsa onun tabeçiliyinə vermək məcburiyyəti qarşısında qoyurdu. Çoxları indi də başa düşmürlər ki, o vaxtkı vəziyyətdə ümummilli lider bəlkə də yeganə düzgün addım atmışdı...
Artıq Ağdamda müdafiə sisteminin zəiflədiyini düşünən erməni-rus hərbi birləşmələri 10 iyun 1993-cü ildə cəbhə boyu irimiqyaslı hərbi əməliyyata başladı. Asan qələbə qazanacaqlarına ümid bəsləyən düşmən qüvvələri Şelli kəndi istiqamətində etdikləri ilk cəhddə çoxsaylı itkilər verərək geri oturduldu.
Gəncədə girov götürülən top artilleriyası divizyonunun komandiri Ramiz müəllim Surət Hüseynovun başıpozuq keşikçilərindən qaçıb gizli yolla Ağdama qayıda bilmiş və köhnə mövqelərində durmuşdu. Təbii ki, topların öz mövqelərinə qaytarılması barədə yalnız briqada komandiri məlumatlandırılmış, mövcud vəziyyət nəzərə alınaraq digər qüvvələrdən məxfi saxlanılmışdı. Bundan başqa, "Qrad" qurğularının komandirinin təşəbbüsü ilə iki qurğu da nasaz olması bəhanəsi ilə Gəncəyə göndərilməmişdi. Bundan maraqlı qüvvələrin, o cümlədən düşmənlərin xəbəri yox idi...
İlk cəhddə ağır itkilər verən erməni komandirlərinin radio-telefondakı çığırtıları aləmi götürmüşdü: "Bəs deyirdiniz Ağdam ərazisində bütün növ ağır artilleriyanın hamısı çıxarılıb? 200-dən artıq itki vermişik. Geri çəkilmək məcburiyyətindəyik".
Aldığımız məlumatlara görə, bir neçə gün ərzində Ağdamı işğal etməyi qarşısına məqsəd qoyan erməni-rus hərbçiləri elə kəskin müqavimət göstəriləcəyini gözləmirdilər. Onların hücum əməliyyatları bir aya yaxın idi ki, bizim döyüşçülərimiz tərəfindən dəf olunurdu və heç bir nəticə vermirdi. Ona görə də ermənilər yenidən rus qardaşlarının kəşfiyyat orqanlarının köməyinə ümid bəsləyirdi. Ağdamı işğal etmək üçün buradakı həm siyasi, həm də hərbi qüvvələrin dəyişdirilməsi planı həyata keçirilməli idi.
Respublika prezidentinin səlahiyyətlərini icra edən mərhum Heydər Əliyevin Ağdam rayonunda heç bir dəyişiklik edilməməsi üçün apardığı cəhdlərə baxmayaraq, ətrafına böyük hərbi potensial toplaya bilmiş Surət Hüseynovun adamları nəhayət Ağdama də gələrək 15 iyul tarixində zorla yerli hakimiyyət orqanlarını dəyişdirdilər. Bu isə cəbhədə döyüşən qüvvələr arasında ruh düşkünlüyü yaradırdı. Buna baxmayaraq, ağır itkilər bahasına olsa da qəhrəman döyüşçülərimiz həm düşmən həmlələrinin qarşısını alırdı, həm də Surət Hüseynovun emissarlarının. Bu isə təbii ki, düşmənlərimizi qane etmirdi. Nəyin bahasına olursa-olsun müqavimət göstərən döyüşçülər bu ərazilərdən çıxarılmalı idi.
Nəhayət, orduya nəzarət edən sabiq baş nazirin göstərişi ilə 708 saylı briqadanın döyüşçüləri Surət Hüseynovun tabeçiliyində olan 709 saylı briqadanın batalyonları ilə əvəz olundu. Cəbhə xəttində güclü düşmən ordusu ilə qarşı-qarşıya duran və 40 gün ərzində onlara müqavimət göstərməyi bacaran döyüşçülərimiz 20-21 iyul tarixində guya dincəlmək və yenidən bərpa olunmaq üçün döyüş mövqelərindən 30-40 km. geri çıxarıldı. Onları əvəz edən 709 saylı briqadanın "döyüşçüləri" isə cəmisi 5-6 saat davam gətirə bilməyərək onlara tapşırılmış mövqeləri qoyub qaçdılar. Döyüş mövqelərindən qaçarkən bu "igidlərin" bəziləri yerli sakinləri və boş qalan evləri soymağı da unutmadılar.
Əlisilahsız yerli əhalinin ümidinə qalan kəndlərimiz iki gün içərisində işğal olundu. 708 saylı briqadanın komandiri Talıb Məmmədovun tabeçiliyində olan batalyonları yenidən döyüş mövqelərinə qaytarmaq cəhdi isə artıq gecikmişdi...
23 iyul tarixində rusların "opora Karabaxa" adlandırdıqları Ağdam şəhəri işğal olundu...



RÜSTƏM HACIYEV
adalet

ƏL-QAİDƏ TERROR TƏŞKİLATININ ƏFQANISTANDAKI RƏHBƏRİ MÜSAHİBƏ VERİB

ƏL-QAİDƏ TERROR TƏŞKİLATININ ƏFQANISTANDAKI RƏHBƏRİ MÜSAHİBƏ VERİB

Əl-Qaidə terror təşkilatının Əfqanıstandakı rəhbəri hesab olunan Mustafa Əbu Əl-Yazid Pakistan telekanalına müsahibə verib. Müsahibə zamanı o, 2 iyunda İslamabaddda Danimarka səfirliyi qarşısında partlayışın Əl-Qaidə tərəfindən təşkil olunduğunu bir daha etiraf edib. Təşkilat üzvü partlayışı Danimarkanın kütləvi informasiya vasitələrində Məhəmməd Peyğəmbərin karikaturalarının dərci ilə bağlı qisas almaq üçün törətdiklərini bildirib. Əl Yazid 11 sentyabr, 2001-ci il terror aktının təşkilində və 1998-ci ildə Amerikanın Keniya və Tanzaniyadakı səfirliklərinə basqında da Əl Qaidənin bilavasitə iştirak etdiyini xatırladıb. Qeyd edək ki, Əl Yazid 2002-ci ildən Əl Qaidə terror təşkilatının birinci yüksək vəzifəli nümayəndəsidir. /İctimai TV/

Türkiyə İranın nüvəsini dəstəklədi

Türkiyə İranın nüvəsini dəstəklədi



İsraillə ABŞ isə Tehranın üstünə 1000 təyyarə göndərmək istəyir



Türkiyə İranın dinc atom hüququnu dəstəkləyir. "Assoşieyted Press" agentliyinin verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əli Babacan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Sayed Cəlali ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Babacan bəyan edib ki, hər bir dövlətin nüvə eneryisindən dinc məqsədlər üçün istifadə etmək və müvafiq texnologiyaya malik olmaq hüququ var. Cəlali İstanbula Cenevrədən gəlib. O, İsveçrədə beynəlxalq altılıqla danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edir.

ABŞ dövlət katibi Kondoliza Rays isə bildirib ki, əgər İran özünün nüvə planlarını cilovlamaq barədə verilmiş möhlətə etinasız yanaşarsa, daha çox sanksiyalarla üzləşəcək. Rays vurğulayıb ki, İran bu məsələdə ləngitmə taktikasından istifadə edir. Ona görə də iki həftə ərzində uranın zənginləşdirilməsi planlarını dayandırması barədə ciddi cavab verməlidir.

İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan "Debka" saytı isə Cenevrədə keçirilən görüşlərdən sonra İsrail və ABŞ arasında İrana qarşı hərbi əməliyyatlar üçün müzakirələrin intensivləşdiyini qeyd edib. Saytın yazdığına görə, ABŞ prezidenti Corc Buş İsrailə İran məsələsini prezidentlik müddəti bitmədən həll edəcəyinə söz verib. Saytın Pentaqondakı mənbəyə istinadən yaydığı məlumata görə, İranla aprılan müzakirələrdə uğur qazanılmazsa, Buş kürsüsünü yeni ABŞ prezidentinə təhvil verməzdən əvvəl bu ilin noyabr-dekabr aylarında İrana qarşı hərbi əməliyyatların keçirilməsi üçün yaşıl işıq yandıracaq. Məlumata əsasən, Pentaqondaki savaş planlarında İranın 16 nüvə obyektinin vurulması üçün ən azı 1000 təyyarənin eyni anda hücum edəcəyi göstərilir. Lakin İsrail İrandakı nüvə obyektlərinin bombalanması üçün 100 təyyarənin də yetərli olduğu qənaətindədir. Saytın yazdığına görə, İsrailin baş qərargah rəisi Gabi Aşkenazi də dünən Vaşinqtona gedərək bu məsələni müzakirə edib.

Rumıniya səfiri Tovuzda gördüklərindən dəhşətə gəlib

Rumıniya səfiri Tovuzda gördüklərindən dəhşətə gəlib

“Tovuzun Ermənistanla həmsərhəd kəndlərində gördüklərimdən çox məyus oldum. XXI əsrdə insanların hələ də bu şəraitdə yaşaması dəhşətdir”.

Bu açıqlamanı APA-nın Qərb bürosuna Tovuz rayonunda səfərdə olan Rumıniyanın Azərbaycanda səfiri Nikolae Urike verib. O, həmsərhəd kəndlərdə vəziyyətin mediada təsvir olunanlardan fərqli olduğunu bildirib: “Mənim real vəziyyətdə gördüklərim mətbuatdan oxuduğumdan və televiziyada gördüyümdən çox fərqlidir. Ermənistanın atəşkəsi mütəmadi şəkildə pozmasının nəticələrini yerindəcə gördüm. Əlibəyli kəndində olanda hərbiçilər təhlükəsizlik baxımından kəndə daxil olmağı məsləhət görmədilər. Onlar bildirdilər ki, dünən axşamdan etibarən ermənilər atəşkəs rejimini mütəmadi pozur və hətta əkin-biçinlə məşğul olan dinc sakinləri belə snayperlə vururlar”. Səfir bu problemlərin aradan qaldırılması üçün münaqişənin sülh yolu ilə tez bir zamanda nizamlanmasının vacib olduğunu bildirib: “Rumıniya münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Bu münaqişə yalnız beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır”.

LENT.AZ

ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun üzvlərinin sayı artıb

ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun üzvlərinin sayı artıb


ABŞ Konqresinin Nümayəndələr Palatasının daha bir üzvü Azərbaycan üzrə işçi qrupa qoşulub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildiriblər ki, Virciniya ştatından seçilmiş konqresmen Rob Vittmen də qrupa qoşulmağa qərar verib. Bununla da ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun üzvlərinin sayı 42-yə çatıb. //APA

----------------------------------------------------------------------

Britaniyada prostat xərçənginin müalicəsində irəliləyiş


Britaniyada tibbi tədqiqat qrupu prostat vəzisinin xərçənginin müalicəsində böyük irəliləyişin əldə olunduğunu bəyan edib.
Kral Marsden Xəstəxanasının həkimləri ABİRATERON adlı yeni dərmanın şişlərin ölçüsünü azaldmağa qadir olduğunu sübut ediblər.
Xəstəliyin aqressiv formasına tutulmuş xəstələrin 80 faizində müsbət nəticə əldə edilib.
Prostat xərçəngi bu xəstəliyin ən çox yayılmış formalarından biridir.
Dünya üzrə hər il 700 min kişiyə bu diaqnoz qoyulur və onların hər üçündən biri bu xəstəlikdən ölür.
Həkimlər deyirlər ki, hazırda dünya üzrə 1200 xəstə üzərində dərmanın sınaqları aparılır.
Əgər onların da nəticəsi müsbət olarsa, ABİRATERON həbb şəklində 2011-ci ildə satışa buraxılacaq. //BBC

Türk Tarix Qurumunun sədri Yusuf Halaçoğlu vəzifədən çıxarılıb

Türk Tarix Qurumunun sədri Yusuf Halaçoğlu vəzifədən çıxarılıb




Ankara – APA. Türk Tarix Qurumunun sədri, professor Yusuf Halaçoğlu vəzifədən uzaqlaşdırılıb. APA-nın xəbərinə görə, hökumətin bu qərarı dövlətin rəsmi yayım orqanı olan “Resmi gazete”nin bu gün çıxan sayında dərc olunub. Y. Halaçoğlu Qazi Universitetindəki müəllimlik vəzifəsinə geri dönüb. Onun vəzifədən çıxarılmasının səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, Y. Halaçoğlu 1993-cü ildən bəri Türk Tarix Qurumuna rəhbərlik edirdi. O, ermənilərin soyqırım iddialarının yalan və uydurma olduğunu tarixi sənədlərlə sübuta yetirən görkəmli alimlərdən biridir.
apa

Cəllad və onun dəstəkçiləri



Elxan ŞAHİNOĞLU


Cəllad və onun dəstəkçiləri


Daha bir cəllad ələ keçirildi.
Serbiya polisinin Bosniya serblərinin keçmiş lideri Radovan Karadjici həbs etməsi dünya agentliklərinin baş xəbərinə çevrilib. Bu, sıradan bir hadisə deyil.

Sivil dünya serb cəlladın həbsini 1995-ci ildən bu yana səbirsizliklə gözləyirdi. Karadjic 1996-cı ildə hakimiyyətdən ayrıldıqdan sonra dağlarda, meşələrdə, müxtəlif daxmalarda gizlənirdi. Nəhayət, ƏDALƏT onu da haqladı.
Bu cəllad və onun tərəf müqabili sayılan serb hərbi qüvvələrinin komandanı Radko Mladicin əmri ilə 1995-ci ildə Bosniyanın Srebrenista şəhərində 8 min dinc müsəlman qətlə yetirilmişdi. Əslində, bu hadisəyə görə yalnız bu iki nəfəri deyil, o zamankı BMT rəhbərliyini də məsuliyyətə cəlb etmək lazımdır. Çünki 1995-ci ildə Srebrenitsa BMT qüvvələrinin, daha dəqiq desək, hollandiyalı sülhməramlılarının nəzarətində idi. Ancaq qorxaq hollandiyalılar şəhəri serb qüvvələrinə təslim edərək, müsəlmanların qətliamına seyrçi qaldılar.
Qayıdaq Karadjicə.
Bu başkəsən indi Haaqa Tribunalı qarşısında cavab verməlidir. Əhsən Serbiyanın hazırki dövlət başçısı Boris Tadiçə. Əslində, Karadjici çoxdan həbs etmək mümkün idi. Ancaq Serbiyanın o zamankı başçısı, cəlladlıqda Karadjicdən geri qalmayan Miloşevic Bosniya serblərinin liderinin həbsinə hər vəchlə mane olurdu. Serbiyada hakimiyyət dəyişdikdən sonra da Karadjici ələ keçirmək müşkül məsələyə çevrilmişdi. Bu dəfə isə onun həbsini Serbiya məxfi xdmətinin rəhbərliyi əngəlləyirdi. Beynəlxalq polis qüvvələri hər dəfə Karadjicin yerini müəyyənləşdirdikdə serb başkəsən müəammalı şəkildə gizləndiyi yerdən qeyb olurmuş. Serbiyanın hazırki prezidenti isə bir daha belə «müəmmalarla» qarşılaşmamaq üçün məxfi xidmət idarəsinin rəisini dəyişdi. Çünki Boris Tadic anlayırdı ki, Karadjic və Mladici təhvil vermədən Avropa Birliyi ilə hərtərəfli əməkdaşlıq mümkün deyil. Boris Tadic birinci addımı atdı, qalır digər cəllad Mladici yaxalamaq.
Sivil dünya, müsəlman aləmi Karadjicin həbsinə sevinərkın, Moskvadan səs çıxmır. Görünür, Moskva üçün slavyan həmrəyliyi bütün dəyərlərdən üstündür, hətta söhbət 8 min insanı qanına qəltan edən cəlladdan gedirsə də. Vaxtilə Miloşevici müdafiə edirdilər, indi də Karadjicdən yana olacaqlar.
Moskvadan başqa nə gözləmək olar ki?
Rusiya qonşu dövlətin (Gürcüstanın) ərazisini (Abxaziyanı) faktiki işğal edib, utanmadan da deyir ki, «hərbi təyyarələrimiz hərdən Abxaziya Cənubi Osetiya səmalarında təhlükəsizlik uçuşları həyata keçirir». Adını nə qoyursan qoy, bundan bircə məna çıxır: İşğal. Buna baxmayaraq, Kreml müstəqil xarici siyasət yürüdən kiçik Gürcüstanı diz üstə çökdürə bilmir. Gürcüstanın BMT-də ədalət axtarışı nəticəsiz qalmayıb. Moskva Abxaziyadakı dəmir yol qüvvələrini tələsik bölgədən çıxarıb. Rusiya bu qüvvələri «dəmir yolunun» bərpası adıyla Abxaziyaya soxmuşdu, indisə qorxusundan geri addım atıb.
Gürcüstan Rusiya «sülhməramlılarının» Abxaziya və Cənubi Osetiyadan çıxarılmasına çalışır. Hələ ki, BMT çərçivəsində istənilən nəticə əldə olunmayıb. Ancaq rəsmi Tiflisin torpaqlarının bütövlüyü uğrundakı inadkarlığı Moskvaya hələ çox başağrısı yaradacaq.
Elə bil dünənə qədər Çeçenistandakı separatçılarla mübarizə aparan Rusiya deyildi. Yəqin düşünürlər ki, öz separatçılarını məhv etdikdən sonra qonşularındakı separatçılara fəal dəstək zamanı gəlib.
Tələsiblər.
Çeçenistanda partlama və qətlə yetirilənlərlə bağlı xəbərlərin sayı yenə artır, bu günlərdə Groznıdakı futbol stadionunda maraqlı hadisə qeydə alınıb. Rusiya çempionatının növbəti turunda yerli «Terek»lə «Rubin» klubu arasındakı oyunda azarkeşlər Kosovonun bayrağını qaldırıblar.Çeçenlər bununla Rusiyanın tanımadığı Kosovonun müstəqilliyinə dəstəklərini izhar edirlər.
Miloşevic, Karadjic kimi başkəsənləri, Abxaziya, Cənubi Osetiya və Qarabağdakı separatçıları müdafiə edən Moskvaya bu da azdır.

bizimyol